Liberal qanunilik
Liberal qanunilik — siyasətdə və hüquqda siyasətə qanuni konstitusional hüdudlar ilə məhdudlaşdırılacağına inanan ideologiya. Böyük Britaniya qanunlar üzrə alimi Adam Tomkins liberal qanuniliyi Birləşmiş Krallıqdakı siyasi konstitusionalizmdən fərqli olan liberal konstitusionalizm də adlandırılmışdır, hansı ki, nümunələrini ABŞ-də və Almaniyada görmək olar. O, "Bizim respublikaçı konstitusiyamız" kitabında irəli sürür ki, Böyük Britaniyanın idarəetmə sistemi, hansı ki, burada parlament hökumət nazirlərinə nəzarət edir, məhkəmə və hüququn icraedici qüvvəyə nəzarət etdiyi ABŞ-dən fərqli olaraq icraedici qüvvəni daha yaxşı nəzarət edir.
Martin Laflin iddia edir ki, qanuni liberalizmin məqsədi "siyasəti hüququn qadağaları ilə məhdudlaşdırmaq"dır. Tomkins iddia edir ki, məhkəmə və konstitusiyalar icraedici və qanunverici qurumlara pis nəzarət edirlər, çünki onlar hərəkətə keçməzdən əvvəl məhkəmə qərarlarını gözləmək məcburiyyətində olurlar. Bu proses illərlə, hətta onilliklərlə davam edə bilər. Bu da məhkəmənin olduqca yavaş şəkildə hərəkətə keçdiyini göstərir. Tomkins Böyük Britaniyada olduğu kimi parlamentli rejimi üstün görür, çünki bu, hökumətlərə məhdudiyyətlər qoymaqda "daha əlverişli və daha effektivdir".
Liberal qanunilik fikrinə qarşı çıxanlar adətən icraedici qüvvələrin siyasət qazanc əldə etmək üçün qanuni məhdudiyyətlərə məhəl qoymamaqlarını nümunə gətirirlər. Məsəlüçün, ABŞ prezidentləri Corc U. Buş və Barak Obama hərbi səlahiyyətlər qanununa qarşı saymazlıq etməsini buna nümunə kimi göstərmək olar.