Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəngdar
Rəngdar (keçmiş adları Rənginədahar, Vəngidar) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Rəngidar (oyk.), (sadə.) - Quba rayonunun Xaltan inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Əsl adı Rənginədahardır. Oykonim tat dilindəki "rənginə" (rəngli) və "dahar" (qaya) sözlərindən düzəlib, “rəngli qaya” mənasındadır. Kənd eyniadlı qayanın yaxınlığında salındığından həmin qayamn adını daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 123 nəfər əhali yaşayır.
Vadi əl-Xəznədar döyüşü
Vadi əl-Xəznədar və ya Üçücü Homs döyüşü — qərbi Suriyada Homs qəsəbəsinin şimal-şərqindəki Vadi əl-Xəznədarda Məmlük sultanlığı və Monqol imperiyasının qolu olan Elxanlı dövləti və onlara yardım edən Kilikiya çarlığı ilə Gürcüstan çarlığı arasında 22–23 dekabr 1299-cu ildə edilən, Suriyaya olan monqol axınları içərisində monqol zəfəri ilə nəticələnən tək savaşdır. Bu döyüşdən sonra daha öncəki 4 döyüşdə uduzan monqollar özlərinə inam qazandılar, cənuba irəliləmiş və 1303-cü ildə yenə Məmlüklərlə Marj əl-Səffar döyüşünü etmişdirlər. Ancaq orada da məğlubiyyətə uğrayan Elxanilər Suriya axınlarına son verərək Suriyanı tərk etmişdirlər. Monqol ordusunun mərkəz hissəsində olan Qazan xan döyüş başladığında hiyləyə əl ataraq ordusunun sağ cinahına komandnalıq edən Qutluqşaha Məmlük ordusunu aldatmaq üçün kös çaldırmışdır. Bu yanılğıya aldanan Məmlüklər Qazan xanın bu tərəfdə olduğunu düşünürək hücumlarını monqol ordusunun sağ qanadına cəmləşdirmişdir. Bu sayədə həm Qazan xan qorunmuş, həm də Məmlük ordusunun qurulan tələyə çəkilməsi mümkün olmuşdur. Başda üstün olan məmlüklərin monqollar tərəfindən sol qanad bölmələrinin dağıdılması ilə monqollar üstünlük qazanmağa başlamışdır. Buna baxmayaraq, günorta boyunca döyüşən məmlüklər ertəsi günə qədər sıralarını qorumağı bacarmışdır. Ancaq ertəsi gün olan 23 dekabr 1299-cu ildə monqolların və yardımcı erməni, gürcü bölmələrinin məmlüklərin orta cinahını dağıtması ilə yaxında monqolların qələbə qazanacağı sezilməyə başladı. Axşama doğru məmlüklər məğlubiyyəti qəbul edərək və daha çox itki verməmək üçün döyüş meydanından cənuba doğru geri çəkilməyə başladı.