Xalq arasında güllənin qabığına (patrona) vəznə deyirlər. Ərəbcədir. Vəznənin əsli çərkəzi çuxaların döşündəki kisəciklərdir ki, içinə bəzək üçün patrona oxşar şeylər qoyurlar. Vəznədar sözü ilə qohumdur. Buna rus dilində “гильза” deyirlər, mənası almanca “qabıq” deməkdir. Vəznə isə giliz sözləri qohum da ola bilər. Görünür, Avropaya Şərqdən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)