Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rama
Rama — hind mifologiyasında populyar şahzadə. Hind mifologiyasına görə Rama sınaqdan keçərək Şiva allahının bu vaxtadək heç kimin əyə bilmədiyi oxunu sındırıb gözəl şahzadə Sita ilə evlənmişdi. Düşmənləri Ramanın öz ölkəsindən 14 il müddətinə qovulmasına nail olurlar. Ögey qardaşı və arvadı Sita da Rama ilə birlikdə gedirlər. Meşədə sərgərdan həyat sürən Rama və onun qardaşı çoxlu igidliklər göstərir və bir neçə müdhiş rakşası (eybəcər məxluq simasında olan şər allahlarını) öldürürlər. Rakşasların çarı Sitanı qaçırır və onu cəng arabasında hava ilə Lanka adasındakı paytaxtına aparır. Sitanı xeyli axtardıqdan sonra Rama meymunların çarı ilə saziş bağlayır, meymunların və ayıların qoşunlarına başçılıq edərək okeandan körpü salır və Lankanı mühasirəyə alır. Döyüşdə Rama ilə qardaşı bir neçə rakşas sərkərdəsini öldürülər, təkbətək yekun savaşında isə Rama rakşasların çarına qalib gəlir. O, Sita ilə birlikdə öz ölkəsinə qayıdır və çar olur. XI əsrdən başlayaraq Rama kultu hiduizmin iki mühüm kultundan (krişnaizmlə yanaşı) biri olur.
Lobsang Rampa
Lobsang Rampa (8 aprel 1910, Plimpton[d], Devon qraflığı – 25 yanvar 1981[…], Kalqari, Alberta) — İngilis yazıçısı və Yeni Çağ fəalı Siril Henri Hoskinin ədəbi təxəllüsdür . Hoskin onun bədəninə köçmüş Tyuzdey Lobsanq Rampa adlı tibet laması olduğunu iddia edirdi. Ezoterizm, mistisizm və okkultizm mövzusunda çoxsaylı kitabların müəllifidir. Thyuzdey (ing. Tuesday ) guya Tibetlilərin uşaqlara həftənin günlərinə görə ad vermək adətindən irəli gəlir. == Üçüncü Göz == 1956-cı ilin noyabrında Böyük Britaniyada Tyusdey Lobsang Rampanın müəllifi olduğu "Üçüncü göz"adlı kitab nəşr edildi. Orada o, yeddi yaşında göndərildiyi Tibet monastırında böyüyüb başa çatdığı və keçirtdiyi dövrü haqqında məlumat verirdi. Kitabın adı trepanasiyaya bənzər əməliyyatla əlaqələndirilir. Lobsang Rampanın alnında kiçik bir deşik açıldı, onun vasitəsilə üçüncü gözü gücləndrildi və bununla da, auranı, insanın düşüncələrini görmə qabiliyyətini verdi. Kitabda əməliyyat belə təsvir olunur:Birdən çat eşidildi - alətin ucu sümükdən keçdi.
Lobsanq Rampa
Lobsang Rampa (8 aprel 1910, Plimpton[d], Devon qraflığı – 25 yanvar 1981[…], Kalqari, Alberta) — İngilis yazıçısı və Yeni Çağ fəalı Siril Henri Hoskinin ədəbi təxəllüsdür . Hoskin onun bədəninə köçmüş Tyuzdey Lobsanq Rampa adlı tibet laması olduğunu iddia edirdi. Ezoterizm, mistisizm və okkultizm mövzusunda çoxsaylı kitabların müəllifidir. Thyuzdey (ing. Tuesday ) guya Tibetlilərin uşaqlara həftənin günlərinə görə ad vermək adətindən irəli gəlir. == Üçüncü Göz == 1956-cı ilin noyabrında Böyük Britaniyada Tyusdey Lobsang Rampanın müəllifi olduğu "Üçüncü göz"adlı kitab nəşr edildi. Orada o, yeddi yaşında göndərildiyi Tibet monastırında böyüyüb başa çatdığı və keçirtdiyi dövrü haqqında məlumat verirdi. Kitabın adı trepanasiyaya bənzər əməliyyatla əlaqələndirilir. Lobsang Rampanın alnında kiçik bir deşik açıldı, onun vasitəsilə üçüncü gözü gücləndrildi və bununla da, auranı, insanın düşüncələrini görmə qabiliyyətini verdi. Kitabda əməliyyat belə təsvir olunur:Birdən çat eşidildi - alətin ucu sümükdən keçdi.
Raşka dairəsi
Raşka dairəsi (serb. Рашки управни округ) — Serbiyanın cənub-qərb hissəsində dairə. Serbiyanın Raşka adlı tarixi ərazisinin şərəfinə adlandırılmışdır. Dairənin əsas şəhəri Kralevo sayılır. Kralevo Vrnyaçka-Banya Raşka Novi Pazar Tutin Dairənin ərazisində 188 208 serb (60,9 %), 105 488 boşnak (34,1 %), 5255 müsəlman (1,7 %), 2435 qaraçı (0,8 %) və başqa xalqlar yaşayırlar (2011).
Raşka dövləti
Raşka dövləti (serb. Рашка / Raška) — orta əsr Serbiya dövləti (böyük jupa) və eyni adlı bölgə. Bizans imperatoru Konstantin Porfirogennetosun məlumatlarına görə, serblərin Balkan yarımadasına köçürülməsindən sonra Raska bölgəsi Sava, Vrbas və İbar çayları arasında yerləşirdi. Daha sonra Raşka toponimi bir qədər cənub-şərqdə yerləşən əraziyə şamil edilməyə başladı. XI əsrə qədər Raşka, coğrafi ərazi olaraq, Serbiya knyazlığının bir hissəsi idi. Serbiya knyazlığının süqutundan və 960-cı ildə Çaslav Klonimiroviçin ölümündən sonra Raşkanın bir hissəsi Bizansın tərkibinə daxil oldu və bir neçə femaya bölündü. XI əsrdə Raşka bölgəsində eyniadlı jupa yarandı, hansınınki hökmdarları həmin əsrin sonunda Bizansa qarşı mübarizəyə başladılar. XII əsr boyu serblər öz müstəqilliklərini qazanmağı bacardılar, XIII əsrin əvvəllərində isə Serbiya 1217-ci ildə krallığa çevrilən güclü dövlətə çevrildi. Nəzəriyyələrdən birinə əsasən, tarixi ərazinin adı romalılar tərəfindən qurulan Ras şəhərindən gəlir. X əsrdə burada Serbiya ilə Bolqarıstan arasında sərhəd yerləşirdi, XII əsrdə isə şəhər bütünlüklə Serbiyanın nəzarətinə keçdi və onun və hökmdarlarının baş şəhəri oldu.
Edi Rama
Edi Rama (alb. Edi Rama; 4 iyul 1964, Tirana) — albaniyalı siyasətçi, sənətçi, yazıçı, publisist, pedaqoq və keçmiş basketbolçu, Albaniyanın 33-cü Baş naziri. Baş nazir seçilməzdən əvvəl Rama bir sıra vəzifələrdə çalışıb. 1998-ci ildə Mədəniyyət, Gənclər və İdman Naziri təyin edildi və 2000-ci ilə qədər bu vəzifədə çalışdı. İlk dəfə 2000-ci ildə Tirananın bələdiyyə sədri seçilmiş, ardınca 2003 və 2007-ci illərdə də bu vəzifəni yenidən icra etmişdir. Edi Rama 2005-ci ildən bu yana Albaniya Sosialist Partiyasının sədridir. 2013-cü ildə Edi Ramanın rəhbərlik etdiyi mərkəz-sol partiyalar koalisiyası sağçı Albaniya Demokratik Partiyasını məğlub edərək parlament seçkilərində qalib gəldi. == Həyatı == 4 iyul 1964-cü ildə Albaniyanın Tirana şəhərində Edvin Rama olaraq anadan olub, Kristak və Aneta Ramanın iki övladından ilkidir. Atası Dürresdə anadan olan məşhur heykəltaraş, Albaniyanın kommunist diktatoru Ənvər Xocanın bir çox heykəlinin yaradıcısı Kristak Rama (1932–1998) idi. Anası Aneta Rama (1938–2020) kommunist Albaniya dövründə Siyasi Büronun üzvü olan Spiro Kolekin bacısı, Vloranın cənub-qərbindəki Vuno kəndindən tibb məzunu idi.
Raka qalası
Raka Qalası (alm. Arch‎) — Sloveniyanın ən qədim, orta əsr qalalarından biridir. Raka, Krşko şəhərində yerləşir. Raka qalası haqqında 1161-ci ildə yazılmış və 1279-cu ildə Arx qalası kimi açıq şəkildə qeyd olunmuşdur. Qala 12 ci əsrdə qraf Bogen tərəfindən inşa edilmişdir. Daha sonra qraf Andeşeke keçmiş və nəhayət hersoq Spanxem sahibi olmuşdur. 1501-ci ildə Arx ailəsindən olan Leonard Heriç, Raka qalasını Sotsqiyadan olan, cəngavər Yuri Şevroya satdı. 1515-ci ildə üsyançı kəndlilər qalanı yandırıldılar. XVII əsrdə qala, Verniçkeye məxsus idi. Daha sonra bu qala Kaisel ailəsinə satıldı.
Raka qəsri
Raka Qalası (alm. Arch‎) — Sloveniyanın ən qədim, orta əsr qalalarından biridir. Raka, Krşko şəhərində yerləşir. Raka qalası haqqında 1161-ci ildə yazılmış və 1279-cu ildə Arx qalası kimi açıq şəkildə qeyd olunmuşdur. Qala 12 ci əsrdə qraf Bogen tərəfindən inşa edilmişdir. Daha sonra qraf Andeşeke keçmiş və nəhayət hersoq Spanxem sahibi olmuşdur. 1501-ci ildə Arx ailəsindən olan Leonard Heriç, Raka qalasını Sotsqiyadan olan, cəngavər Yuri Şevroya satdı. 1515-ci ildə üsyançı kəndlilər qalanı yandırıldılar. XVII əsrdə qala, Verniçkeye məxsus idi. Daha sonra bu qala Kaisel ailəsinə satıldı.
Urata Rama
Urata Rama (20 dekabr 1986) — Kosovolu atıcı. Urata Rama Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Urata Rama birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 402.3 xal toplayaraq 48-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
VI Rama
Vaçıravudx, və ya VI Rama , və ya Phra Bat Somdet Phra Poramentharamaha Vajiravudh Phra Mongkut Klao Chao Yu Hua (tay พระบาทสมเด็จพระปรเมนทรมหาวชิราวุธฯ พระมงกุฎเกล้าเจ้าอยู่หัว), və ya Phra Bat Somdet Phra Ramathibodi Si Sintharamaha Vajiravudh Phra Mongkut Klao Chao Yu Hua (tay พระบาทสมเด็จพระรามาธิบดีศรีสินทรมหาวชิราวุธฯ พระมงกุฎเกล้าเจ้าอยู่หัว) (Banqkok, 1 yanvar 1881 - Banqkok, 25 noyabr 1925) - 1910-ci ildən 1925-ci ilədək Tailand kralı. Qardaşı Vəzir Nahid vəfat etdikdən sonra taxt-taca sahib olub. O, 1910-cu ildə atası Kral Chulalongkornun siyasətini davam etdirməyə başladı. Onun hakimiyyəti dövründə ölkə Qərbi texnologiyasını idxal etməyə, investisiya yatıraraq kənd təsərrüfatını inkişaf etdirməyə nail oldu.
Bir rumka daha
Bir rumka daha (dan. Druk, ing. Another Round) — danimarkalı rejissor Tomas Vinterberqin 2020-ci ildə ekranlara çıxan filmi. == Süjet == Qırx yaşlarında olan dörd məktəb müəllimi hər gün bir az spirtli içki içməyin onları daha yaradıcı edə biləcəyi fikrini sınaqdan keçirməyə qərar verir. Bununla belə, çox içirlər və hər şey öz axarından çıxır.
Qibran Rakabuminq Raka
Qibran Rakabuminq Raka — indoneziyalı siyasətçi və iş adamı. Hazırda İndoneziyanın Mərkəzi Yava əyalətində Surakarta şəhərinin meri vəzifəsində çalışır. O, İndoneziyanın yeddinci prezidenti Coko Vidodonun ən böyük övladıdır. 2024-cü ildə İndoneziyada keçirilən prezident seçkilərində o, Prabovo Subiantonun vitse-prezidentliyə namizədi kimi iştirak edib. Qibran 1 oktyabr 1987-ci ildə Mərkəzi Yavanın Surakarta şəhərində üç övladı olan Coko Vidodo və İriananın böyük uşağı və oğlu olaraq anadan olub. Qibran ilk doqquz illik təhsilini Surakartada tamamladı, Sinqapura köçməzdən əvvəl Orkid Park orta məktəbində oxudu. Orta məktəbi bitirdikdən sonra Qibran Avstraliyanın Sidney Texnologiya Universitetində təhsil almaq istəyən əcnəbi tələbələr üçün yol proqramı olan "UTS Insearch"a daxil oldu, lakin kollec bakalavr təhsili üçün yenidən Sinqapura köçmək qərarına gəldi. Diplomunu 2010-cu ildə Sinqapurun İdarəetmə İnkişafı İnstitutundan, həmçinin dərəcə ilə Bredford Universitetindən də diplom alıb. Ailəsinin mebel biznesində bir neçə il işlədikdən sonra Qibran 2010-cu ildə Surakartada yerləşən Çilli Pari adlı iaşə biznesini qurdu. Qibranın dediyinə görə, o, atasına məxsus bir konfrans mərkəzi üçün iaşə xidmətinin olmadığını görəndən sonra şirkəti qurmağa ruhlanıb.
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
Ameka
Ameka - Zamua çarı (E.ə. IX əsrin I yarısı). Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir. E.ə. 880-cı ildə Assuriya hökmdarı II Aşşurnasirapalın Zamuaya yürüşü zamanı döyüşdə məğlubiyyətə uğramış, ölkənin paytaxtı Zamrini tərk edərək öz qoşunu ilə Etini dağlarına çəkilmişdir. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Aşşur qoşunu ölkəni talan etmiş, lakin Amekanı ələ keçirə bilməmişdir. Ameka bir müddət aşşurlara qarşı müqavimətini davam etdirmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Arauka
Arauka — Kolumbiyanın Arauka deparatamentində yerləşən şəhər, Venesuela ilə sərhəddir. Tam adı Santa Barbara Araukadır. Şəhər dağlıq yerdədir və tez-tez daşqınlara məruz qalır. == Tarixi == Arauka ərazisi 1536-cı ildə Almaniyalı konkistador Xorxe de la Espira tərəfindən əsası qoyulmuşdur. Lakin kondistadorlar bu yerdə qalmadılar və Eldorado da axtarışa yolandılar. Daha sonra yezuitlər gəlidi və yaşayış məntəqələrini burda qurdular. Arauka şəhəri, 4 dekabr 1780-ci ildə Xuan İsidro Daboyn tərəfindən kiçik kənd Quaxironun yerində əsası qoyuldu. Burada kiçik bi hind ailəsi 10 ilə yaxın yaşadı. Arauca indi Venesueladan ayrılan və öz növbəsində yerli əhalinin özünə məxsus adını verən Arauca çayının adına verildi. Bir zamanlar şəhər Kasanare vilayətinin paytaxtı idi.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Hampa
Hampa (Tikantəpə)
Kalka
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə — linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Kauka
Kauka (isp. Cauca) — Kolumbiyanın departamentlərindən biri.
Lamia
Lamia, qədim yunan mifologiyasında Liviya kraliçası və ya şahzadəsi və Zevsin sevgililərindən biridir. Zevs ilə birlikdə olduqlarına görə Heranın qəzəbinə tuş gəlmiş və vəhşiləşərək öz övladlarını öldürdüyünə görə digər qadınların da, uşaqlarına düşmən olmuşdur. Həmçinin qısqanc Hera, Lamianın gözlərini bağlanmaz bir vəziyyətə gətirərək lənətləmiş və öldürmüş olduğu uşaqlarını mütəmadi olaraq görməsini təmin etmişdir. Ancaq Zevs Lamianın bu halına dözə bilməmiş, onu əvvəlki vəziyyətinə qaytarmış və istifadə etməsi üçün ona xüsusi bir qabiliyyət bəxş edir. Beləliklə yatmasa belə, müvəqqəti də olsa bəxtsizliyinin bəxş etdiyi acıları unuda bilmək üçün gözlərini istədiyi zaman çıxarda bilərdi. Uşaqlarını itirdikdən sonra qəzəbinə görə digər insanlardan qisas almaq məqsədi ilə digər qadınların uşaqlarını oğurlayıb onların qanlarını içir. Əslində bir qaraçı tərəfindən qaraçının arzusunu yerinə yetirməsi üçün çağırılır. Bunun üçün bir şəxsin hər hansı bir əşyasını götürərək onu lənətləyir və Lamianın həmin əşyanı almağa gəlməsini gözləməyə başlayırlar. Lamia həmin əşyanın sahibini də, özü ilə əbədi cəhənnəmə aparır. Bu lənətdən xilas olmağın yeganə yolu həmin lənətlənmiş əşyanın üç gün müddətində kiməsə verilməsidir.
Lampa
Lampa — süni işıq mənbəsi və gövdəsidir. Bu anlayış 13-cü əsrdə qədim yunan dilində λαμπάς (lampás, lampádos) məşəl, işıq sözlərinə əsaslanan fransız sözü lampedən alınmışdır. Lampa sözü dedikdə çib fənəri, tavan lampası, masaüstü lampa və gecə lampası başa düşülür. Xalq arasında lampa həm də işıq kimi başa düşülür. Azərbaycan dilində lampaya həm də çıraq deyilir. Lampa əslində işıq saçan qurğu və ya məşəl kimi işlənməlidir. Lampanın üzərindəki çətir çox vaxt ətraf mühiti güclü işıq şülarından və ya istidən qoruyur. Neft lampasını (XIII əsr), qaz lampasını (XIX əsr) və elekriklə işləyən közərmə lampasını ixtira edənə qədər lampa gildən, daşdan və ya metaldan hazırlanmış qabıq formalı olub içərisinə bitki və ya hevan yağı ila islanmış fitil yerləşdirilirdi. Bu tipli lampalar ən qədim zamanlarda mövcud olmuşdur. Lampalara başqa misal kimi işıq saçan materialdan hazırlanmış boruları, hologen lampalarını, metal buxarı lampalarını, günəş enerjisi ilə işləyən lampalar, qövs lampalarını və işıq diodlarını göstərmək olar.
Drama
Drama (yun. Δράμα) — Yunanıstanda şəhər. Dəniz səviyyəsindən 115 metr yüksəklikdə, Kavalanın 32 kilometr şimal-qərbində, Seredən 51 kilometr şərqdə, Salonikidən 116 kilometr şimal-şərqdə və Afinadan 354 kilometr şimalda yerləşir. Şərqi Makedoniya və Frakiyanın periferiyasında eyniadlı icmanın (dima) inzibati mərkəzi və eyniadlı periferik vahidi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 44,823 nəfər yaşayır. 12 saylı milli avtomagistral Dramanı Sere və Kavala ilə birləşdirir. 14 saylı milli yol Dram ilə Xantini əlaqələndirir. 57 saylı milli yol Dram ilə Kato-Neurocopionu birləşdirir. Şəhərdə Selanik - Aleksandrupolis dəmir yoluna aid "Dram" dəmir yolu stansiyası var. Şəhərə qədim tarixə və çoxlu memarlıq abidələrinə malikdi.
Banka
Layka
Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ – 3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti. Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi. Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü. Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür.
Qamma
Qamma - yunan əlifbasının üçüncü hərfi. Foton şüalanması bu hərflə işarələnir. Betadan sonra gələn hərfdir.
Qrampa
Qrampa, Ziazan — Ermənistanın Üçkilsə rayonunda kənd.