Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neoseiulus rancidus
Neoseiulus rancidus (lat. Neoseiulus rancidus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Lancia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Ramcird
Ramcird (keçmiş adı – Kuşkak) – İranın Fars ostanının Mərvdəşt şəhristanının Dürudzən bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,033 nəfər və 446 ailədən ibarət idi.
Raycin
Raycin (雷神) — ilk növbədə buddizmdə, sonra isə Yaponiya şintoizmində şimşək tanrısı. Bir əfsanədə Raycin Yaponiyanı işğalçı monqollara qarşı müdafiə etdiyi göstərilir. Burada monqollar şiddətli fırtına nəticəsində geri çəkilməli olur, bu zaman Raycin buludların arasında dayanaraq işğalçılara şimşək və oxlar atır. Raycin kabuki pyesi "Narukami"də obrazlardan biridir. Burada o, su hövzəsinin altında həbs edilir və bununla da quraqlığa səbəb olur.
Kanci
Kanci (yap.: ; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Danaid-monarx
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Francis Lai
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], VIII arondisman (Paris), Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Furay Sancin
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Lancia Dilambda
Lancia Dilambda — Lancianın 1928–1935-ci illər arasında istehsal etdiyi minik avtomobili. Avtomobil rəsmi olaraq 1929-cu ildə "Paris Motor Show"da təqdim edilib. Avtomobil 24 dərəcə V bucaqlı 4 litrlik V8 mühərrikə malikdir. 1928—1931-ci illər arasında istehsal edilmiş ilk seriya 1.104 ədəd istehsal edilmişdir. 1931—1933-cü illər arasında istehsal edilmiş ikinci seriya 300 istehsal edilmişdir. Dəyişdirilən sürət qutusu və əyləcə malik idi. 1933—1935-ci illər arasında istehsal edilmiş üçüncü seriya 281 ədəd istehsal edilmişdir.
Mehmed Hanciç
Hanciç Sarayevoda anadan olmuş, burada ibtidai və orta təhsilini almışdır. O, daha sonra Misirin Əl-Əzhər Universitetinə daxil olmuş, ilk əsərlərini burada yazmışdır. Hanciç Əl-Əzhəri bitirdikdən sonra Bosniyaya qayıtmış, ölkədəki Qazi Xosrov bəy adına mədrəsənin professoru, sonra isə müdiri olmuşdur. 1936-cı ildə o, dirçəliş hərəkatının ziyalılarını bir araya gətirən "Əl-Hidayə" assosiasiyasının həmtəsisçisi olmuş, 1939-cu ildə isə təşkilatın prezidenti və onun mətbu orqanının baş redaktoru olmuşdur. Hanciçin siyasi karyerası 1938-ci ildə Yuqoslaviyada keçirilən parlament seçkilərində namizədliyi ilə başlamışdır. Bir il sonra o, Bosniya və Herseqovina Muxtariyyət Hərəkatının yaradılmasında iştirak etmiş və onun rəhbərliyinin bir hissəsi olmuşdur. Ox dövlətləri 1941-ci ilin aprelində Yuqoslaviyanı işğal etdikdə Müstəqil Xorvatiya Dövləti adlı kukla dövlət yaratmış, Hanciç isə bu dövlətə sədaqətlik göstərdi. Buna baxmayaraq, bir neçə aydan sonra o, dəstəyini geri çəkmiş və Müstəqil Xorvatiya Dövlətinin törətdiyi hərbi cinayətləri qınayan Sarayevo Müsəlman Qətnaməsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Hanciç daha sonra Bosniya müsəlmanlarının müdafiəsi təşkil etmək üçün yaradılmış Milli Qurtuluş Şurasının sədri olmuşdur. O, 29 iyul 1944-cü ildə Koşevskaya xəstəxanasında tibbi əməliyyat zamanı vəfat etmişdir.
Mishari Rashid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran qarisi. Onun səsi, həmçinin quran qiraəti xüsusi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakültəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Qanoid balıqlar
Chondrostei (lat. Chondrostei) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan infrasinfi. 4 dəstəni özündə birləşdirir: Çoxüzgəclikimilər (Polypteriformes), Amiekimilər (Amiiformes), Zirehlikimilər (Lepisosteiformes), Nərəkimilər (Acipenseriformes).
Ranbir Kapur
Ranbir Kapur - (d. 28 sentyabr 1982, Mumbay, Hindistan) Bollivud filmlərində rol alan tanınmış Hindistanlı aktyor. Məşhur aktyor Rişi Kapur və aktrisa Nitu Sinqin oğludur. Ranbir aktyorluq karyerasına rejissor Sancay Lila Bhansalinin köməkçisi olaraq başlamışdır.
Rantiq Kazımov
Rantiq Fizuli oğlu Kazımov (8 yanvar 1987; Mayak, Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rantiq Kazımov 8 yanvar 1987-ci ildə Beyləqan rayonunun Mayak qəsəbəsində anadan olmuşdur. Nişanlı idi. Rantiq Kazımov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Rantiq Kazımov səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rantiq Kazımov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rantiq Kazımov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Sanciv Kumar
Sanciv Kumar (qüc. સંજીવ કુમાર), əsl adı Haribhay Carivala (qüc. હરિભાઈ જરીવાલા; d.9 iyul, 1938 Surat, Qucarat – ö.6 noyabr, 1985, Bombey, Maharaştra, Hindistan) — hind aktyoru. Sanciv Kumar 9 iyul 1938-ci ildə Qucarat ştatının Surat şəhərində anadan olmuşdu. Sanciv Kumar 6 noyabr 1985-ci ildə Maharaştra ştatının Bombey şəhərində vəfat edib.
Sancud (Sayınqala)
Sancud (fars. ‎سانجود‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (100 ailə).
Senecio randii
Senecio randii (lat. Senecio randii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Xancin (İcrud)
Xancin (fars. خانجين‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 396 nəfər yaşayır (113 ailə).
Əl-Vaacid
Əl-Vaacid (ər. ٱلْوَاجِدُ) — Allahın adlarından biri.
Sanciv Stalin
Sanciv Stalin (ing. Sanjeev Stalin; 17 yanvar 2001, Karnataka) — Hindistan futbolçusu, Hindistan Super Liqasında çıxış edən "Mumbay-Siti" FK-nin müdafiəçisi.O , 2017 FIFA U-17 Dünya Kuboku da daxil olmaqla müxtəlif beynəlxalq səviyyədə Hindistanı təmsil etmişdir. Sanciv Stalinin Stalin və anası Parameşvaridir. O, Banqalorun Karnataka şəhərində anadan olmuşdur. Valideynləri kiçik bir geyim mağazası işlədir. 10 yaşında Stalini hind-iranlı məşqçi Cəmşid Nəssiri görmüş və ona futbol akademiyasına daxil olmağı tövsiyə etmişdir.
Daniel Ranis
Kanci muzeyi
Kanci muzeyi — 5 iyul 2016-cı ildə Yaponiyanın Kioto prefekturasında istifadəyə verilən muzey və kitabxana. Gion rayonu kənarında yerləşən Kanci muzeyi və kitabxanası əsasən ibtidai, orta məktəb şagirdləri və onların ailələrinin maraqlarını qarşılamağa yönəlib. Lakin xarici qonaqlar da diqqət mərkəzindədir. Muzeyin mərkəzində "50.000 Kanci qalası" ucalır. Hündürlüyü 7,8 m olan qüllənin üzərindəki kancilər Morohaşi Tetsuci`nin "Dai kan va citen" lüğətini hərtərəfli əhatə edir. Burada kancilər nə qədər çox işlənməsindən asılı olaraq, müxtəlif ölçü və rənglərdə göstərilib. Ən görürünür yerdə cazibədar rənglərlə yazılanlar Yaponiyada ibtidaidən ali məktəbə qədər dərsliklərdə keçilənlərdir. Muzeyin birinci mərtəbəsində kancinin tarixini öyrənməyə kömək edən monitorlar var. Burada ilk dəfə Çində yaranan tısbağa zirehi üzərində həkk olunan heroqlifləri (fala baxmaq zamanı istifadə olunan) görmək olar (5-ci əsrin əvvəllərində Yaponiya gəlib). Həmçinin, burada muzeyə gələnlər əsrlər ərzində kancilərin necə yazıldığını (quruluşu və yazılma texnikasını) əyani görə və özləri də qum üzərində yaza bilərlər.
Miura Ancin
Vilyam Adams (ing. William Adams; 24 sentyabr 1564, Cillinhem[d], Kent qraflığı – 16 may 1620[…], Hirado[d], Naqasaki prefekturası) – XVII əsrdə Yaponiyada yaşamış ingilis dənizçi və tacir. Tokuqava İeyasu tərəfindən ona Miura yarımadasında torpaq verildiyi üçün Yaponiyada Miura Ancin (三浦按針, azərb. "Miura şturmanı"‎) adı ilə tanınmışdır. O, Yaponiyaya çata bilən ilk ingilis şəxs hesab olunur. Vilyam Adams 1564-cü ildə İngiltərənin Kent qraflığının Cillinhem şəhərində doğulmuş, gəmiqayırma sahəsində işləməyə başlamışdır. 1598-ci ildə bir holland flotuna şturman kimi qatılmış, bir neçə bədbəxt hadisədən sonra qəzalı vəziyyətdə olan gəmisi "Liefde" ilə 1600-cü ilin aprelində Yaponiyanın Kyuşu adasına çatmışdır. Tokuqava İeyasu onunla dostluq əlaqələri qurmuş, onu maliyyə nümayəndəsi, xəbərverən, şturman, gəmiqayıran və tərcüməçi kimi vəzifələrə təyin etmişdir. Bunun sayəsində Adams Yaponiyada varlı şəxsə çevrilmiş, 80-ə yaxın xidmətçiyə və öz mülkünə sahib olmuşdur. Rəsmi iş çərçivəsində bütün Yaponiyanı gəzmişdir.
Ramid Hacıyev
Ramid Nəriman oğlu Hacıyev (11 fevral 1987, Cəbrayıl rayonu – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Ramid Hacıyev 1987-ci il fevralın 11-də Cəbrayıl rayonunun Mirək kəndində anadan olub. Azərbaycan Ordusunun mayoru olan Ramid Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramid Hacıyev oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Hacıyev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramid Hacıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramid Tağıyev
Ramid Yaqub oğlu Tağıyev (25 fevral 1994; Daşkəsən rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Ramid Tağıyev 1994-cü il fevralın 25-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramid Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Arançı (Germi)
Arançı (fars. ارانچي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (123 ailə).
Arançı (Üskü)
Arançı (fars. ايرنچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 7 nəfər yaşayır (4 ailə).
İosif Pançiç
İosif Pançiç (serb. Јосиф Панчић/Josif Pančić Panosif Pančić) — Serbiyalı həkim, botanik, Serbiya Kral Akademiyasının ilk prezidenti. Pançiç Ugrini (müasir Xorvatiya ərazisi) kəndində anadan olub. O, xorvat katolik ailəsinin dördüncü övladı idi. Rəvayətə görə, Pançiçlər ailəsi Herseqovinadan gəlmişdir. İosifin valideynləri kasıb idi, lakin onun əmisi Qospiç şəhərində baş diyakon idi və o, İosifin təhsil qayğısını öz üzərinə götürmüşdü. O, ibtidai təhsili Qospiçdə, ali təhsili isə Riyekada almışdır . 1830-cu ildə İosif Riyekadan Zaqrebə köçərək təhsilini burada davam etdirir. 1842-ci ildə o tibb Fakültəsini bitirərək həkimlik ixtisasına yiyələnir. İosif Pançiçin ən məşhur uğuru, onun nadir bir növ olan — Balkan küknarını (və ya Pancice ladin) kəşf etməsidir.