Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Refleksiya
Refleksiya – proqramlaşdırmada: proqramın icrası zamanı öz strukturunu və hərəkətlərini izləyə və dəyişdirə bildiyi proses. İnikasın əsaslandığı proqramlaşdırma paradiqması refleksiv proqramlaşdırma adlanır. Bu, metaproqramlaşdırmanın növlərindən biridir. Müasir kompüter arxitekturalarının əksəriyyətində proqram kodu (CODE) verilənlər (DATA) kimi saxlanır. Kod və verilənlər arasında fərq ondan ibarətdir ki, kompüterlər kodu yerinə yetirməklə verilənləri emal edir. Başqa sözlə, kod (göstərişlər) yerinə yetirilir, verilənlər isə bu göstərişlərə uyğun olaraq emal olunur. Fəqət bəzi dillərdə yazılmış proqramlar öz göstərişlərini (INSTRUCTION) verilənlər kimi emal etmək və, beləliklə də, refleksiv modifikasiyaları yerinə yetirmək imkanına malikdir. Belə özünü modifikasiya edən proqramlar, əsasən, virtual maşından istifadə edən yüksək səviyyəli proqramlaşdırma dilləri (məsələn, SMALLTALK, skriptli dillər) vasitəsilə yaradılır. Refleksiyadan bir az aşağı səviyyədə Java, C, ML, Haskell kimi dillərdə istifadə olunur. // Refleksiyasız new Foo().Hello(); // Refleksiya ilə Type type=System.Type.GetType("Foo"); var foo=Activator.CreateInstance(type); foo.GetType().GetMethod("Hello").Invoke(foo, null); R-14.
Arefleksiya
Arefleksiya (rus. Арефлексия) - refleks qövsünün tamlığının pozulması və ya sinir sisteminin yuxarı şöbələrinin tormozlayıcı təsiri nəticəsində reflekslərin olmaması. Arefleksiya sinir impulslarının reflektor qövsün müxtəlif səviyyələrində (reseptorda, hissi neyronda, hissi lifdə, təmas neyronda, işçi orqanda) pozulması zamanı baş verir. Total və lokal regionar arefleksiyalar var. Total arefleksiyalar zamanı proses böyük beyin yarımkürələrinin, baş beyin kötüyünün və onurğa beyninin müxtəlif səviyyələrini zədələyir. Lokal - regionar arefleksiyalarnın izolə olunmuş və tər, bəbək, udlaq, dəri-vegetativ, yuxarı qarın, orta qarın, aşağı qarın formaları olur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Raflesiya
Rafflesiya (lat. Rafflesia) — Leşgülü, rafflesiyakimilər fəsiləsinə aid bitki cinsi. Dünyanın ən böyük çiçəyi kimi tanınan və nadirən Cənubi Asiyadakı yağmur meşələrində yetişən "Rafflesia"nın ömrü sadəcə 2 həftədir. Yalnız İndoneziyanın Sumatra və Kalimantan adaları ilə Cənubi Tailanddakı Xao Sok milli parkında görünən Rafflesia öz-özünə açır. 1 metrlik diametrə malik və 11 kiloqram ağırlığı olan Rafflesia, çiçək və böcəklərlə qidalanır. Rafflesia, Malayziyanın Kota Kanibalo şəhərindəki parkda 100 illik fasilədən sonra açmışdı. Toxumu olmayan çiçək, ağacların kökləri üstündə parazit kimi yetərli istilik və suyu olduqda meydana çıxır. Buna görə də çiçəyin görülməsi bir xeyli çətindir. Çiçəyi yalnız yanvar ayının axırından fevral ayının ortalarına qədər Xao Sok şəhərinin parkında görmək mümkündür.
Seleksiya
Seleksiya sözü latınca Selectio – seçmə deməkdir. Seleksiya seçmҽdҽn bəhs edən bir elmdir. İnsanlar yabanı bitkiləri becərməyə və vəhşi heyvanları əhliləşdirməyə başladığı çox qədim vaxtlardan seleksiyanın bünövrəsi qoyulmağa başlamışdır. Seleksiya dedikdə praktiki olaraq mövcud olan ev heyvan cinsləri və mədəni bitki sortlarının yaxşılaşdırılması, həmçinin, yenilərinin yaradılması haqqında elm başa düşülür. Bunlarla birlikdə seleksiya adı altında insanlar tərəfindən öz tələbatları naminə heyvan, mədəni bitki və müxtəlif mikroorqanizmlərin dəyişdirilməsi prosesi başa düşülür. Beləliklə, seleksiya insanların təcrübi fəaliyyətinin bir üsuludur. == Ədəbiyyat == Регель Р. Э. Научные основы селекции в связи с предусматриванием константности форм по морфологическим признакам // Тр. 1-го съезда деятелей по селекции сельскохозяйственных растений. Харьков, 1911. Вып.
Azərbaycanda seleksiya
Azərbaycanda təbii seçmənin kənd təsərrüfatına tətbiq edilməsinin tarixi 19-cu əsrlərdən başlamış, Sovet İttifaqı dövründə intensivləşmişdir. == Tarixi == Azərbaycanda kənd təsərrüfatıbitkilərinin becərilməsi hələ qədim zamanlardan başlamışdır. Qədim Yunanıstanın görkəmli alimlərinin əsərlərində Azərbaycan torpağının məhsuldarlığı qeyd olunur. Məsələn, Herodot, Strabon və s. özlərinin arxeoloji və paleontoloji qazıntılarının əsasında müəyyən etmişlər ki, Azərbaycanda dənli bitkilər hələ 4-5 min il bundan əvvəl becərilirdi. Tarixi mənbələrdən məlum olur ki, orta əsirlərdə Azərbaycanda dənli bitkilər, pambıq, meyvə və subtropik bitkilər geniş yayılmışdır. Azərbaycanda kənd təsərrüfatının çoxəsrli fəaliyyəti nəticəsində və xalq tərəfindən aparılan kortəbii seçmə çoxlu dənli bitkilərin, meyvə və tərəvəz bitkilərinin sortları yaradılmışdır. Bir çox sortlar, hətta bu günə qədər kənd təsərrüfatında öz əhəmiyyətini itirməyib, tarlalarında müvəffəqiyyətlə becərilməkdədir. İnqilabdan qabaq Azərbaycan ərazisində kənd təsərrüfatı bitkiləri üzrə tədqiqat işlərinin inkişafının tarixinə dair cüzi məlumatlar var. Kənd təsərrüfatı bitkilərinin öyrənilməsində ilkin işlərdən aşağıdakıları qeyd etmək olar: Lənkəran qəzasında 19-cu əsrin 40-cı illərdə A.A.Dudinski tərəfindən aparılan işlərin, o cümlədən bəzi meyvə və zeytun ağaclarının öyrənilməsi, həmçinin həmin əsrin 70-ci illərində Kaziskiy tərəfindən bir çox sitrus bitkilərin iqlimə alışma məsələlərinin öyrənilməsini qeyd etmək olar.
Aşner refleksi
Okulokardial refleks ( Aşner refleksi) — göz almasının massajı zamanı xoşagəlməz hal kimi meydana çıxa bilər. Refleks göz almasına barmaq vasitəsilə möhkəm sıxarkən meydana çıxır. Cavab reaksiyası sinir sisteminin simpatik və parasimpatik şöbələrinin fərdi uzlaşmasından asılıdır. Göz almasının sıxılmasına yönəlmiş qüvvə nə qədər artıq və intensiv olarsa, ekzaltasiya fazası bir o qədər aydın təzahür edər, həmçinin növbəti ifrat effekt fazası bir o qədər gec başlayar. İnsanların 62 %-də parasimpatik şöbə funksional daha davamlı olduğundan, adətən refleks zamanı ürək ritminin ləngiməsi (bir dəqiqədə 4-8 döyüntü) və arterial təzyiqin aşağı düşməsi müşahidə edilir. Bu refleks yeni doğulan körpələr üçün xarakterikdir. Bunu uşaqların oftalmocərrahiyyəsi zamanı, xüsusən də çəpgözlüyün korreksiyası zamanı nəzərə almaq lazımdır. Bu refleksin nəticəsi bradikariya, qeyri-sinusial ritm, asistologiya və nadir hallarda isə ölüm ola bilər.
Klonal seleksiya nəzəriyyəsi
Klonal seleksiya nəzəriyyəsi Qazanılmış immun sisteminin işləmə mexanizmini izah edən immunoloji nəzəriyyədir.Bu nəzəriyyə Avstraliyalı həkim Frenk Makfarleyn Börnet tərəfindən 1957 ci ildə irəli sürülmüşdür.Bu nəzəriyyəyə görə orqanizmin milyardlarla limfositləri milyonlarla klonları əmələ gətirir.Limfositlərin inkişafı zamanı hər bir klonun hüceyrələri (klon-ailəcik deməkdir) genetik gəhətcə yalnız müəyyən bir quruluşlu antigenbirləşdirən reseptorun sintezi üçün proqramlaşdırılır.Yəni klonlar bir birilərindən səthlərindəki bu reseptorlara görə fərqlənirlər.Klon daxilindəki hüceyrələr isə eyni reseptorlara malikdirlər.Ona görə də ,orqanizmdə hazır şəkildə,antigenlə qarşılaşmaqdan asılı olmayaraq ,milyonlarla müxtəlif reseptorlar mövcuddurlar.Buna antigenbirləşdirən reseptorlar repertuarı deyilir.Adi,normal halda klon daxilindəki hüceyrələrin miqdarı cüzi olduğundan,onlar orqanizmə düşmüş antigenə qarşı adekvat (müvafiq) immunoloji reaksiya yarada bilmirlər.Antigenin müvafiq klonlarla tutulması və antigen-reseptor kompleksinin yaranması həmin klonların hüceyrələrini aktivləşdirir.Yəni ,antigenin özü bu prosesin induktoru və hərəkətverici qüvvəsi kimi çıxış edir. Aktivləşmiş hüceyrələr (limfositlər) bir neçə gün ərzində müxtəlif böyümə və inkişaf faktorlarının təsirindən bölünüb çoxalır(klonun ekspansiyası) və differensiasiyaya uğrayaraq effektor və yaddaş hüceyrələrinə çevrilirlər.B-limfositləri üçün bu effektor hüceyrələri plazmatik hüceyrələrdirlər.Onlar bir neçə gün ərzində intensiv sürətdə anticisimlər sintez etdikdən sonra məhv olurlar.Aktivləşmiş T-limfositləri isə bölünüb-çoxalıb,differensiasiyaya uğrayaraq sonra sitotoksikliyə malik effektor hüceyrələrinə çevrilirlər. Yaddaş hüceyrələri uzunömürlüdürlər.Onlar orqanizmdə uzun müddət dövr edir,və antigenlə yenidən qarşılaşdıqda aktivləşərək ona qarşı əvvəlkindən daha güclü immunoloji reaksiya yaradırlar.İmmunitetin yaranması məhz yaddaş hüceyrələrinin fəaliyyəti ilə əlaqədardır.