Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rekuperasiya
Rekuperasiya — texnoloji proseslərdə sərf edilmiş maddələrin yenidən bərpa edilməsi və ilkin halda istehsalata qaytarılması prosesi. == Ümumi məlumat == Rekuperasiya tulantıların sənayedə yenidən istifadə edilməsi kimi də başa düşülür. Belə ki, həlledicilərin rekuperasiyası adsorbentlərin köməyi ilə, xüsusi aparatlarda – adsorberlərdə həyata keçirilir. Adətən, bu məqsədlə aktivləşdirilmiş kömürdən istifadə edilir. Tərkibində həlledici buxarları olan hava, adsorbent layı içərisindən keçirilir. Adsorbent doydurulduqdan sonra ondan həlledicini ayırırlar.