Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Resentiment
Fəlsəfə və psixologiyada resentiment ( Fransızca tələffüz: [rəsɑ̃timɑ̃] ) inciklik və ya düşmənçiliyin formalarından biri hesab edilir. Bu konsepsiya 19-cu əsrin bəzi mütəfəkkirlərini, xüsusən də Fridrix Nitsşeni xüsusilə maraqlandırırdı. Onların fikrinə görə, nifrət insanın məyusluğunun səbəbi kimi müəyyən etdiyi obyektə qarşı yönəlmiş düşmənçilik hissidir, yəni məyusluğuna görə günahın təyin edilməsidir. Zəiflik, aşağılıq kompleksi və ya bunu yaradan "səbəb" qarşısında qısqanclıq hissini formalaşdırır. Bu dəyər sistemi daha sonra paxıllıq mənbəyini obyektiv cəhətdən "aşağı" hesab edərək öz zəif tərəflərinə haqq qazandırmaq vasitəsi kimi istifadə olunur, küsmüş şəxsin öz etibarsızlıqlarını və qüsurlarını aradan qaldırmasına mane olan müdafiə mexanizmi kimi xidmət edir. Eqo özünü günahdan qorumaq üçün düşmən yaradır. Bu psioxoloji fenomenin məzmunu aşağıdakı el məsəlində obrazlı şəkildə ifadə olunmuşdur: "Pişiyin əli ətə çatmayanda, deyir; ət iylənib". == Tarix == Resentiment anlayış kimi Fridrix Nitsşenin əsərlərində populyarlıq qazanmışdır. Volter Kaufmanın fikrincə Nitşe tərəfindən bu termindən istifadə etməsinin səbəblərindən biri alman dilində müvafiq ekvivalent terminin olmamasıdır. Bu termin onun " ağa-qul " sualının psixologiyası və nəticədə əxlaqın doğulması ilə bağlı fikirlərinin əsas hissəsini təşkil edir.
Regent
Regentlik (lat. regens, "idarə edən") — monarxın yoxluğu və ya azyaşlılığı dövründə dövlət başçısı funksiyasını yerinə yetirən şəxs (regent) və ya kollegial orqan (regent şurası). == Tarixi == İlk dəfə regentlik İngiltərədə baş verib.Kral III Georq(1738 - 1820) ruhi xəstə olduğu üçün oğlu VI Georq(1762 - 1830) taxta çıxır.Və krallığı o idarə etməyə başlayır.Onun dövründə İngiltərə daha təkmilləşmiş, incəsənət , dizayn , moda və arxitektura və texnika daha çox irəliləmişdir.
Resept
== Dərmanşünaslıq == Dərmanşünaslıq dərmanlardan bəhs edən elmdir.O əczaçılıq və farmakologiya kimi iki böyük elm sahəsini özündə birləşdirir. == Reseptura == Dərmanşünaslıq elminin mühüm sahələrindən və vacib tərkib hissələrindən biri də reseptura fənnidir. Hələ ən qədim zamanlardan müalicə üçün təyin olunmuş dərmanın adını, miqdarını, tətbiq üsulunu və və qaydalarını və digər məlumatları göstərmək zərurəti yaranmışdır ki, bunu da həmin dövrlərdə müəyyən yazı işarələri vasitəsilə göstərməyə çalışmışlar. Tədricən bu sahə inkişaf etmiş və, beləliklə də, hazırda reseptura adlandırdığımız mühüm bir dərmanşünaslıq fənninin təməli qoyulmuşdur. Dərmanşünaslığın dərman maddələrinə reseptlərin yazılması və dərmanların hazırlanılması qaydalarından bəhs edən sahəsi reseptura adlanır. == Dərmanşünaslığın tarixi == Tarixi məlumatlardan məlum olur ki, reseptura həqiqətən də ən qədim elmlərdəndir. Belə ki, bizim eramızdan hələ 2000–3000 il əvvəl artıq qədim misirlilərin, primitiv şəkildə olsa da, öz resepturası mövcud imiş. O zamanlar reseptləri xüsusi işarələrlə yazırmışlar.Bu işarələr yalnız həkimə və əczaçıya məlum imiş. Belə işarələrdən bəzilərinin maraqlı mənası olmaqla, bunlar dərmanşünaslıqda qəbul olunmuşdur. Məsələn, su, duz, turşu ,mis, spirt, gümüş, sabun, qızıl xüsusi işarələrlə, eləcə də başqa maddələr və dərman vasitələri digər müəyyən işarələrlə göstərilərmiş.
Regent Universiteti
Regent Universiteti (əvvəllər Regents College) — İngiltərənin London şəhərində yerləşən özəl universitet. O, Avropanın ən böyük ali təhsil təminatçısı olan Galileo Global Education-ın bir hissəsidir.Regents Universiteti 1984-cü ildə Regent Kolleci olaraq təsis edilmişdir. 2012-ci ildə təhsil dərəcələri vermə səlahiyyətini aldı və 2013-cü ildə universitet oldu. İngiltərədəki beş özəl universitetdən biridir. Universitetin kampusu Mərkəzi Londonda, Regent Parkında yerləşir.
Asamati (Resen)
Asamati (mak. Асамати, alb. Asamat, Osomat) — Prespa gölünün şimal şərq sahilində, Makedoniya Respublikasının Resen Bələdiyyəsində yerləşən bir kənddir. Asamati, Resen bələdiyyə mərkəzindən 12 kilometr uzaqlıqda yerləşir və 175 sakini var. == Tarixi == Asamati, müxtəlif tarixi dövrlərdən qalma və bir çoxu təsadüfən kəşf edilən müxtəlif arxeoloji sahələrə ev sahibliyi edir. Tapıntıların bir çoxu Resen qəsəbəsindəki Sarayda yerləşdirilir.XIX əsrdə, daha sonra Ademayt olaraq adlandırılan kənd əhalisi, 16 evdə yerləşən 30 müsəlman sakinin və Bolqar Yepiskopluğunun 16 üzvündən ibarət idi. 1905-ci ildə Asamati'nin 150 sakini var idi, bunların 102-si Müsəlman albanlar, geri qalan hissəsi isə Bolqar Yepiskopluğunun üzvlərindən ibarət idi.Birinci Dünya Müharibəsi əsnasında kəndin 115 sakini var idi.
Resen (qəsəbə)
Resen (mak. Ресен, serb. Ресан, türk. Resne, yun. Ρέσνα, alb. Resnjë) — cənub-qərbi Makedoniyadakı 9 min əhaliyə sahib bir qəsəbə. Resen Bitola və Oxrid arasında təxminən olaraq bərabər məsafədədir. Qəsəbə dəniz səviyyəsindən 880 metr yüksəkdə və Prespa gölü yaxınlığında yerləşir. Resen eyni zamanda Prespa gölündəki tək şəhərdir və Resen Bələdiyyəsinin mərkəzidir. == Tarixi == Köhnə İliryalı Damastiyon şəhəri Resen'n yaxınlığında ola bilər.
Resen sarayı
Resen sarayı — Şimali Makedoniyanın Resen qəsəbəsində tarixi bir neoklassik əmlakdır. XIX əsrin sonlarında resenli Osmanlı bəyi olan Əhməd Niyazi bəy tərəfindən inşa edilmişdir. Sarayın memarlıq üslubu onu Makedoniyada unikal edir. Hal-hazırda binada muzey, qalereya və kitabxana fəaliyyət göstərir. Resen bələdiyyəsinin yerli əhalisi binanı "Saraj" olaraq adlandırır. == Təsviri == Saray neoklassik memarlıq üslubunda inşa edilmişdir. Bina 35 m (114 ft) yüksəkliyindəki hündür hissə və iki pəncərəsi ilə təmailə simmetrikdir. Bir zirzəmi, iki mərtəbə və mansardla birlikdə 7,800 m2 (83,958 ft2) sahəsi var.Binanın xarici divarları 60 santimetr qalınlığındadır. Xüsusilə fasadda zəngin heykəltəraşlıq detalları var. Dam əvvəlcə ağacdan hazırlanmışdı, lakin 1982-ci ildə aparılan təmir işləri zamanı bura polad profillərlə əvəz edilmişdir.
Şahzadə Regent boğazı
Şahzadə Regent boğazı - Kanada Arktik arxipelaqına daxil olan Samersel adasını Baffin Torpağı adasına daxil olan Broder yarımadasından ayırır. Şimalda Lankaster boğazı, cənubda isə Butiya körfəzi ilə birləşir. Eni şimalda 64 km, cənubda 105 km təşkil edir. Boğaz daxilində heç bir ada yoxdur. Kanadanın Nunavut vilayyəti ərazisində yerləşir.
Desert
Desert (fr. dessert-dən) — nahar və şam yeməyindən sonra verilən və xoş dad əhvalı yaratmaq üçün verilən yemək. Bir qayda olaraq şirin delikateslər verilir.
Dosent
Dosent (lat. docere – öyrətmək) — ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə. == Haqqında == Dosent vəzifəsi ali məktəblərdə ən azı 5 il çalışmış, elmi təcrübəsi olan şəxslərə verilir. O həm də elmi-tədqiqat müəssisələrində (məsələn Akademiya sistemində) elmi ad kimi verilə bilər. Dosent elmi adı ali məktəbin Elmi Şurası tərəfindən verilir və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Böyük pedaqoji təcrübəyə malik mütəxəssislərə elmi dərəcə olmadan da dosent adı verilə bilər.
Fresen.
Georq Fresenius (alm. Johann Baptist Georg Wolfgang Fresenius‎; 25 sentyabr 1808 – 1 dekabr 1866) — Alman fiziki və botaniki.
Levent
Levent — İstanbul şəhərində biznes rayonu.
Redusent
Redusentlər (latınca. "reducens", yiyəlik halda "reducents" – qayıdan, bərpaedici) – ölü heyvan və bitki qalıqları ilə qidalanıb onları minerallaşdıran, daha doğrusu, onları produsentlərin mənimsəyə biləcəkləri şəklə qədər parçalayan orqanizmlərdir. Adətən redusentlərə saprofit yolla qidalanan bakteriyalar, göbələklər, bəzi heyvanlar (soxulcan, peyin və məzar böcəyi) və s. aiddir. Redusentlərə konsument adlanan bütün canlıları aid etmək olar. Çünki onların həyat fəaliyyəti nəticəsində üzvi maddələrin minerallaşması baş verir. Amma daha çox redusentlərə saprofit bakteriyalar və göbələklər aid edilir (qıcqırma və çürümə). Redusentlər qida zəncirində hər bir həlqədən sonra təkrar olunurlar. == Ədəbiyyat == Бигон М., Харпер Дж., Таунсенд К. Экология. Особи, популяции и сообщества: в 2-х т.
Reseda
Əspərək (lat. Reseda) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinə aid bitki cinsi.
Restit
Restit — qalıq anatektit süxur; tərkibcə prosesdə anatektik ərinməmiş kristallik qalıqdan: biotit ± hornblend + qranat ± kordiyerit + filiz mineralı + (bəzən) kvarsdan ibarət süxur. Anatektik temperaturda yenidən ərinməmiş metamorfik süxurlarla (amfibolitlər, mərmərlər, kvarsitlər və b.) birlikdə olur. Restit termini melanosom, kinsigit, skialit, relikt süxurlar anlayışlarına yaxındır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.
Sesen
Sesen (fr. Seyssins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38486. Kommunanın 2007-ci il üçün əhalisi 6908 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1 897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 5 km cənub-qərbdə yerləşir.
Acmella repens var. repens
Acmella repens (lat. Acmella repens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Acmella nuttaliana Raf. Acmella occidentalis Nutt. [Illegitimate] Acmella oppositifolia var. oppositifolia Acmella oppositifolia var. repens (Walter) R.K.Jansen Acmella repens var. repens Anthemis repens Walter Ceratocephalus beccabunga (DC.) Kuntze Ceratocephalus diffusus (Poepp.) Kuntze Ceratocephalus repens (Walter) Kuntze Ceratocephalus subhirsutus (DC.) Kuntze Spilanthes americana f. lanitecta A.H.Moore Spilanthes americana var. parvula (B.L.Rob.) A.H.Moore Spilanthes americana var.
Acmella repens
Acmella repens (lat. Acmella repens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Acmella nuttaliana Raf. Acmella occidentalis Nutt. [Illegitimate] Acmella oppositifolia var. oppositifolia Acmella oppositifolia var. repens (Walter) R.K.Jansen Acmella repens var. repens Anthemis repens Walter Ceratocephalus beccabunga (DC.) Kuntze Ceratocephalus diffusus (Poepp.) Kuntze Ceratocephalus repens (Walter) Kuntze Ceratocephalus subhirsutus (DC.) Kuntze Spilanthes americana f. lanitecta A.H.Moore Spilanthes americana var. parvula (B.L.Rob.) A.H.Moore Spilanthes americana var.
Acroptilon repens
Sürünən kəkrə (lat. Acroptilon repens) - kəkrə cinsinə aid bitki növü. == Sinonimləri == Acroptilon angustifolium Cass. Acroptilon australe Iljin Acroptilon obtusifolium Cass. Acroptilon picris (Pall. ex Willd.) C.A. Mey. Acroptilon serratum Cass. Acroptilon subdentatum Cass. Centaurea picris Pall. ex Willd.
Agropyron repens
Sürünən ayrıqotu (lat. Agropyron repens) — ayrıqotu cinsinə aid bitki növü. == Botaniki təsnifatı == Kökləri uzun, üfqi uzanan, sapabənzər olub 5–15 sm dərinliyə qədər gedir. Gövdədinin hündürlüyü 40–150 sm olur. Bitkinin dibindən çixan və gövdədən 2–8,5 mm hündürlükdə olan yarpaqları uzunluğu 15–40 sm, eni 3–10 mm çılpaq düz xət şəklində olur. Çiçəyin formulu: ↑ P 2 A 3 G ( 2 ) _ {\displaystyle \uparrow P_{2}\;A_{3}\;G_{\underline {(2)}}} . == Yayılması == Bitkinin vətəni Avropa, Şimali Afrika və Asiyadır olsa da, demək olar ki, hər yerə yayılmışdır və əksər yerlərdə alaq otu hesab edilir. Bostan şəraitində bu bitkiləri təmizləmək üçün torpağı çevirir və kökləri əllə çıxarılıb atılır. Torpaqdan kənarda tez quruyur və məhv olur. Düzənliklərdə və dağlarda bitir.
Ajuga repens
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == Ajuga abnormis (Rouy) Prain Ajuga alpina Fr. [Illegitimate] Ajuga barrelieri Ten. Ajuga breviproles Borbás Ajuga candolleana (Rouy) Prain Ajuga densiflora Ten. [Illegitimate] Ajuga pyramidalis Huds. [Illegitimate] Ajuga repens Gueldenst. ex Ledeb. Ajuga reptans var. albiflora Tinant Ajuga reptans var.
Aksent (sosiolinqvistika)
Aksent — başqa dildə danışarkən ana dilinin tələffüz xüsusiyyətlərinin təzahürü. Bu və ya digər dialektin tələffüz xüsusiyyətlərinin məcmusudur. Aksent danışanların yaşadığı yer, danışanların sosial-iqtisadi vəziyyəti, etnik mənsubiyyəti (etnolekt), kasta və ya sosial sinif ilə də müəyyən oluna bilər.Aksentlər adətən səs keyfiyyəti, tələffüz, sait və samitlər arasındakı fərq, vurğu və prosodiya ilə fərqlənir. Qrammatika, semantika, lüğət və digər dil xüsusiyyətləri tez-tez aksent ilə eyni vaxtda dəyişsə də, "aksent" sözü xüsusi olaraq tələffüz fərqliliklərinə aid olunur, "dialekt" sözü isə daha geniş dil fərqlərini əhatə edir. "Aksent" əksər halda "dialekt"in alt çoxluğu hesab edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bragg, Melvyn. The Adventure of English, 500AD to 2000: The Biography of a Language. London: Hodder & Stoughton. 2003. ISBN 978-0-340-82991-2.
Amomum repens
Əsl hil (lat. Amomum repens) — hil cinsinə aid bitki növü.
Arachis repens
Arachis repens (lat. Arachis repens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yerfındığı cinsinə aid bitki növü.
Banksia repens
Banksia repens (lat. Banksia repens) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Pəşəng
Pəşəng (Fars: پشنگ / Pashang) - Firdovsinin Şahnamə əsərində əfsanəvi Turan xaqanı. Alp Ər Tonqanın (Əfrasiyabın) atası və Tur xanın nəvəsi. == Həyatı == Həyatı haqqında məlumatlar fars şairiFirdovsinin Şahnamə adlı əsərində mövcuddur. Şahnamədə Pəşəng xan haqqında çox məlumat yoxdur və sadəcə Turan xaqaxı Əfrasiyabın (Alp Ər Tonqanın) atası və İran kralı Fəridunun üç oğlundan ( digər oğulları: Səlm və İrəc ) biri olan Turun nəvəsi kimi qarşımıza çıxır.
Rəbənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Rəvənd
Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Tanqut rəvəndi (Rheum tanguticum Maxim.) (=Rheum palmatum L. var.) Qarağat rəvəndi (Rheum ribes L.) Qaya rəvəndi (Rheum rupestre Litv. ex Losinsk.) (=R.turcestanicum Janisch.) Türkmənistan rəvəndi (Rheum turcestanicum Janisch.) === Digər növləri === Rheum nobile Rheum officinale Rheum palaestinum Rheum rhabarbarum Rheum rhaponticum == Tibbi faydaları == Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər.Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı. Həmçinin bəzi günlərdə ki, Əbu Talibin davarlarını otarmaq üçün çölə aparırdı bir nəfər ona yaxın gəlib dedi Ya Rəsulullah!
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov -- Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Həsən Hami — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Fətullayev — Həsən Adıgözəlov — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Pşent
Pşent (düzgün pa-sxemit q.misir sḫm.tỉ "iki güclü" q.yun. ψχεντ "psxent") Qədim Misir fironlarına məxsus iki tacın : Aşağı Misir hökmdarlarına məxsus qırmızı "deşret"in və Yuxarı Misir hökmdarlarına məxsus ağ "hecet" ilə birləşməsindən yaranmışdır.
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.