Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Return to Castle Wolfenstein
Return to Castle Wolfenstein (RTCW) — "Gray Matter Interactive" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyundur. İlk anons tarixi 20 Noyabr 2001-ci il tarixində olmuşdur.
Alice: Madness Returns
Alice: Madness Returns (azərb. Alisa: Geri dönür‎) - "Spicy Horse" oyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan, macəra janrlı videooyundur. Süjet xətti ilə 2000-ci ildə istehsal olunmuş American McGee’s Alice videooyunun məzmununu davam etdirir.
Qetura
Qetura — İbrahim peyğəmbərin 3-cü arvadı. Bibliyaya görə, İbrahim peyğəmbər onunla ilk arvadı Sara öldükdən sonra evlənmişdir. Onun Qeturadan 6 uşağı olmuşdur.
Reborn
Reborn - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı altıcı albomdur. Albom 2008-ci ildə Avropa və Macarıstanda satışa çıxarılıb. Həmçinin alboma daxil olan iki mahnıya - "Reborn" və "Prayers" mahnılarına klip də çəkilib.
Resurs
Resource ~ ресурс ~ kaynak ~ resurs – proqramın, yaxud prosesin gedişində hesablama sisteminin, yaxud şəbəkəsinin onlar üçün ayrılmış hər hansı hissəsi, məsələn: disksürən, printer, yaxud yaddaş. Resurs bir proqramın bir neçə modulu tərəfindən istifadə oluna bilər; məsələn: dialoq boksları, şriftlər, və b. Resurslardan istifadə olunması proqramın kodunu yenidən kompilyasiya etmədən onun bir çox parametrlərini dəyişməyə imkan verir. Bax: MULTITASKING, OPERATING SYSTEM. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Saturn
Saturn (planet) — planet. Saturnun peykləri — peyklər Saturn mükafatı — Film Mükafatı.
Tetuan
Tetuan (ərəb. تطوان‎ , bər. ⵜⵉⵟⵟⴰⵡⵉⵏ , isp. Tetuán) və ya ləqəbi ilə Ağ Göyərçin (ərəb. الحمامة البيضاء‎) — Mərakeşin şimalında yerləşən şəhər. Martil vadisi boyunca uzanır və Çərakeşin Aralıq dənizindəki iki böyük limanından biridir. Şəhər Cəbəllütariq boğazından bir neçə mil cənubda və Tanjerin təxminən 60 km (40 mil) şərq-cənub-şərqində yerləşir. 2014-cü il Mərakeş siyahıyaalınması zamanı şəhər əhalisi 380 787 olaraq qeyd edilmişdir. Şəhər Tanjer-Tetuan-Əl-Xoceyma inzibati ərazi vahidinə daxildir. Şəhər 2000 ildən çox bir çox inkişaf dövrünün şahidi olmuşdur.
Retro
Retro ( lat. Retro «geriyə», «geriyə yönəlmiş») — mədəni və maddi dəyər kəsb edən, gündəlik həyatda az rast gəlinən, köhnə əşyaları və ya halları xarakreiska etmək üçün abstrakt bədii-tarixi termin. == Məmbə == «Стиль ретро» в Интерактивной Энциклопедии современного языка Жаргон.
Aechmea retusa
Aechmea retusa (lat. Aechmea retusa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Anthemis retusa
Anthemis retusa (lat. Anthemis retusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Baccharis retusa
Baccharis retusa (lat. Baccharis retusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Dalbergia retusa
Dalbergia retusa (lat. Dalbergia retusa) — paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Ficus retusa
Ficus retusa (lat. Ficus retusa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Haworthia retusa
== Təbiətdə yayılması == Haworthia retusa, Cənubi Afrikadakı Western Cape Əyalətindəki Riversdale regionunda çok kiçik bir ərazidə endemik olan Asphodelaceae fəsiləsinin Haworthia cinsinin çiçəkli bitkilərinin bir növüdür. 10 sm (3,9 inç) uzunluğa və genişliyə qədər böyüyən, qalın üçbucaq formalı yarpaqları və 50 sm (20 inç) uzunluğundakı salxımlarda düzülmüş kiçik ağ boru formalı çiçəkləri olan, çok illik bir sukulentdir. Təbii yaşam arealı alçaq təpəliklər və daha düz ərazilərdir. Yaxın qohumu olan Haworthia turgida, şimaldakı daha dik, daha qayalıq və daha dağlıq ərazidə yaşayır. Digər xüsusiyyətlərinə görə bu iki növ bir-birlərinə oxşar olduqlarından H.turgida növünə H.retusa'nın dağlıq ərazidə yetişən forması demək olar. == Adlandırılması == Haworthia cinsi adı İngilis botanik Adrian Hardy Haworthun(1767–1833) şərəfinə adlandırımışdır. Növün adı Latıncadan "yenidən istifadə olunmuş" yarpaq forması mənasındadır. == Morfologiyası == Əsas fərqləndirici xüsusiyyəti yarpaq sonluqlarının şəffaf və üçbucaq formada olmasıdır. Bu yarpaq quruluşu deltoid adlanır. Bu növ digərlərindən şəffaflığın yalnız uc hissədə olması ilə ayırd edilir.
Ligularia retusa
Ligularia retusa (lat. Ligularia retusa) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid biki növü.
Malpighia retusa
Malpighia emarginata (lat. Malpighia emarginata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin malpigiyakimilər fəsiləsinin malpigiya cinsinə aid bitki növü.
Muadye-Deturb
Muadye-Deturb (fr. Moidieu-Détourbe) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38238. Kommunanın 2012-ci il üçün əhalisi 1815 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 235 ilə 423 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Resurs millətçiliyi
Resurs millətçiliyi hökumətin və cəmiyyətin ölkə daxilində yerləşən təbii ehtiyatlara nəzarətə malik olma tendensiyasıdır. Resurs millətçiliyi transmilli korporasiyaların maraqlarına zidd ola, həmçinin ölkənin inteqrasiya meyllərinin qarşısını ala bilər.
Saturn (dəqiqləşdirmə)
Saturn (planet) — planet. Saturnun peykləri — peyklər Saturn mükafatı — Film Mükafatı.
Saturn (mifologiya)
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Saturn (planet)
Saturn, köhnəlmiş adı Zühəl — Günəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafəsinə görə altıncı planet. Saturn radiusu Yerin radiusundan təqribən doqquz dəfə böyük olan qaz nəhəngidir. Saturnun sıxlığı Yerin sıxlığının səkkizdə biri qədər olsa da, həcmi Yerin həcmindən 95 dəfə çoxdur. Planetin adı Roma mifologiyasında tanrı olan Saturndan gəlir və astronomik simvolu (♄) Saturnun orağını təmsil edir. Ehtimal olunur ki, Saturnun daxili nüvəsi dəmir-nikel və qayadan (silisium və oksigen birləşmələri) təşkil olmuşdur. Bu nüvənin də metallik hidrogenlə əhatələndiyi, orta təbəqələrdə maye hidrogenlə maye heliumun yerləşdiyi və Frenkel xəttindən xaricdə qalan hissənin də qaz təbəqəsindən ibarət olduğu düşünülür. Saturnun yuxarı atmosferi ammonyak kristallarından təşkil olunduğundan rəngi açıq sarı görünür. Metallik hidrogen təbəqəsindəki elektrik axınının planetin maqnit sahəsinin yaranmasına səbəb olduğu düşünülür. Bu axın Yerdəkinə nisbətən daha zəif olmasına baxmayaraq, planetin böyük ölçüləri səbəbindən onun maqnit momenti Yerin maqnit momentindən 580 dəfə böyükdür. Saturnun maqnit sahəsinin gücü Yupiterin maqnit sahəsinin gücünün iyirmidə birinə bərabərdir.
Saturn I
Saturn I ("Saturn bir" olaraq adlandırılır) - ABŞ-nin dizayn etdiyi ilk orta daşıyıcı raket. Aşağı Yer orbitinə daşıya bildiyi faydalı yük 9 100 kg idi. Prezident Con Kennedi Saturn I və xüsusilə, SA-5 ilə ABŞ-nin SSRİ-nin Sputniki buraxmasından sonra geridə qaldığı qaldırma qabiliyyətində rəqibini üstələdiyini qeyd etmişdi. == Xüsusiyyətləri == == Uçuşlar == == İstinadlar == == Ədəbiyyat == Bilstein, Roger E. Stages to Saturn: A Technological History of the Apollo/Saturn Launch Vehicles. The NASA History Series. Washington: NASA. 1996. ISBN 978-0-16-048909-9. 2004-10-15 tarixində arxivləşdirilib. Cadbury, Deborah. Space Race: The Epic Battle Between America and The Soviet Union for Dominion of Space.
Saturn IB
Saturn IB (bir B kimi oxunur, həmçinin təkmilləşdirilmiş Saturn I olaraq da tanınır), Amerika Kosmik Agentliyi NASA tərəfindən Apollon layihəsi üçün yaradılmış və istifadə edilmiş Saturn raket ailəsinin bir modelidir. Apollon layihəsi, Skylab kosmik stansiyası və ABŞ/SSRİ Apollon Soyuz Test Layihələrində istifadə olunmuşdur. Əvvəlki Saturn I-dən fərqli olaraq, ikinci raket mərhələsi S-IV daha güclü S-IVB ilə əvəz edilmişdir. Beləliklə, yanacaq çəni qismən doldurula bilən bir Apollon Komanda/Xidmət Modulu (KSM) və ya yanacaq çəni tamamilə doldurula bilən bir Ay Modulu (AM) aşağı yer orbitində ilkin uçuş sınaqlarını həyata keçirmək üçün işə buraxılma imkanları əldə edilmiş, aya uçuş üçün tələb olunan daha böyük Saturn V raketi hazırlanmazdan qabaq ehtiyac təmin edilmişdir. Eyni S-IVB üst eşelonunu paylaşan Saturn IB və Saturn V Apollon kosmik gəmisi üçün müştərək bir interfeys təqdim etmişdirlər. Yeganə böyük fərq, Saturn IB-dəki S-IVB-nin bütün yanacağını yer orbitinə çıxmaq üçün istifadə etdiyi halda, digər tərəfdən Saturn V-dəki S-IVB-nin yanacağının yalnız bir hissəsini yer orbitinə çıxmaq üçün istifadə etməsi və qalan hissəsini Ay yolçuluğu üçün yenidən işlədərək istifadə etməsidir. Saturn IB iki ekipajsız KSM suborbital uçuşu, bir ekipajlı LM orbital uçuşu və ilk ekipajlı KSM orbital missiyası (tapşırıq) (əvvəlcə Apollon 1 olaraq planlaşdırılmışdı, daha sonra Apollon 7 olaraq uçdu) həyata keçirmişdir. Həm də bir orbital tapşırıq əsnasında (AS-203) yüklənmədən buraxıldı, buna görə S-IVB-yə dəyişiklik olaraq daha çox maye hidrogen yanacağı yüklənmişdir. Bu missiya, Saturn V-də olduğu kimi S-IVB-nin yenidən başladıla bilən bir versiyasını istifadə etmişdir və beləliklə, çəkisiz bir mühitdə maye hidrogenin davranışı müşahidə edilmişdir. 1973-cü ildə, Apollon ay proqramının bitməsindən sonrakı ildə üç Apollon KSM/Saturn IB Skylab kosmik stansiyasına ekipaj daşımışdır.
Saturn Məbədi
Saturn məbədi (Latınca: Templum Saturni or Aedes Saturni)Saturn tanrısına ibadət edilən yer eramızdan əvvəl 497-ci ildə ilk dəfə məbəd olaraq istifadə edilməyə başlanmışdır. Lakin, qədim yazıçıların çoxu bu fikirlə razı deyil. == Tarixi == Məbədin inşasına Roma Çarlığının yeddinci və sonuncu çarı Təkəbbürlü Tarkvininin hakimiyyəti illərində başlanıldığı düşünülür. Məbədin açılışı isə konsul Titus Lartius tərəfindən Respublikanın ilk illərində baş tutdu. Eramızdan əvvəl 42-ci ildə məbəddə Munatius Plancus tərəfindən tamamilə yenidən qurma işləri aparıldı. Lakin, 283-cü ildə baş vermiş yanğından sonra məbəd dağılmış və mövcud təcəssüm halını almışdır. Yanğından sonrakı yenidən qurma və bərpa işlərini daşların üzərindəki qədimi yazılarda görmək mümkündür. Roma mifologiyasına əsasən deyə bilərik ki, Saturn Qızıl əsr dövründə hakim idi və zənginliyi simvolizə edirdi. Onun abidəsi Roma Respubllikasının qızıl və gümüş ehtiyatlarını özündə saxlayan xəzinəyə ev sahibliyi edirdi. Həmçinin, dövlət arxivləri, hərbi rütbəni müəyyən etmək üçün istifadə olunan nişanlar və metalları çəkmək üçün istifadə olunan rəsmi ölçü şkalaları da burada saxlanırdı.
Saturn V
Saturn V ("Saturn Beş" kimi oxunur) — ABŞ istehsalı olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş insan daşıya bilən raketdir və 1967 ilə 1973 arasında NASA-nın Apollon və Skylab proqramlarında istifadə edilmişdir. NASA, bu çox mərhələli maye yanacaqla işləyən çox ağır daşıyıcı raketi 13 dəfə Kennedi Kosmik Mərkəzindən — Floridadan heyət və yük itkisi olmadan kosmosa buraxmışdır. Mövcud olan ən uzun, ən ağır və ən güclü raketdir və hələ də ən ağır raket daşıyıcısı tutumu rekordunu əlində saxlayır. Saturn raket ailəsinin ən böyük istehsal modeli olan Saturn Verner fon Braun və Artur Rudolf adlı şəxslərin rəhbərliyi altında, Alabama ştatının Hantsvill şəhərindəki Marşal Kosmik Uçuş Mərkəzində Boeing, North American Aviation, Douglas Aircraft Company və IBM şirkətlərinin baş podratçılığı ilə dizayn edilmişdir. Von Braunun tərəfindən hazırlanmış dizayn qismən İkinci Dünya Müharibəsi dövründə Hitler Almaniyasında hazırladığı Aggregate seriyası, xüsusilə A-10, A-11 və A-12 modelli raketlərə əsaslanır. İndiyə qədər Saturn V insanları alçaq yer orbitindən kənarda daşıyan yeganə raket daşıyıcısıdır. 1968-ci ilin dekabr ayından və 1972 dekabr ayına qədərki 4 il ərzində cəmi 24 astronavt (3 astronavtı bir dəfədən çox aparmışdır) aya aparmışdır. == Tarixçə == Saturn V raketinin mənşəyi ABŞ-də Prezident Harri Truman tərəfindən 1946-cı ilin sentyabrında qüvvəyə mindirilmiş Kağız sancağı əməliyyatı (Operation Paperclip) çərçivəsində Wernher von Braun başda olmaqla 700 ətrafında Alman aliminin seçilməsi ilə başlamışdır. == Texnologiya == 3039 ton ağırlığında olan Saturn V 3 təbəqədən ibarətdir. Bu 3 təbəqə 2 növ raket mühərrikindən ibarətdir.