Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Texasda cinayətkarlıq
Bu məqalə ABŞ-də yerləşən ən böyük ştat olan Texasdaki cinayətkarlıqların vəziyyətini təsvir edir. == Ştat statistikaları == 1,184-ü cinayət və 8,236-ı təcavüz olmaqla 2014-cü ildə Texasda 923.348 cinayət hadisəsi qeydə alınıb. == Polislik == 2008-ci ildə Texas 1913 dövlət və yerli hüquq-mühafizə orqanlarına malik idi. Bu orqanlarda ümumilikdə 96,116 işçi işləmişdir. Ümumi heyətin 59.219 nəfəri vəzifəli şəxslərdir (ümumi həbs qüvvələri olanlar kimi təyin olunur). === Polis nisbəti === 2008-ci ildə Texasda hər 100 min sakinə 244 polis əməkdaşı düşmüşdü. == Ölüm cəza qanunları == Federal ölüm cəzası nadir hallarda istifadə edilə bilər.
Yuvenal cinayətkarlıq
Yuvenal cinayətkarlıq (lat. juvenis – gənc, cavan) — yetkinlik yaşına çatmayanların (qanunla müəyyən edilmiş yaş həddinə çatmayanlar) cinayətin törədilməsində iştirak etməsi. Əksər hüquq sistemləri yetkinlik yaşına çatmayanlarla əlaqədar xüsusi prosessual normalar müəyyən edir; məsələn, tərbiyə müəssisələri və yuvenal məhkəmə kimi. ABŞ-da yuvenal cinayətkarlar dedikdə adətən yaşı 18-dən aşağı olan və hüquq pozuntusu törədən şəxslər nəzərdə tutulur, hansı ki həmin yaş həddində müvafiq pozuntunu törədəcəkləri halda əməl cinayət kimi tövsif ediləcəkdi. Corciya, Nyu-York, Miçiqan, Missuri, Şimali Karolina, Nyu-Hempşir, Texas və Viskonsin ştatlarında isə 17 yaşadək olan şəxslər nəzərdə tutulur. Törədilən hüquq pozuntusunun növündən və ictimai təhlükəliliyindən asılı olaraq, 18 yaşınadək şəxslərin yetkinlik yaşına çatmış şəxslər kimi ittiham edilməsi mümkündür. 2016-cı ildə verilmiş informasiyaya görə əvvəlki dövrlərlə müqayisədə gənclərin daha böyük bir qismi hələ 20-li yaşlarının əvvəllərində tutulurlar. Baxmayaraq ki, bəzi alimlər belə nəticəyə gəlirlər ki, bu statistika gənclərin davranışındakı dəyişikliklərdən daha çox sərt cinayət mühakiməsi və sıfır tolerantlıq siyasətlərinin nəticəsini özündə əks etdirir. Yuvenal hüquq pozuntularına daha çox inzibati xətalar, mülkiyyət əleyhinə cinayətlər və zorakı cinayətlər daxildir. ABŞ hökumətinin rəsmi statistikasına görə 1993-cü ildə gənclərin şiddətə meylli hərəkətləri 12%-ə qədər azalmışdı: bu isə əksər yuvenal hüquq pozuntularının qeyri-zorakı olduğunu göstərirdi.Bununla belə yuvenal hüquq pozuntusu törətmək normal ərgənlik davranışı hesab edilə bilər.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (ing. Organized Crime and Corruption Reporting Project) (OCCRP) — 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur.Azərbaycanda blok olunub.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (ing. Organized Crime and Corruption Reporting Project) (OCCRP) — 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur.Azərbaycanda blok olunub.