WORK

work1

n 1. iş, əmək; məşğuliyyət; at ~ işdə, iş başında; to be at ~ upon smth. bir işlə məşğul olmaq; out of ~ işsiz; to set smb. to ~ bir kəsi işlətmək; to set / to get to ~ işə başlamaq; to have one’s ~ cut out for one çoxlu işi olmaq, işi başından aşmaq; I have had my work cut out for me İşim başımdan aşır; skilled / unskilled ~ ixtisaslı / ixtisassız əmək / iş; She put a lot of (hard) work into writing that report O, o məruzəni yazmağa çox əmək sərfetdi; 2. hərəkət, davranış; dirty ~ murdar hərəkət / davranış, rəzalət, alçaqlıq, əclaflıq; bloody ~ cinayətkarlıq, qan tökmə, qırğın, canilik; 3. pl ictimai işlər; ~s of mercy xeyriyyəçilik; a person of good ~s xeyriyyəçi; 4. əsər; a ~ of art incəsənət əsəri; selected ~s seçilmiş əsərlər; 5. pl mexanizm (xüs. saat haq); the ~s of a clock or watch divar saatının yaxud qol saatının mexanizmi; 6. pl iş, əməl, hərəkət, the ~s of the devil iblis əməli, şeytan fitnəsi / fəsadı; 7. məmulat, məhsul; The villagers sell their work to the tourists Kənd sakinləri öz məhsullarını turistlərə satırlar;

◊ a good day’s ~ ≅ düzgün iş görmə; pis işləməmə; You did a good day’s work when you bought that house O evi almaqda çox düzgün iş görmüsən ∕ görmüsünüz; at ~ işdə; at ~ (on smth.) bir şeylə məşğul olma; He is still at work on the painting O hələ də şəkil çəkməklə məşğuldur; to give smb. the ~s 1) bir kəsə hər şeyi demək yaxud vermək; 2) bir şeyə əl gəzdirmək; They gave the car the works and it looks like new Onlar maşına əl gəzdirdilər və o, təzə görünür; dry / thirsty ~ ağır / çətin iş; to give smb. the ~s ≅ bir kəslə kobud davranmaq; bir kəsi istismar etmək

work2

v 1. işləmək, məşğul olmaq (at); to ~ at smth. bir şey üzərində işləmək; bir şeyi öyrənmək; to ~ side by side with smb. bir kəslə yanbayan işləmək, bir kəslə sıx əməkdaşlıq etmək; 2. işləmək, işi / vəzifəsi olmaq; He is working in a factory O, zavodda /fabrikdə işləyir; 3. hərəkətdə olmaq, işləmək, saz olmaq; It works by electricity O, elektriklə işləyir; 4. kömək / təsir / yardım etmək; The medicine didn’t work Dərman kömək etmədi; 5. qıcqırmaq, turşumaq, acımaq (xəmir haq.); The yeast began to work Maya qıcqırmağa başladı; 6. işlətmək, işə salmaq, hərəkətə gətirmək; to ~ a mine / an oil well şaxtanı / neft quyusunu işə salmaq / işlətmək; to ~the land torpağı şumlamaq; 7. özünə yol açmaq, soxulub / yarıb keçmək; hopmaq; Rain has worked (its way) in through the roof Yağış damın / taxtapuşun içindən yarıb keçdi. to ~ one’s way özünə yol açmaq, yarıb / soxulub keçmək; 8. törətmək, yaratmaq, səbəb olmaq; to ~ miracles möcüzələr / xariqələr yaratmaq; to ~ changes dəyişiklik yaratmaq; 9. müəyyən forma vermək (bir şeyə); yoğurmaq; to ~ dough xəmir yoğurmaq; to ~ day palçıq tutmaq; 10. naxış tikmək / çəkmək / vurmaq, toxumaq; to ~ a design on a cushion cover divan yastığının üstünə naxış vurmaq, to ~ a design on linen kətan parça üzərinə şəkil çəkmək; 11. hesablamaq, hesablayıb tapmaq; həll etmək (misalı, məbləği və s.); The problem doesn’t work out Problem həll olunmur; 12. d.d. aldatmaq, fırıldaqla almaq / qopartmaq (pul və s.); He worked the management for a ticket O, müdiriyyətdən kələklə bilet qoparmaq istədi; to ~ against poverty / against ignorance / against crime səfalətə / nadanlığa / cinayətə qarşı mübarizə aparmaq; Time is working against them Vaxt onların əleyhinə işləyir; to ~ away işləməkdə davam etmək; to ~ for peace sülhə can atmaq; to ~ in 1) nüfuz / sirayət etmək, özünə yol açmaq; The dust has worked in everywhere Toz hər yerə sirayət edib / yayılıb; 2) uyğun / müvafiq gəlmək; His plans do not work in with ours Onun planları bizimki ilə uyğun gəlmir; to ~ off 1) xilas olmaq, qurtarmaq; to ~ off excess weight by regular exercise artıq çəkidən ardıcıl məşq etməklə xilas olmaq / qurtarmaq; 2) satmaq, satıb qurtarmaq / sovmaq; to ~ off a lot of copies çoxlu nüsxələr satıb qurtarmaq; 3) tökmək; to ~ off one’s bad temper on smb. öz acığını bir kəsin üzərinə tökmək; to ~ on işləməkdə davam etmək; to ~ out həll etmək; to ~ out a problem 1) məsələni / problemi həll etmək; 2) işləyib hazırlamaq, tutmaq (plan); tərtib etmək (sənəd); sitat / rəqəm və s. vermək; I’ve worked out a new marketing strategy Mən yeni bazar strategiyası işləyib hazırlamışam; 3) real olmaq, yaxşı işlənmək, müvəffəqiyyətli olmaq; The plan worked out badly Plan baş tutmadı, Plan uğursuz oldu; to ~ over 1) üzərində təzədən işləmək / tərtib etmək; to ~ over a document sənədi yenidən / təzədən tərtib etmək; 2) to ~ round dönmək, istiqamətini dəyişmək; The wind has worked round Külək istiqamətini dəyişdirib; to ~ up 1) işləmək, işləyib hazırlamaq, hazır görkəm vermək; I’m hoping to work up these notes into a book Bu qeydləri kitab şəklinə salmaq ümidindəyəm; 2) törətmək; oyatmaq, qızışdırmaq, şiddətləndirmək; təhrik etmək, qəsdən sövq etmək; to ~ up a disturbance iğtişaşa sövq etmək; qarmaqarışıqlığı şiddətləndirmək; to ~ up smb. against smb. bir kəsi bir kəsə qarşı qoymaq, bir kəsi başqa birisi ilə toqquşdurmaq; 3) qazanmaq, nail olmaq, əldə etmək; to ~ up a reputation nüfuz / hörmət qazanmaq; to ~ upon smb.’s conscience bir kəsin vicdanına təsir etmək;

◊ to ~ one’s will öz bildiyi kimi / istədiyi kimi hərəkət etmək, istədiyinə nail olmaq; to ~ one’s will upon smb. başqasını iradəsinə tabe etmək; to ~ against time müəyyən vaxta qədər qurtarmağa cəhd etmək; It won’t work ≅ Bu nömrə keçməz, Belə olmaz

WORE
WORK-BASKET
OBASTAN VİKİ
Work and Travel USA
İş və səyahət Amerika-(ing. Work and Travel USA).Proqramı Amerika Dövlət Departamenti tərəfindən idarə edilən, dünyanın müxtəlif yerlərindən tələbələrin yay tətili ərzində Amerika Birləşmiş Ştatları işləyib ingilis dilini təkmilləşdirmək imkanları verən, dünyanı və fərqli mədəniyyətləri tanımalarını təmin edən bir tələbə mübadilə proqramıdır. == Proqram haqqında == Work and Travel (WAT) Amerika Birləşmiş Ştatları hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramıdır. Bu proqram dünyanın müxtəlif ölkələrindəki universitet tələbələrinə yay tətili müddətində Amerikada işləyib, ingiliscə danışıq təcrübəsini inkişaf etdirmək, dünya və müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı verir. WAT həmçinin, tələbələrin turist kimi deyil, Amerika vətəndaşı kimi yaşamağı və düşünməyi təmin edən və bununla yanaşı səyahət xərclərini qazanıb, əlavə olaraq müəyyən miqdarda pul yığmaq fürsətini verir. == Şərtlər == Work and Travel proqramının əsas şərtləri bunlardır: 18-28 yaş arası olmaq Ali məktəblərin birinin tələbəsi olmaq.Proqramda sonuncu kurs tələbələrinin iştirakına icazə verilmir. Ən azı orta səviyyədə ingilis dilini bilmək.(Burada əsas tələb olunan şərt, qarşında olan şəxsə öz fikrini normal formada izah etdirməkdir.) Ali məktəb qiymətlərinin normal olması. == Proqramın faydaları == Hər il bir çox ölkələrdən gələn minlərlə universitet tələbəsi WAT proqramına qoşularaq yüksək səviyyəli beynəlxalq təcrübə qazanmaq fürsəti əldə edir.Əsasən proqramın tələbələr üçün faydaları sırasında bunları qeyd etmək olar.Ayda təqribən 1000-1500 ABŞ dolları qazana bilmək və proqram üçün lazımi yaşayış və səyahət xərclərini ödəyə bilmək imkanı. Eyni zamanda həm işləmək, həm də dincəlmək fürsəti, Proqramın sonunda ömür boyu unudulmayacaq təcrübə və xatirələr qazanmaq.Amerikada qalınan 4 ay müddətində ingiliscə danışıq qabiliyyətini inkişaf etdirmək və ingilis dili məlumatını real həyatda praktiki olaraq tətbiq etmək fürsəti əldə etmək.Tələbələrin gələcək karyerası üçün təcrübə qazanmaq.Həm Amerika Birləşmiş Ştatları vətəndaşları, həm də digər ölkələrdən gələn tələbələrlə tanış olub onların mədəniyyətlərini yaxından tanımaq, eyni zamanda öz milli mədəniyyətlərini də əcnəbilər arasinda nümayiş etdirmək və tanıtmaq fürsəti qazanmaq. == Proqram şərtləri == Work and Travel USA proqramına qatılmaq üçün ciddi şərtlər tələb olunmadığından, dünyanın hər bir yerindən, hər il təxminən 150.000 tələbə iştirak edir.Proqram üçün tələb olunan ən önəmli şərt, iştirakçının tələbə olmasıdır.Proqramda yalnız əyani şöbədə oxuyan tələbələr yararlana bilər.Digər bir şərt isə,tələbənin orta səviyyədə ingilis dilini bilməsi hesab olnurur.Bu əsasən tələbələrin Amerika Birləşmiş Ştatlarında öz fikirlərini sərbəst ifadə etməsi üçün lazımdır.Tələbənin xeyrinə olacaq sonuncu məsələ isə, onun illik qiymətlərinin kafi olmamasıdır.Bütün bu şərtlərə cavab verən, tələbələrin viza almaq ehtimalı 95% hesab olunur.
The Sims 4: Get to Work
The Sims 4: İşə get! (ing. The Sims 4: Get to Work) — The Sims 4 kompüter oyununa ilk oyun paketi 4 fevral 2015-ci ildə oyunun rəsmi saytında elan edildi və 31 mart 2015-ci ildə Rusiya, MDB ölkələri, ABŞ və İngiltərədə, 2 aprel 2015-ci ildə isə fiziki və rəqəmsal olaraq bütün dünyada satışa çıxarıldı. Oyun paketi The Sims 4 oyununun imkanlarını peşə baxımından genişləndirir, həkim, detektiv və alim peşəsini əlavə edir. The Sims 2: Biznes oyun paketində də olduğu kimi xüsusi biznes yaratma funksiyası əlavə edilmişdir. Aktiv peşələrin mövzusu tərtibatçılar tərəfindən seçilmişdir, çünki iş yerlərində personajları idarə etmək həmişə Sims seriyasının pərəstişkarlarının əsas istəklərindən biri olmuşdur. Bundan əlavə, paketdə The Sims 2 oyununa əsaslanan yadplanetlilər də vardır. İşə get oyun paketinin daha dinamik və müxtəlif vəziyyətə gətirildiyinə baxmayaraq, tənqidçilər tərəfindən peşələrin azlığı səbəbilə mənfi rəylər almışdır. == Geympley == Oyun paketində 3 yeni peşə: iş prosesi tamamilə oyunçu tərəfindən idarə olunan həkim, alim və polis məmuru vəzifələri təqdim olunmuşdur. İşdə olduğu zaman personaj ona verilən tapşırıqları yerinə yetirməlidir.
Ectomorphed Works
Ectomorphed Works — L'Arc~en~Ciel qrupunun kompilasiya albomudur.
P.A. Works
P.A. Works (株式会社ピーエーワークス, Kabushiki-gaisha Pī Ē Wākusu, Progressive Animation Works ifadəsinin qısaltması) — 10 noyabr 2000-ci ildə qurulmuş Yaponiya animasiya studiyası. Toyama prefekturasının Nanto şəhərində yerləşir. Studiyanın qurucusu və prezidenti Kenci Horikava şirkəti qurana qədər Tatsunoko Production, Production I.G və Bee Train şirkətləri üçün də işləmişdir. Baş qərargah Toyama prefekturasında yerləşir. Çəkiliş və rəqəmsal fotoqrafiya burada baş tutur. İstehsal Tokioda yerləşən ofisdə təşkil olunur. Studiya videooyun və anime istehsalında ixtisaslaşmışdır. Keçmişdə Production I.G və Bee Train studiyaları ilə birlikdə animelər istehsal etmişdir. 2008-ci ilin yanvarında studiya ilk müstəqil işi olan "True Tears"-ı istehsal etmişdir.
Working Day and Night
Working Day and Night — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Working Title Films
Working Title Films — mərkəzi Londonda olan və Universal Studios-a aid olan bir ingilis film şirkəti. 1983-cü ildə Tim Bevan və Sara Redkliff tərəfindən yaradılmışdır. Şirkət bədii filmlər və müxtəlif növdə çəkilişlər edir. Hal-hazırda Erik Fellner və Tim Bevan şirkətin həmsədrləridir. == Şirkət == 1992-ci ildə PolyGram şirkətin korporativ dəstəkçisi oldu. Sara Redkliff Working Title-dan ayrıldı və müstəqil film prodüseri olan Erik Fellner şirkətə qatıldı. Şirkət PolyGram-ın Londra mərkəzli istehsal şirkəti PolyGram Filmed Entertainment üçün müxtəlif filmlər istehsal etdi. İngilis-holland film studiosu olan PolyGram Films böyük bir Hollywood rəqibi oldu. 1999-cu ildə PolyGram Films və Working Title Universal Studios-a satıldı.
Google Workspace
Google Workspace — bulud hesablamaları, məhsuldarlıq və əməkdaşlıq alətləri, proqram təminatı və "Google" tərəfindən hazırlanmış və bazara çıxarılan məhsulların toplusu. O, "Gmail", "Contacts", "Calendar", "Meet" və "Chat" kimi ünsiyyət vasitələrini özündə birləşdirir. Həmçinin, burada işçilərin cəlb edilməsi üçün "Currents", yaddaşda saxlama üçün "Drive" və məzmun yaratmaq üçün "Google Docs Editors" dəsti var. İstifadəçiləri və xidmətləri idarə etmək üçün idarəetmə paneli ilə təmin edilmişdir. Buraxılışdan asılı olaraq "Google Workspace" rəqəmsal interaktiv lövhə "Jamboard" və "Voice" telefoniya xidməti kimi əlavələri almaq seçimini də əhatə edə bilər. Təhsil xarakterli buraxılış olan "Google Classroom" öyrənmə platforması rolunu oynayır, "Workspace for Education" adını daşıyır. Bu xidmətlərin əksəriyyəti ödənişsiz "Google" (Gmail) hesablarından istifadə edən istehlakçılar üçün heç bir ödəniş tələb olunmadan fərdi olaraq əlçatan olsa da, "Google Workspace" domendə fərdi e-poçt ünvanları (məsələn, @yourcompany.com) kimi müəssisə funksiyalarını əlavə edir. Bu, limitsiz disk yaddaşı, əlavə inzibati alətlər və təkmil parametrlər, həmçinin 24/7 telefon və e-poçt dəstəyi seçimidir. Verilənlər və məlumatlar "Google"un məlumat mərkəzlərində birbaşa saxlanılır və sonra ehtiyat kopya məqsədləri üçün digər məlumat mərkəzlərinə sinxronlaşdırılır. Ödənişsiz xidmətlərdən fərqli olaraq, ödənişli xidmətlərdən istifadə edərkən reklamlar olmur, "Google Workspace" hesablarındakı məlumatlar reklam məqsədləri üçün istifadə edilmir.