Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Robber Şuman
Robber Şuman (fr. Robert Schuman) — Fransanın xarici işlər naziri (1948-1952) == Həyatı == R.Şuman 1886-cı ilin 29 iyununda Lüksemburqda anadan olub. Onun ailəsi 1871-1918-ci illərdə Almaniya imperiyasının tərkibində olan Lüksemburq sərhədində yerləşən Lotaringiyanın Evranj şəhərindən idilər. R.Şumanın ana dili lüksemburq dili idi və fransız dilini yalnız məktəbdə öyrənmişdi. Onun alman təbəəliyi var idi və I Dünya Müharibəsi zamanı Almaniyada mülki xidmətdə idi. Səhhəti ilə əlaqədar olaraq o hərbi çağırışa cəlb olunmamışdı. 1918-ci ildə Lotaringiya Fransaya keçəndən sonra o, Fransa vətəndaşlığını qəbul etdi. R.Şumanın siyasi karyerası Fransa Parlamentinə Mozeldən deputat seçildikdən sonra başlayıb. 1946-47-ci illərdə Bido və Ramadyenin hökumətlərində Maliyyə naziri postunu tutub. 1947-ci ilin noyabrından 1948-ci ilin iyuluna və 1948-ci ilin avqust-sentyabr aylarında baş-nazir vəzifəsində olub.
Ronja, the Robber's Daughter
Sanzoku no Musume Ronja (山賊の娘ローニャ) — Qoro Miyadzakinin Astrid Lindqrenın eyniadlı əsərinin əsasında çəkilmiş anime-serialı.Premyerası 2014-cü ilin oktyabrın 11-də baş tutub.Polygon Pictures və Studio Ghiblinin birgə layihəsi. == Keçidlər == Sanzoku no Musume Ronja MyAnimeList.net saytında.
Robert
Robert — dünyada çox işlədilən kişi adı. Robert Spreq — Frank Spreq və Harriet Spreqin oğlu Robert Boş — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi. Robert Bradtke — ABŞ diplomatı. ABŞ-nin Xorvatiyadakı səfiri Robert Ekhart — kinorejissor.
Niko Rosberq
Niko Rosberq (27 iyun 1985, Visbaden) — Almaniyalı Formula 1 pilotu.2016-cı ilin dünya çempionu. == Bioqrafiya == Niko Rosberq 1985-ci il iyunun 27-də Qərbi Almaniyadakı Vizbaden şəhərində 1982-ci ilin Formula 1 üzrə dünya çempionu finlandiyalı Keke Rosberqlə onun alman həyat yoldaşı Sinanın ailəsində anadan olub. Uşaqlığının böyük hissəsini Monakoda keçirib və burada alman dilindən əlavə, ingilis, fransız, italyan və ispan dillərini mükəmməl öyrənib. Atası ona karyerası boyu daha çox lazım olacaq dillərə diqqət ayırması üçün qəsdən fin dilini öyrətmir. Həm Almaniya, həm də Finlandiya vətəndaşlığı olan Niko erkən karyerasının müxtəlif dövrlərində hər iki ölkənin bayrağı altında yarışır. Lakin FİA buna icazə vermir, Niko da Almaniyanı seçir. Niko 2014-cü il iyulun 11-də uşaqlıqdan tanıdığı Vivian Sibold ilə ailə qurub və 2015-ci il avqustun 30-da onların Alaya adlı qızları dünyaya gəlib. Niko Monakoda yaşayır və Monakonun knyazı II Alber ilə yaxşı münasibətləri var. O, bir müddət əvvəl Mercedes-in rəsmi səfiri olduğunu açıqlayıb. == Sürücülük karyerası == Niko altı yaşından kartinqə başlayır.2000-ci ildə isə Lyuis Həmilton ilə komanda yoldaşı olur.2002-ci ildə German Formula BMW seriyasına keçir və titul qazanır.
Aryen Robben
Aryen Robben (23 yanvar 1984[…]) — hollandiyalı futbolçu. Hücumçu arxası və sağ cinahda oynayır. Hollandiyada iki dəfə ilin futbolçusu seçilmişdir. === Klub karyerası === Robben, futbol karyerasına anadan olduğu Qroningen şəhərinin Qroningen futbol klubunda başlamışdır. Liqada ilk oyununa Tventeyə qarşı oynamışdır. Robben ilk mövsümündə 18 oyuna 2 qol vurmaqla komandada ilin futbolçusu seçilmişdir. İkinci sezonunu daha yaxşı keçirən Robben 28 oyuna 6 qol vurmuş və il sonunda 3.9 milyon € qarşılığında PSV klubuna transfer olunmuşdur. Robben, burada da ilk sezonun yaxşı keçirmiş və 33 oyunda 12 qol vurmuşdur. Bu uğurlardan sonra Mançester Yunaytedin baş məşqçisi Aleks Ferqyuson, Robben üçün 8 milyon € təklif etmiş, lakin rəhbərlik qəbul etməmişdir. 2003–04 sezonunu yaxşı keçirməsə də, il sonunda 12 milyon € qarşılığında Çelsiyə transfer olunmuşdur.
Karl Robert
Karl Robert və ya I Karl (mac. Károly Róbert, xorv. Karlo Robert, slovak. Karol Róbert, 1288, Neapol – 16 iyul 1342, Vişeqrad[d], Peşt medyesi) — 1308–1342-ci illərdə Macarıstan və Xorvatiyanın kralı, Anju sülaləsinin üzvü, macar kralı Karl Martelin tək oğlu. == Həyatı == Karl Robert Kral Martel və xanımı Avstriyalı Klemensin tək oğlu idi. O 1288-ci ildə anadan olmuşdur. Doğum yeri haqqında dəqiq məlumat yoxdur. Atasının 1295-ci ildə vaftından sonra 7 yaşlı Robert taxta oturur. == Hakimiyyəti == 1300-cü ildə Karl nüfuzlu xorvat lord Pol Şubiçin dəvəti ilə Macarıstan krallığına gəldi. O taxta çıxsa da Karlın başına müvəqqəti tac qoyuldu.
Robert Cecil
Robert Cecil (d. 1 iyun 1563 – ö. 24 may 1612) - İngilis əsilli dövlət xadimi və siyasətçi.
Robert Cenkins
Robert Cenkins (ing. Robert Jenkins; ? — 1745) — İngiltərə və İspaniya arasında yaranmış müstəmləkə konfliktinin (1739–1742), "Cenkinsin qulağı uğrunda müharibə"nin protaqonisti kimi tanınan ingilis taciri və dənizçisi. 1738-ci ildə Robert Cenkins Böyük Britaniya İcmalar palatasında keçirilən iclasa içərisində spirtlənmiş insan qulağı olan şüşə qabla gəlir. O öz çıxışında onun qulağının ispan zabiti tərəfindən kəsildiyini və həmçinin ispanların dinc ingilis tacirləri ilə çox pis rəftar etdiyini bildirir. Bu dövrdə ispan gəmiləri Britaniya ticarət gəmilərini Qərbi Atlantika tərəfdə ələ keçirmişdilər. 1713-cü ildə bağlanmış Utrext sülhünə görə Böyük Britaniya ispanların Vest-Hinddə ticarət monopoliyasını tanımış və o bölgədə il ərzində yalnız 1 ticarət gəmisi yükləyib yola sala bilərdi, lakin Britaniya hökuməti Karib hövzəsində olan ingilis gəmilərinin kapitanlarını aktiv kontrabandist fəaliyyətə təşviq edirdi. Bu da bütün ispan ticarətinin dağılmasına, ticarət mübadiləsinin böyük hissəsinin ingilislərin əlinə keçməsinə səbəb olmuşdu. Bu cür vəziyyətdən qəzəblənən ispan hökuməti öz müstəmləkə hakimlərindən qaçaqmalçılara qarşı qəti mübarizə aparmağı tapşırmışdı. Nəticədə iki qüdrətli dəniz dövləti arasında elan edilməmiş ticarət müharibəsi başladı.
Robert Coffri
Robert Coffri (əsl adı və soyadı – Abdulla Caffa Ənvər Bəy Xan, Ənvər Bəy Khan) (24.12.1930, Sietl –25.3.1988, Nyu-York) — Amerika baletartisti, xoreoqraf, pedaqoq. == Həyatı == 1941-ci ildən Sietldə M.E. Uellsdən dərs almışdır. 1950-ci ildən Nyu-Yorkda, Amerika baleti məktəbində A.N. Obuxov və P.N. Vladimirovdan klassik rəqsi, Ali Səhnə Sənəti Məktəbində M. O’Donnel və G. Şurrdan modern rəqsi öyrənmişdir. 1949–50-ci illər -də R. Petinin “Paris baleti”ndə, 1951–53-cü illərdə M. O’Donnelin Amerika truppasında işləmişdir. 1948-ci ildən estradada çıxış etmiş, özü üçün, M. Ramberin şirkəti (1955, London) və b.-ları üçün rəqslər qurmuşdur. == Fəaliyyəti == 1952-ci ildə Nyu-Yorkda “Amerikan balle senter” studiyasını və 1954-cü ildə studiyanın əsasında “Robert Coffri balle konsert” truppasını təşkil etmişdir. C. Fildin musiqisi əsasında “İlahələrin rəqsi” və F. Pulenkin musiqisi əsasında “Bal-maskarad” (hər ikisi 1954), A. Şönberqin musiqisi əsasında “Ay Pyerosu” (1955) tamaşalarını hazırla mışdır. 1956-cı ildə C. Arpino ilə birlikdə “Robert Coffri tietr balle” truppasını yaratmış (truppa bir neçə dəfə adını dəyişmişdir, 1966-cı ildən “Siti senter Coffri balle”, 1977-ci ildən “Coffri balle”; 1982-ci ildən Los-Ancelesdə, 1995-ci ildən Çikaqoda), L. Harrisonun musiqisi əsasında “Qamelan” (1962) baletini, K. Sirkusun musiqisi əsasında “Astarta” (1967) rok-baletini, R. Vaqnerin musiqisi əsasında “Xatirələr” (1973) baletini səhnəyə qoymuşdur. Sonralar baletmeysterlikdən uzaqlaşaraq, pedaqoq və bədii rəhbər işləmiş, müasir xoreoqrafları (T. Tarp, A. Eyli, U. Forsayt) teatra dəvət etmişdir. 1910–30-cu illərin repertuarlardan çıx mış əfsanəvi baletlərinin tamaşaları [K. Yossun (“Yaşıl masa”, F. Koen, 1967), L.F. Myasinin (“Parad”, E. Sati, 1973), V.F. Nijinskinin (“Müqəddəs bahar”, İ.F. Stravinski, 1987) və b.] truppanın ən böyük uğurlarından olmuşdur.
Robert Dauni
Robert Con Dauni (4 aprel 1965[…], Manhetten, Nyu-York ştatı) — Amerikan aktyor, musiqiçi və prodüser. 2 dəfə "Oskar" nominantı (1993, 2009), Emmi nominantı (2001), 2 dəfə "Qızıl Qlobus" qalibi (2001, 2010) və BAFTA mükafatı qalibi (1993). Hollivudun ən çox qazanan aktyoru və dünyanın ən məşhur film ulduzlarından biridir. Rol aldığı filmlərdən altısı 500 milyonun üzərində qazanc gətirib və bunlardan ikisi kino tarixinin ən kommersiyal uğurlu beş filmi sırasındadır. İlk dəfə Sıfırdan Az filmində canlandırdığı narkoman gənc obrazı ilə tənqidçilərdən yüksək xal yığan aktyor, 1992-ci ildə əfsanəvi komik Çarli Çaplini canlandırdığı Çaplin filmi ilə Oskar mükafatına namizəd göstərildi. Anadangəlmə Qatillər, Qısa Keçidlər, Üçüncü Riçard, Bir Gecəlik Məhəbbət, Yalnız sən, Ürək və Ruhlar bu dövrdə çəkildiyi digər populyar filmlər sırasında idi. 1996-cı ilin avqustunda içkili vəziyyətdə sürdüyünə, heroindən istifadə etməyinə görə Robert polislər tərəfindən təsadüfən saxlanılmışdır. Dauni 3 il müddətində azadlıqdan məhrum edilmişdir və ümumi kamerada canilərlə qalmağa məcbur qalmışdır. 2000-ci ildə Alli Makbil serialında rol almış, və uğurlu aktyorluğuna görə Qızıl Qlobus mükafatı almışdır. Yalnız narkotiklə olan problemlərinin öhdəsindən gələ bilməyən aktyor serialdan qovulmuş, illər boyu kinodan uzaq qalaraq müalicəsinə davam etmişdir.
Robert Duvall
Robert Duvall (5 yanvar 1931[…], San-Dieqo, Kaliforniya) — ABŞ-lı aktyor. == Həyatı == Duvall, ABŞ-nin Kaliforniya əyalətinin San Diyeqo şəhərində anadan olub. Anası aktrisa olmuşdur. Aktyorluq təhsilini New Yorkda | "Neighborhood Playhouse"(Qonşuluq Teatrı) Teatr Məktəbində aldı. Aktyorluq karieri üçün mübarizə edərkən bir ofisdə müdir olaraq işə girdi, amma bu işindən 6 ay sonra ayrıldı. Atası "William Howard Duvall", Amerika donanmasında admiral idi. Ailəsi mühafizəkar bir Metodist idi, özü də möhkəm İncil təqibçisidir. Özü bir qədər Amerikanın ən böyük aktyoru olaraq görülmüşdür. Ayrıca özü Hallivudun aksiyon krali olaraq görülür.2005-ci ildə isə prezident Buş özünə sənət medalı taxmışdır. Liberal və konstitusiyaya sadiq fikirləri vardır.
Robert Edvards
Robert Ceffri Edvards (ing. Robert Geoffrey Edwards; 27 sentyabr 1925[…] – 10 aprel 2013[…], Kembric) — britaniyalı fizioloq, Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. Robert Edvards fiziologiya və tibb üzrə 2010-cu il Nobel mükafatına ekstrakorporal mayalanma (ing. in vitro fertilization) kliniki praktikaya gətirən tədqiqatlarına görə layiq görüldü. İlk uğurlu süni mayalanma Patrik Kristofer Steptou və Robert Edvards tərəfindən Böyük Britaniyada həyata keçirilib. Onların köməyi ilə 1978-ci il iyulun 25-də Luiz Coy Braun (ing. Louise Joy Brown) adlı qız dünyaya gəlib. O, bu sahə üzrə araşdırmalara 1960-cı illərdən başlayıb. 1968-ci ildə o, insanın toxum hüceyrəsini laboratoriya şəraitində mayalandıra bilib. Bir qədər sonra həmkarları ilə birlikdə yumurtaliqdan toxum hüceyrələrinin ayrılması texnologiyasını və süni mayalanmanın metodikasını təkmilləşdirib.
Robert Ekhart
Robert Ekhart-kinorejissor. == Bioqrafiyası == Robert Ekhart, erməni etnik anadan və alman etnik atadan Təbriz şəhərində dünyaya gəlmişdir. Atasının Təbrizdə zavodu var idi və 1941-ci ilin sentyabr ayında İranın Müttəfiqlər tərəfindən işğalı və Almaniyalıların təqib zamanı yox olub və sonra qətlə yetirilmişdir. Robert Ekhart sonra anası ilə Tehrana köçmüşdür və 1958-ci ildə Almaniyaya gedib və orada rejissorluq sahəsində təhsil almışdır və sonra yenə Tehrana qayıtmışdır. 1977-ci ildə ABŞa mühacirət etmişdir və 1994-cü ildə orada vəfat edib.
Robert Enke
Robert Enke (doğum 24 avqust 1977, Yena, Almaniya — ölüm 10 noyabr 2009, Noyştad-am-Rübenberq, Almaniya) — Alman qapıçı. Enke peşəkar futbolçu karyerasına "Karl Tseys Yena" klubunda başlayıb. O, daha sonra isə "Borussiya Münhenqladbax", "Benfika", "Barselona", "Fənərbaxça", "Tenerife", "Hannover 96" klublarında çıxış edib. 2007-ci ildə Almaniya yığmasında debüt edib. 10 noyabr 2009-cu ildə özünü qatarın altına ataraq intihar edib. == Həyatı == Robert Enke 1977-ci ilin avqustun 24-də Yenada anadan olub. Robertin atası psixoloq və atlet idi. Anası isə həndbolçu idi. Uşaqlıq illərində musiqi sevməsinə rəğmən, mütəmadi yerli stadiona baş çəkərdi. Sonra isə valideynləri onu yerli idman gimnaziyasına yolladılar.
Robert Enqlund
Robert Enqlund (ing. Robert Barton Englund, 6 iyun, 1947, Qlendeyl, Kaliforniya, ABŞ) - İsveç əsilli ABŞ aktyorudur. Robert Enqlund İsveçdən olduğuna görə, onun adı İnqlund yox, Enqlund kimi tələffüz edilir. Qarağac küçəsində qarabasma film seriyalarında Freddi Krüger rolu ilə məşhurlaşmışdır.
Robert Eqqers
Robert Hyuston Eqqers (7 iyul 1983) — Amerikalı rejissor, ssenarist, prodüser. Rejissoru olduğu "Cadugər" və "Mayak" filmləri ilə tanınır. Eqqers karyerasına Nyu-Yorkda teatr tamaşaları üçün dizayner və rejissor olaraq başlasa da, sonralar film sektoruna keçid etmişdir. == Həyatı == Robert Eqqers 7 iyul 1983-cü ildə Amerikanın Nyu-Hempşir ştatında anadan olmuş, uşaqlığını da məhz bu ştatda keçirmişdir. 2 qardaşı var. ABŞ-nin Yeni İngiltərə bölgəsində keçən gəncliyi rejissorun yaradıcıllığı üçün ilham qaynağı olub. 2001-ci ildə bir aktyorluq məktəbinə yazılmaq üçün Nyu-Yorka köçüb. Eqqers rejissor kimi debütünü 2015-ci ildə öz ssenarisi əsasında çəkdiyi "Cadugər" adlı qorxu filmi ilə etmişdir. Filmin premyerası 2015-ci ilin yanvarında Sandens Film Festivalında baş tutdu. Məşhur produksiya şirkəti A24 tərəfindən satın alınan film bir il sonra, 19 fevral 2016 tarixindən etibarən teatrlarda nümayişə qoyuldu.
Robert Filmer
Ser Robert Filmer (ing. Sir Robert Filmer; 1588[…], Kent qraflığı – 26 may 1653[…], İst-Satton[d], İngiltərə Respublikası) — İngiltərə filosofu, royalisti və torizmin nümayəndəsi. O, kralların ilahi hüququnu qorumuş və demokratiyanın bir dövlət idarəetmə forması kimi uğursuz olduğunu düşünmüşdür. Onun əsas əsəri olan "Kralların təbii gücü" Con Lokk tərəfindən tənqid edildikdən sonra tanınmışdır. Filmer özü Tomas Hobbs, Con Milton, Hüqo Qrotsi və Aristoteli tənqid etmişdir. == Həyatı == Robert Filmerin dəqiq doğum tarixi təyin olunmayıb. BEEL 1604-cü ili göstərir, lakin Britannika da daxil olmaqla əksər mənbələr təqribən 1588-ci ili qeyd edir. Robert Kent qraflığının İst-Satton kəndindən olan bir ingilis aristokrat ailəsində anadan olmuşdur. Onun atası Edvard Filmer, anası isə Elizabet idi. Robert Üçlük kolleci, Kembric Universiteti və Linkolns-İnn barrister məktəbində təhsil alır.
Robert Fişer
Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[…], Çikaqo, İllinoys[…] – 17 yanvar 2008, Reykyavik[…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975). == Həyatı == Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib.
Robert Fogel
Robert Fogel (ing. Robert William Fogel; d. 1 iyul 1926 - ö. 11 iyun 2013) — amerikalı iqtisadçı. İqtisadi tarix və yeni iqtisadi tarixlə bağlı tədqiqatları ilə tanınır. 1993-cü ildə Duqlas Nortla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar". == Həyatı == Robert Fogel Nyu York şəhərində rus-yəhudi əsilli ailənin övladı kimi anadan olub. Robert Fogel 1944-cü ildə məşhur məktəb olan Stuyvesent Yüksək Məktəbindən məzun oldu. Sonra Kornell Universitetinə daxil olaraq burada tarix üzrə təhsil alıb.
Robert Frank
Robert Frank (ing. Robert Frank; 9 noyabr 1924[…], Sürix – 9 sentyabr 2019[…]) — 20-ci əsrin ikinci yarısının ən böyük fotoqraflarından biri, müasir bir Amerika-İsveçrə fotoqrafı, kinorejissor və operator, sənədli fotoqrafiya ustası. == Həyat və yaradıcılığı == Robert Frank yəhudi ailəsində anadan olub — atası Almaniya memarı, anası İsveçrə vətəndaşı idi. Atası və qardaşı ilə birlikdə 1935-ci ildə Almaniya vətəndaşlığından məhrum edilmiş yəhudi idi. 1945-ci ildə ona İsveçrə vətəndaşlığı verildi. 1940-cı ildə Sürixdə gimnaziyanın sonunda 1941–1942-ci illərdə eyni yerdə fotoqrafiya və qrafika sənəti öyrəndi. 1942–1945-ci illərdə öyrəndi və sonra Sürix və Cenevrədə müxtəlif film studiyalarında çalışdı. 1941-ci ildən 1947-ci ilə qədər Surix və Cenevrədə bir fotoqraf kimi çalışdı, sonra Nyu Yorkda qalın jurnalların sifarişlərini icra etdi. 1948–1954-cü illərdə İspaniya, İtaliya, Boliviya, Peru, Fransa, Böyük Britaniyada mətbuat üçün fotoşəkil sifarişlərini nümayiş etdirirdi. Eyni zamanda Ervitt Elliott kimi sənətkarlıq ustalası ilə görüşür.
Robert Fulton
Robert Fulton (ing. Robert Fulton; 14 noyabr 1765 – 24 fevral 1815, Nyu-York, Nyu-York ştatı) — amerikalı mühəndis və ixtiraçı, ilk buxar gəmisi "Klemont"un və sualtı qayıq "Nautilus"un layihəsinin yaradıcısı. == Həyatı == Robert Fulton 1765-ci ildə Pensilvaniya ştatının Litl-Britensdə (indi Fulton), kasıb irland emiqrantının ailəsində dünyaya gəlmişdir. Doqquz yaşı olanda o, atasını itirmiş və pansion-məktəbə göndərilmişdir. Sonra isə Filadelfiyada zərgər yanında usta köməkçisi işləməyə başlamışdı. Orada o, fil sümüyündən hazırlanmış məmulatlar üçün miniatür şəkillər hazırlayaraq rəssamlıqla məşğul olmuşdur. 1787-ci ildə Robert Fulton Londona köçmüş və orada mühəndisliklə məşğul olmuşdur. İngiltərədə o, kanalların, şlüzlərin, su kəmərlərinin tikintisində iştirak etmişdir. İxtiraçılıqla məşğul olaraq o, mərməri kəsmək, kətanı əyirmək, ondan kəndir hazırlamaq və s. üçün xüsusi maşınların konstruksiyalarını işləyib hazırlamışdır.
Robert Furxqott
Robert Furxqott (4 iyun 1916[…], Çarlston, Cənubi Karolina[…] – 19 may 2009[…], Sietl, Vaşinqton) — yəhudikökənli amerikan alimi, 1998-ci ildə azot oksidin ürək-damar sistemində siqnal molekul rolunun kəşfinə görə Fərid Murad və Lui İqnarro ilə birgə Nobel mükafatına layiq görülüb.
Robert Haynlayn
Robert Enson Haynlayn (7 iyul 1907[…] – 8 may 1988[…]) — ABŞ fantastikasının patriarxı. == Həyatı == O, dövrünü qabaqlayan bir çox ideyaların müəllifi olmuş və bir çox nüfuzlu mükafatlara layiq bilinmişdir. İdeya zənginliyi, obrazların qeyri-standarlılığı, canlı və iti dil, baş verənlərə oxucunu inandırmaq bacarığı, yazıçının ən əsas xüsusiyyətlərindəndir. Onun bir çox əsərləri ekranlaşdırılmışdır. Dörd dəfə Hüqo mükafatına layiq görülmüşdür. Fantastik ədəbiyyat sahəsindəki nəaliyyətlərinə görə isə bir neçə dəfə "Nebula" mükafatını qazanmışdır. == Yaradıcılığı == === "Ay sərt sahibədir" === "Ay sərt sahibədir" əsərində hadisələr Ayda baş verir. 21-ci əsrdə Ay Terradan (Yerdən) məhkumların göndərildiyi böyük həbsxanadır. Ayda insanlar torpaqsız süxurların üzərində taxıl yetişdirməli və Terraya göndərməlidirlər. Bu olduqca ağır zəhmət tələb edir.
Robert Heft
Robert "Bob" Heft (19 yanvar 1941, Saqino[d], Miçiqan – 12 dekabr 2009, Saqino[d], Miçiqan) — ABŞ müəllimi, incəsənət xadimi və siyasətçisi, Ohayo ştatının Napoleon şəhərinin meri (1974–2002), ABŞ-nin indiki 50 ulduzlu bayrağının tərtibatçısı. O həmçinin, yeni bir ştatın Birləşmiş Ştatlara qoşulacağı hala hazır olmaq üçün 51 ulduzlu bayraq da tərtib etmişdir. == Bioqrafiya == Robert Heft 19 yanvar 1941-ci il tarixində ABŞ-nin Miçiqan ştatı ərazisində yerləşən Saqino şəhərində anadan olmuşdur. Heft Birləşmiş Ştatların indiki bayrağını 17 yaşında ikən Ohayo ştatının Lankaster şəhərində oxuduğu məktəbdə dərs layihəsi olaraq tərtib etmişdir. Heftin müəllimi Stenli Prett ona "B-" qiymətini vermişdir. Layihə haqqında danışan Heft müəllimi ilə razılaşdı ki, əgər onun tərtib etdiyi bayraq Birləşmiş Ştatlar Konqresi tərəfindən ABŞ-nin dövlət bayrağı qəbul edilsə, onun qiyməti qaldırılacaq. Heftin dizaynı ABŞ Prezidenti Dvayt Eyzenhaverə təqdim edilmiş 1.500 bayraq arasından seçilmişdir. Heftin müəllimi bundan sonra onun qiymətini "A"ya qaldırmışdır. Kollecdən məzun olan Heft orta məktəb müəllimi olmuş, daha sonra isə kollec professoru kimi çalışmışdır. Əlavə olaraq, Heft 28 il Ohayo ştatının Napoleon şəhərinin meri olmuşdur.
Robert Osseyn
Rober Osseyn (fr. Robert Hossein; 30 dekabr 1927[…], XII arondisman (Paris) – 31 dekabr 2020[…]) — əslən azərbaycanlı olan Fransız aktyoru. Rober Osseyn 2015 Avropa Oyunlarının məşəldarlarından biri olmuşdur. Rober Osseyn Avrasiya Akademiyasının üzvlərinin biridir.. == Həyatı == Rober Osseyn 30 dekabr 1927-ci ildə Parisdə anadan olub. Atası Andre Osseyn (Əminulla Hüseynov) Səmərqənddə doğulan İran azərbaycanlılarından idi. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət etmişdi. Anası isə Bessarabiyanın (indiki Moldova) Soroki şəhərindən olan teatr aktrisası Anna Minevskaya idi. Milliyətcə yəhudi idi. Rober Osseyn daha çox teatrda fəaliyyət göstərsə də, kinoda da aktyor və rejissor kimi tanınmışdır.
Robert Ouen
Robert Ouen (14 may 1771[…] – 17 noyabr 1858[…]) — İngilis utopik sosialisti. == Həyatı == Robert Ouen Cənubi İngiltərənin kiçik bir şəhərində anadan olmuşdur, 8 yaşına qədər aldığı təhsillə kifayətlənmişdir. 20 yaşında ikən Mançestrdə fabrik müdiri olur. Mançestr ədəbiyyat-fəlsəfə cəmiyyətinə daxil olur. 1800-cü ildən Şotlandiyanın Nyu-Lenark şəhərində fabrik müdiri olur. O, cəmiyyətin dəyişdirilməsi ideyasını tarixdən kənar həqiqət kimi başa düşürdü. Burada Xarakterin təşəkkülü üçün yeni institut təşkil edir. 1816–1825-ci illərdə Amerikada "Yeni harmoniya" adlı icma təşkil edir. Lakin icma dağılır. R. Ouen "Cəmiyyətə yeni baxış və ya xarakterin formalaşmasına dair təcrübələr", "Yeni əxlaq dünyası haqqında mühazirələr", "İnsanın yer üzərində yeni yaşayışı" və d.