Robert Berns (ş.german və ing. Robert Burns, şot.kelt Raibeart Burns; 1759–1796) — Böyük Britaniya şairi, folklorçusu.
Robert Berns | |
---|---|
ing. Robert Burns | |
Doğum tarixi | 25 yanvar 1759[1][2][…] |
Vəfat tarixi | 21 iyul 1796[3][4][…] (37 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | mahnı yazarı[d], şair, yazıçı, musiqişünas, fermer |
Əsərlərinin dili | Skats dili |
İstiqamət | romantizm |
Janrlar | şeir, mahnı, ballada, kantata |
Tanınmış əsərləri | |
robertburns.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Robert Berns 15 yanvar 1759-cu ildə Şotlandiyada Allouey kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Berns öz yaradıcılığına təxminən 14–15 yaşlarından başlamışdır.
Rəvayətə görə, Berns çox zaman öz şeirlərini tarlada iş vaxtında yazarmış. Berns şeir yazarkən Şotlandiya xalq yaradıcılığı ənənələrini, qədim xalq mahnılarındakı motivləri əsas götürürdü, bu isə onun şeirlərinin xalq arasında sürətlə yayılmasına səbəb olurdu.
Bernsin şeirləri o qədər ahəngdar və xalq ruhuna yaxın idi ki, onlar çox asanlıqla mahnıya çevrilirdi. O, bir şeirində açıq yazmışdı ki, "mən Şotlandiya yoxsullarına fayda verməyə hazıram, mənim mahnılarım onlar üçündür".
Şotlandiya kəndlilərinin zadəganlara və varlılara nifrətini, azadlığa məhəbbətini Berns məşhur "Namuslu yoxsulluq", "Azadlıq ağacı" şeirlərində ifadə etmişdir.
Şairin yaratdığı əsərlər arasında onun mifik şeirləri xüsusi yer tutur. Bunlardan "Con Anderson", "Məhəbbət qızılgül kimidir…", "Busə" və başqa şeirləri göstərmək olar. Xəlqilik, sadəlik, emosionallıq, daxili dramatizm Berns şeirinin səciyyəvi xüsusiyyətləridir.
O, 21 iyul 1796-cı ildə Damfris şəhərində vəfat edib.