Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rokoko
Rokoko (fr. rococo) — XVII əsrdə yaranmış Fransız incəsənətinə aid, memarlıq və incəsənət üslubudur. Rokoko üslubunda mürəkkəb, qeyri-adi, balıqqulağı formalarına üstünlük verilirdi (Fransada otel Subiz, 3 meydanın ansamblı, Kral meydanı və s.). == Tarixi == XVII əsrdə yaranan Barokko üslubu, xeyli dəyişmiş olaraq XVII əsrdə də varlığını davam etdirmişdir. Barokko sənətin kölgə-işıq qarışıqlığına söykənən təəccüblü, içə işləyici dramatik təsiri gedərək itmiş və yerini yumşaq, hətta bir az zəif bir üsluba buraxmışdır. Bu, tamaşaçını təsir etməkdən çox əyləndirən, göz oxşayan amma o ölçüdə səthi bir üslubdur. Resimsel xüsusiyyətlər zəifləmiş, dekorativ, süslemeci bir funksiya ön plana keçmişdir. Bu dövrün saray və köşklərinin iç dekorasiyası və mebelləri də bu yeni üslubu əks etdirməkdədir. Sənət tarixçiləri, bitki mənşəli bəzəmələrin və divarları örtən şəkillərin göz əyləndirən, dərdsiz və zərli üslubunu "Rokoko" deyə adlandırmışlar. Bu söz, Fransızca rocaille sözündən gəlməkdədir.
Federika Rokko
Federika Rokko (1986) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Federika Rokko, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Nereo Rokko
Nereo Rokko (it. Nereo Rocco, 20 may 1912[…], Triest – 20 fevral 1979, Triest) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Nereo Rokko əsl katenaççio taktikasının ixtiraçısı sayılır. Onun məşqçi kimi ən məşhur uğurları "Milan" klubu ilə bağlıdır. O, italyan pərəstişkarları tərəfindən mətbuatla ünsiyyətdə italyan dilinin Triest ləhcəsindən geniş şəkildə istifadə etməsi ilədə xatırlanır. == Oyunçu karyerası == Nereo Rokko 20 may 1912-ci ildə Avstriya-Macarıstanın o vaxtkı hissəsi olan Triestdə anadan olub. Birinci Dünya Müharibəsindən sonra şəhər İtaliyanın tərkibinə keçir. Futbolçu yarımmüdafiəçi kimi əvvəlcə "Triestina" klubunda (A Seriyasında 235 oyun və 62 qol), sonra isə "Napoli" və "Padova" klublarında çıxış edib. İkinci Dünya Müharibəsindən dərhal sonra o, o vaxt C Seriyasında çıxış edən Triestin "Libertas" klubunda qısa müddət ərzində futbolçu-məşqçi olub. Bundan sonra Rokko butslarını asıb bütün diqqətini məşqçilik karyerasına yönəldri.
Rokko Kommisso
Rokko Benito Kommisso (it. Rocco Benito Commisso; 25 noyabr 1949, Marina di Gioiosa Ionica[d], Kalabriya) — İtaliya-ABŞ milyarderi, iş adamı və Mediacomun sədri və baş icraçı direktoru (CEO).
Rokko Perri
Rokko Perri (it. Rocco Perri) - İtaliyanın Kalabriya əyalətinin Plati kəndində anadan olmuş və XX əsrin əvvəllərində Kanadanın Ontario əyalətindəki kriminal fəaliyyəti ilə tanınmış italyan içki qaçaqmalçısı, narkotik taciri və qanqsteri. Perri Kanadada spirtli içki qadağasının tətbiq olunduğu illərin ən məşhur simalarından biri hesab olunmaqdadır. XX əsrin əvvəllərində Rokko Perri əvvəlcə Amerika Birləşmiş Ştatlarına, 1908-ci ildə isə Kanadanın Ontario əyalətinə köçmüşdür. 1910-cu ildən etibarən Ontario əyalətinin müxtəlif şəhərlərində əvvəlcə tikinti, daha sonra isə çörək bişirmə fabriklərində fəhlə olaraq çalışmışdır. 1916-cı ildə Perri xanımı ilə birlikdə Kanadada spirtli içki qadağasının tətbiq olunmasından istifadə edərək gizli formada spirtli içkilərin istehsalı biznesinə başlamışdır. Perrinin yoldaşı Bessi Starkman gizli biznesin əsasən maliyyə məsələləri ilə məşğul olmuşdur. Hazırlanmış qanunsuz içkilərin Amerika Birləşmiş Ştatlarına gizli və qanunsuz yollarla ixrac edilməsinə başlayan Perri qısa zamanda İçki qaçaqçılarının kralı adını almışdır. Kanada dövlətinin Kral Komissiyası tərəfindən fəaliyyəti araşdırılan Perri beş ay müddətinə həbs olunmuşdur. 1930-cu ildə həyat yoldaşı Starkman qaçaqmal içkilərin hazırlanmasında istifadə olunan qarajda yerli polislər tərəfindən pusquya salınmış və öldürülmüşdür.
Adrara San Rokko
Adrara San Rokko (it. Adrara San Rocco) İtaliyada, Lombardiya bölgəsində, Berqamo əyalətində şəhər. Əhalisi 838 nəfər, əhali sıxlığı 92 nəfər / km²-dir. Sahəsi 9.09 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 00035. Şəhərin hamisi müqəddəs Sent Rokdur. Şəhər Festivalı hər il 16 avqustda qeyd olunur. == Tarixi == Şəhərin tarixi orta əsrlərə gedib çıxır. İlk əvvəllər Adrara adlı bir kənd olmuş və o kənd haqqında məlumatlar 1000-ci ilə gedib çıxır.
Rokko və onun qardaşları
"Rokko və onun qardaşları" — rejissor Lukino Viskontinin Covanni Testorinin əsəri əsasında çəkdiyi bədii film. Film Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülüb. 16 yaşına çatmamış yeniyetmələrin baxması məsləhət görülmür. == Məzmun == Rejissor Lukino Viskontinin əsas filmlərindən olan "Rokko və onun qardaşları" filmi başlayanda titrləri çox qəribə bir musiqi müşayiət edir və bu ayrılıq, atılmış vətən mahnısıdır. Ekranda Milan vağzalında cənubdan gəlmiş ana və beş oğul — Vinçenso, Simone, Rokko, Çiro və Lukadan ibarət parondilər ailəsini görürük. Burada Vinçenso evlənir və onun evindəki savaşdan sonra ana və dörd oğlu evi tərk edib yaşamağa yer axtarırlar. Milanda bu ailə üçün başlanğıc pis olmur. Təzə evə köçdükdən sonra oğlanlar işləməyə başlayır. Viskontinin filmi bir neçə hissəyə bölünürdü. Sanki bu film novellalardan ibarətdir və bu novellalar hər bir qardaş haqda ayrıca danışır.
Rokko və onun qardaşları (film, 1960)
"Rokko və onun qardaşları" — rejissor Lukino Viskontinin Covanni Testorinin əsəri əsasında çəkdiyi bədii film. Film Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülüb. 16 yaşına çatmamış yeniyetmələrin baxması məsləhət görülmür. == Məzmun == Rejissor Lukino Viskontinin əsas filmlərindən olan "Rokko və onun qardaşları" filmi başlayanda titrləri çox qəribə bir musiqi müşayiət edir və bu ayrılıq, atılmış vətən mahnısıdır. Ekranda Milan vağzalında cənubdan gəlmiş ana və beş oğul — Vinçenso, Simone, Rokko, Çiro və Lukadan ibarət parondilər ailəsini görürük. Burada Vinçenso evlənir və onun evindəki savaşdan sonra ana və dörd oğlu evi tərk edib yaşamağa yer axtarırlar. Milanda bu ailə üçün başlanğıc pis olmur. Təzə evə köçdükdən sonra oğlanlar işləməyə başlayır. Viskontinin filmi bir neçə hissəyə bölünürdü. Sanki bu film novellalardan ibarətdir və bu novellalar hər bir qardaş haqda ayrıca danışır.
Rokki
Rokki (ing. Rocky) — 1976-cı ildə istehsal olunmuş ABŞ filmidir. Film 3 Oskar mükafatına layiq görülmüşdür. Filmdə uydurulmuş boksçu Rokki Balboanın həyatından söhbət açılır. Bu film əsas ilham mənbəyini əfsanəvi "Boks Kralı" Məhəmməd Əlinin Çak Vepnerlə olan döyüşündən götürür. Çak Vepner 1975-ci ildə keçirilən yarışmada Məhəmməd Əliyə məğlub olmuşdur. Rokkinin prototipi Çak Vepner. Həqiqətən də, Çak Vepner Məhəmməd Əlini 9-cu raundda nokdauna göndərmişdir. Lakin 15-ci raundda Məhəmməd Əli dayanmadan xeyli sayda ağır zərbələr endirərək onu nokauta salmışdır.Beləcə, Məhəmməd Əli döyüşün qalibi olmuşdur. Apollo Kridin prototipi Məhəmməd Əlidir.
Oçoko
Çoko (猪口) və ya bəzən çoku – sake fincanı növü. Sadə dizayna və kiçik ölçüyə malikdir. == Tarixi == Keçmişdə çoko sake içmək üçün yox, sirkə və sousları saxlamaq üçün istifadə olunan adi qab növü idi. Edo dövründə sake içmək üçün istifadə olunmağa başlamışdır. Belə ki, bu dövrdə sakedəki spirtin faizi artdığı üçün çoko gibi kiçikölçülü fincandan sake içmək daha uyğun idi. == Xüsusiyyətlər == Adətən çokunun içərisində iki göy halqa təsviri olur. Bu halqalar kikiçoko adlanır və sakeni dadarkən istifadə olunur. Halqaların rəngi standart olduğu üçün sakeni içən şəxs halqalara baxaraq sakenin saflığı və keyfiyyəti haqqında məlumat deyə bilər.Çokonun həcmi 20–90 millilitr olur. Adətən sake butulkası olan tokkuri ilə birlikdə istifadə olunur. Sake süzülərkən tokkurinin ağzının çokoya dəyməməsinə diqqət yetirilir və sake çokonun 80% həcminə qədər doldurulur.
Karmin Krokko
Carmine Crocco (5 iyun 1830, Rionero-in-Vulture[d], Bazilikata – 18 iyun 1905 və ya 8 (21) iyun 1905, Portoferrayo[d], Toskana) — Donatello və ya Donatell kimi tanınan İtaliyan qulduru. == Həyatı == O, əvvəlcə Burbonda, sonra isə Cüzeppe Haribaldinin dəstəsində mübarizə aparıb. Tezliklə İtaliyanın cənubunda, iki min nəfərlik ordu formalaşdırıb və Burbon tərəfdə ən qorxulu, aparıcı liderlərdən olub. O, pusqu quraraq su təchizatının kəsilməsi, un anbarlarını dağıtmaqla, teleqraf məftillərinin qırılması və s. kimi özünün partizan taktikası ilə məşhurdur. Bu gün cənubi İtalyanın bir çox xalqı və xüsusilə də doğma rayonu Basilicata onu xalq qərəmanı sayırlar.
Qokoku məbədi
Qokoku məbədi (護国寺, Qokoku-ci, azərb. "Ölkənin mühafizəsi məbədi"‎) – Yaponiyanın Tokio şəhərinin Bunkyo rayonunda yerləşən buddist məbədi. Buddizmin Şinqon sektasının Buzan qoluna aiddir. == Tarixi == Məbəd 1681-ci ildə şoqun Tokuqava Tsunayoşinin sifarişi ilə keşiş Ryoken tərəfindən qurulmuşdur. Tsunayoşi və onun anası Keyşo İn bu məbədin himayəçiləri olmuşdurlar. Hazırda Əhəmiyyətli mədəni mülk statusu daşıyan əsas zal 1698-ci ildə tikilmişdir. Məbədin qəbiristanlığında Edo dövründə yaşamış 40-dan çox konfutsiçi alimin qəbri yerləşir. Məbədin Tokuqava şoqunluğu ilə sıx əlaqələri olduğu üçün burada tez-tez şoqunluğun adından ibadətlər yerinə yetirilmişdir. Məbəd bodhisattva Kannona həsr olunmuşdur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Sokoto ştatı
Sokoto ştatı (ing. Sokoto State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı ərəb dilində bazar mənasını daşıyan suk sözündən gəlir.
Sonoko Çiba
Sonoko Çiba (d. 15 iyun 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Tomokazu Tokoro
Tomokazu Tokoro (ところ ともかず, Tokoro Tomokazu) – Yaponiya anime rejissoru və animasiyaçısı. Ən tanınmış işləri "Haibane Renmei" və "Hellsing Ultimate" hesab olunur. "NieA_7", "Maria†Holic Alive" animelərinin rejissoru, "Macross Zero" animesinin köməkçi rejissoru olmuşdur. İşlədiyi digər layihələr arasında "Serial Experiments Lain", "Lupin III: $1 Money Wars" (Missed by a Dollar), "Lupin III: Walther P-38" (Island of Assassins), "Armitage III" (OVA), "White Album", "Space Fantasia 2001 Nights" və "The Seven Deadly Sins" var.
Tomoko Matsunaqa
Tomoko Matsunaqa (d. 10 avqust 1971) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 13 oyun keçirib.
Tomoko Muramatsu
Tomoko Muramatsu (d. 23 oktyabr 1994) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Tomoko Ohara
Tomoko Ohara (d. 1957) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Tomoko Suzuki
Tomoko Suzuki (d. 26 yanvar 1982) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 2 qol vurub.
Robokop 3
Robokop 3 (ing. RoboCop 3) — 1993-cü ildə çəkilən fantastik janrlı döyüş filmi. == Məzmun == 2035-ci il, gələcək zaman. "Omni Consumer Products" (OCP) şirkəti və bu şirkətin dəlisov rəhbəri Makdaqet Detroyt şəhərində yaşayan insanları aldadaraq, şəhərin kapitalını ələ keçirməyə çalışır. Makdaqetə qarşı Aleks Mörfi və əməkdaşı Lüis çıxır, lakin Aleksin əməkdaşı Makdaqetin əməkdaşları öldürülür və növbə Aleksə keçir. Aleks Mörfi şəhərdə yaşayan insanların köməyindən istifadə etmək məcburiyyətində qalır. Böyük qüvvə əldə etmək üçün Aleks polis qrupunu Makdaqetə qarşı hərəkata çağırır, lakin "OCP" şirkətinin rəhbəri Makdaqet Aleksi aradan qaldırmaq məqsədilə Yaponiyadan terminator-samurayı dəvət etdirir… == Xarici keçidlər == «Robot-polis 3» — Internet Movie Database saytında.
Yukiyoşi Tokoro
Yukiyoşi Tokoro (所ゆきよし, Tokoro Yukiyoşi, 15 aprel 1947, Naqoya – 16 sentyabr 2023, Tokio) və ya əsl adı ilə Yoşiyuki Katayama (片山 喜之, Katayama Yoşiyuki) – Yaponiya karikaturçusu və manqakası. Siyasi karikaturlar çəkmişdir. == Həyatı == Yoşiyuki Katayama 1947-ci ildə Yaponiyanın Naqoya şəhərində doğulmuşdur. Naqoya yerləşən Nanzan Universitetində təhsil alarkən yerli qəzetlər üçün satirik karikaturlar çəkməyə başlamışdır. Sarariman kimi işlədikdən 1978-ci ildə tam şəkildə karikaturçu kimi işləməyə başlamışdır.Tokoro tənqidlərini daha az aydın göstərməyin bir neçə yolunu yoxladıqdan sonra siyasi fiqurları cüssəli və gödək təsvir edən üsluba keçmişdir. 1985-ci ilin mayında "Mainichi Shimbun" qəzetində karikaturçu kimi işləməyə başlamışdır. O, qəzet üçün həftəlik siyasi karikaturlar çəkmək üçün son xəbər başlıqlarından istifadə edirdi. Onun siyasi karikaturları kabinet inaqurasiyaları və Liberal Demokratik Partiyasında yeni təyinatlar kimi mövzularda olan məqalələrdə istifadə olunurdu.Tokoro xərçəng xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq karikatur karyerasına davam etmişdir. Onun son işi 17 sentyabr 2023-cü ildə nəşr olunmuşdur. 16 sentyabr 2023-cü ildə mədə xərçəngi səbəbilə ölmüşdür.
Canluka Rokki
Canluka Rokki – 25 avqust 1973-cü ildə İtaliyanın Florensiya şəhərində doğulmuş FİFA hakimi. 2000-ci ildə İtaliyanın sayca üçüncü liqası olan Seria C-də 38 oyuna təyinat alıb. 2010-cu ildə, Seriya A və Seriya B oyunlarını idarə edib. 2008-09 mövsümündə UEFA Kubokuna, 2010-11 futbol mövsümündən etibarən isə UEFA Çempionlar Liqası oyunlarına təyinat alır. Avro 2012-nin seçmə mərhələsində 3 oyun idarə etdikdən sonra 2012-ci ildə Yay Olimpiya Oyunlarına dəvət aldı. 2018-ci ildə FİFA Dünya Kuboku-nun final mərhələsində oyunlara təyinat alıb.
Guido Rokka
Guido Rokka (26 yanvar 1928, Milan – 15 may 1961, Milan) — italyan yazıçısı. == Əsərləri == L'importanza di avere un cavallo (racconto), 1950 (poi Milano, Mursia, 1962) Si spensero i fuochi, Genova, Seit, 1951. (romanzo) La ragazza imprudente, Milano, Corticelli, 1956.
Mark Rotko
Mark Rotko (rus. Ма́ркус Я́ковлевич Ротко́вич, lit. Markuss Rotkovičs; 25 sentyabr 1903[…], Dauqavpils, Vitebsk quberniyası[d], Rusiya imperiyası – 25 fevral 1970[…], Manhetten, Nyu-York ştatı) — amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının görkəmli nümayəndəsi. === Həyatı === Mark Rotko adı ilə daha çox tanıdığımız Markus Yakobleviç Rotkoviç 1903-cü ilin 25 sentyabrında Rusiya İmperiyasının Vitebsk əyalətinin Dvinsk şəhərində anadan olub. Hal-hazırda Dvinsk şəhəri Dauqavplis adını daşıyır və Latviyanın ən böyük ikinci şəhəridir. Mark yəhudi ailəsində doğulmuşdu atası Yakob əczaçılıqla məşğul olurdu. Yakob əzcazıçılıqla məşğul olmasına və az məvacib almasına baxmayaraq, həmişə övladlarının təhsilinə böyük önəm göstərirdi. Markın qardaşı uşaqlıq dövrünü xatırlayaraq qeyd edir: "Biz oxuyan ailə idik. Markın özü də Rusiyada yaşayarkən artıq rus dili ilə yanaşı, ivrit və idiş dillərində də danışa bilirdi". Dövrün siyasi vəziyyətindən asılı olaraq bir çox yəhudi ailələri kimi Rotkolar da ABŞ-yə üz tuturlar.
Rekko Kalabriya
Recco Kalabriya (it. Reggio Calabria; Kalabriya ləhcəsi: Rìggiu; Kalabriya yunancası: Righi; yunanca: Ῥήγιον) — İtaliyanın Kalabriya regionunda eyni adı daşıyan Recco Kalabriya vilayətinin mərkəzidir. Regionda olan ən böyük və ən qədim şəhər və İtaliyada ikinci köhnə şəhər olduğu qəbul edilir. Appenin yarımadasının cənubunun üçüncü böyük iqtisadi mərkəzi olması ilə yanaşı, həm də liman və universitet şəhəridir. 2010-cu ilin sonuna olan məlumata görə əhalisi 186 547 nəfər təşkil edən Recco Kalabriyanın sahəsi 236,02 km²-dir.
Rokki Marsiano
Rokki Marçiano (1 sentyabr 1923, Brokton[d], Massaçusets – 31 avqust 1969) — peşəkar ABŞ boksçusu. Rinqdə keçirdiyi 49 görüşün hamısına qalib gəlib. Lenoks Luis isə Oliver Makkolu və Xasim Rahmana uduzsa da, sonradan hər iki boksçudan revanş götürə bilmişdir.Rokki Marsiano məğlub olmamış yeganə dünya çempionudur.
Rokki Marçiano
Rokki Marçiano (1 sentyabr 1923, Brokton[d], Massaçusets – 31 avqust 1969) — peşəkar ABŞ boksçusu. Rinqdə keçirdiyi 49 görüşün hamısına qalib gəlib. Lenoks Luis isə Oliver Makkolu və Xasim Rahmana uduzsa da, sonradan hər iki boksçudan revanş götürə bilmişdir.Rokki Marsiano məğlub olmamış yeganə dünya çempionudur.
Öksökö