Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mazama rufina
Mazama rufina (lat. Mazama rufina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Rucina Balşiç
Rucina Balşiç (serb. Руђина Балшић; 1396 – 1420) — zetanlı zadəgan qadın və Balşiç ailəsindən bugünkü Monteneqro və Albaniya ərazisini idarə edən hökmdar. O, Mrkşa Jarkoviç ilə evləndi və 1414-cü ildə vəfat etdikdən sonra onun səltənətini, Valona Knyazlığını miras aldı. Onun hersoqluğunu venesiyalılara satmaq üçün uğursuz danışıqlardan sonra, Osmanlılar 1417-ci ildə onu ələ keçirdilər. Rucina 1418-ci ildə Valonadan Buva valisi olduğu Zetaya qaçdı. 1420-ci ildə İkinci Skutari Müharibəsi zamanı heç bir müqavimət göstərmədən Budvanı venesiyalılara təslim etdi və şəhərin xəzinəsi ilə Dubrovnikə köçdü. Rucina (və ya Rugina, Rudina) Zeta Lordu II Balşanın (1378–1385) və İvan Komnin Asenin qızı Komnena Asenin qızı idi. 1391-ci ildə Rucina zadəgan Mrkşa Jarkoviç ilə evləndi. Onların nikahı Ohrid Arxiyepiskopu tərəfindən xeyir-dua aldı, baxmayaraq ki, onlar yaxın qohum olduqları üçün qeyri-kanonik sayılırdı. 1397-ci ildə ona və anasına Raquza Respublikasının vətəndaşlığı verildi.
Rudina Heydəri
Rudina Heydəri (alb. Rudina Hajdari) — Alban siyasətçisi, Albaniya Respublikası Assambleyasının üzvü və ölkənin parlament müxalifətinin rəhbəri. 1990-1991-ci illərdə Albaniyada kommunizmin dağılmasına səbəb olan tələbə hərəkatına rəhbərlik edən mərhum Azem Haydərinin qızıdır. Heydəri 2017-ci il sentyabrın 9-da ölkənin paytaxtı Tirana şəhərinin rayonunu təmsil edərək Albaniya Məclisinə deputat seçilib. 1998-ci ildə atasının öldürülməsindən sonra Haydari təhsilini davam etdirmək üçün ABŞ-yə köçüb. O, Fordham Universitetində oxuyub və 2009-cu ildə siyasi elmlər üzrə bakalavr dərəcəsi, ardınca London Kral Kollecini geosiyasət, ərazi və təhlükəsizlik üzrə magistr dərəcəsi ilə bitirib. Daha sonra Heydəri Kolumbiya Universitetində insan hüquqları üzrə ikinci magistr dərəcəsi alıb. Daha sonra Heydəri Kolumbiya Universiteti Harriman adına Rusiya, Avrasiya və Şərqi Avropa Araşdırmaları İnstitutunda müvafiq olaraq Donald Tramp və Vladimir Putinin prezidentlikləri dövründə Qərbi Balkanların üzləşdiyi problemlər haqqında mövzuya müraciət edir. Heydəri həmçinin Newsweek kimi nəşrlərdə bölgədəki problemlərə dair çoxsaylı redaksiya məqalələri dərc etmişdir. Heydəri ABŞ Nümayəndələr Palatasının Nyu-Yorkun 16-cı dairəsindən yüksək səviyyəli üzvü, eyni zamanda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri olan konqresmen Eliot Lans Engelin köməkçisi olur.
Rufino Tamayo
Rufino Tamayo (tam adı: Rufino del Carmen Arellanes Tamayo; d. 25 avqust 1899 – 24 iyun 1991) — Sapoteki irsinə mənsub olan Meksikalı rəssam, Meksikanın Oaxaka şəhərində anadan olmuşdur. Tamayo 20-ci əsrin ortalarında Mexiko və Nyu-Yorkda fəaliyyət göstərmiş və sürrealizmin təsiri ilə abstrakt fiqurlarını təsvirlərini yaratmışdır. Valideynlərinin ölümündən sonra Tamayo xalası ilə yaşamaq üçün Mexikoya köçdü. Orada olarkən, o, özünü kiçik bizneslə məşğul olan ailəsinə həsr etdi. Lakin bir müddət sonra, 1917-ci ildə xalası onu incəsənəti öyrənmək üçün San-Karlosdakı Milli Rəssamlıq Məktəbinə apardı. Şagird kimi o dövrdə olan digər məşhur cərəyanlar arasında Kubizm, İmpressinoizm və Fovizm cərəyanlarından təsirləndi. Burada Tamayo gənc bir rəssam kimi təhsil alsa da, sonralar bu təhsildən razı qalmadı və özü fərdi şəkildə məşğul olmağa başladı. 1921-ci ildə Etnoqrafik Rəsimlər Bölməsində çalışmağa başladı, daha sonra isə bu bölmənin rəhbəri təyin olundu. 30-cu illərdə o, monumental əsərlərin yaradılması ilə bağlı bir sıra sifarişlər aldı .
Crupina
Crupina (lat. Crupina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Crupina crupinastrum (Moris) Vis. Crupina intermedia (Mutel) Briq. & Cavill. Crupina vulgaris Pers. ex Cass.
Retina
Retina — göz kürəsinin arxa divarını örtən , görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa. Gözün işığı qəbul edən təbəqəsidir. Beyindən gələn damar və sinirlərdən təşkil olunmuşdur. Diabet və yüksək təzyiq ən böyük zərəri məhz göz gişasına vurur.
Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Rutinq
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — qoşulma və dəyişiklik etmə imkanı verir.
Afina
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. == Afina mifologiyada == Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. == Tarixi == Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. == Turizm == Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Luina
Luina (lat. Luina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Luina hypoleuca Benth.
Rafin
Rafin (q.yun. Ραθiνηs lat. Rathínēs или Rathánēs) — kadusilərin başçısı və III Farnabazın generalı. Ksenofon öz yazılarında eramızdan əvvəl 396-cı ildə Daskileionda baş vermiş atışmanın timsalında fars süvari sütunlarının taktiki istifadəsinin tam təsvirini belə vermişdi: Sparta kralı Agesilaus Daskileionun yaxınlığında olanda,qarşıda bir şey olub olmadığını görmək üçün önündəki atlıları təpənin başına çapdılar. Və təsadüfən III Farnabazın generalı, Rafin öz qeyri-qanuni qardaşı Baqoy ilə iş üstündə olduğu zaman Farnabazın tərəfindən və eyni təpəyə göndərildi. Hər iki dəstə bir-birini 120 m-dən çox olmayan məsafədə görəndən sonra əvvəlcə dayanıb, daha sonra isə hücuma keçdilər. Döyüş başlayandan sonra yunanlar döyüşdə uduzmağa və zəifləməyə başladılar və qaçıb canını xilas etməyə hərəkət etdilər. Lakin Agesilaus hoplitlərlə birlikdə köməyə gələndə barbarlar yenidən geri çəkildilər və onlardan biri öldürüldü.
Rubia
Boyaqotu (lat. Rubia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. Boyaqotu Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biridir. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.
Eremogone ursina
Eremogone ursina (lat. Eremogone ursina) — qərənfilkimilər fəsiləsinin eremogone cinsinə aid bitki növü.
Eucalyptus rubida
Eucalyptus rubida (lat. Eucalyptus rubida) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus gunnii var. rubida (H.Deane & Maiden) Maiden == Yarımnövləri == Eucalyptus rubida subsp. barbigerorum L.A.S.Johnson & K.D.Hill Eucalyptus rubida subsp.
Euphorbia supina
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Ficus regina
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. == Sinonimləri == Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Ficus ursina
Ficus ursina (lat. Ficus ursina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Lüdmila Şubina
Lüdmila Şubina (d. 9 oktyabr 1948; Kazan, Rusiya) — Sovet İttifaqını təmsil edən Azərbaycanlı sabiq həndbolçu. Lüdmila Şubina, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında qızıl medal qazanıb. == Karyerası == Lüdmila Şubina 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Mentha ranina
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Monodelphis rubida
Monodelphis rubida (lat. Monodelphis rubida) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
NTV (Rusiya)
NTV (rus. НТВ) — 1993-cü ildə fəaliyyətə başlayan Rusiya televiziya kanalıdır. NTV Rusiya ilə yanaşı digər ölkələrdə də yayımlanır. "NTV Mir" telekanalı MDB və Pribaltikada, bundan başqa Qərbi Avropada, Yaxın Şərqdə, ABŞ, Kanada, İsrail, Avstraliya, Yeni Zellandiya və Okeaniya ərazilərində yayımlanır. Telekanalın "NTV HD" adı ilə yüksək dəqiqlikdə fəaliyyət göstərən versiyası da vardır. Telekanal 6 dəfə loqotipini dəyişmişdir. Hal-hazırda istifadə olunan loqotip — yeddinci və səkkizinci loqotipdir. 1993-cü ildə loqotip sağ aşağı küncdə yerləşirdi. 1993-cü ildən indiyə kimi loqotip sol aşağı küncdə yerləşir.
Nickelodeon (Rusiya)
Nickelodeon (Rusiya) - Rusiyada yayımlanan 15 noyabr 1998-ci ildə fəaliyyət göstərən bir uşaq kanalıdır. Kanal rus dilində yayımlanır. Kanal 4 oktyabr 2001-ci ildə hd yayımına başladı. Nikelodeon NTV Plus, NTV Plus Ukrayna , Telekarta, Viasat Ukrayna və OTAU TV kimi operatorlarda ingilis və rus dillərində yayımlanır.
Nuriel Rubini
Nuriel Rubini (ing. Nouriel Roubini, rus. Нуриэль Рубини 29 mart 1958-ci il, İstanbul) — amerikalı iqtisadçıdır, Nyu-York Universitetinin beynəlxalq iqtisadi münasibətlər üzrə professoru. Qlobal maliyyə problemlərində dünyadakı ən nüfuzlu mütəxəssislərdən biridir. Dünya maliyyə böhranını (2008-2012) proqnozlaşdıran , RGE Monitor şirkətinin prezidentidir. Ləqəbi Dr. Doom. İranlı yəhudilərin ailəsində anadan olub . İki yaşındaykən valideynləri ilə birlikdə Tehrana daha sonra isə İsrailə köçdülər. 1962-ci ildən 1983-cü ilə qədər Milanda yaşamış, Bokkoni Universitetində təhsil almışdır.
Olqa Budina
Olqa Aleksandr qızı Budina (doğ. 22 fevral 1975, Odintsovo, Rusiya SFSR, SSRİ) — rusiyalı teatr və kino aktrisası, romansların ifaçısı, Rusiya dövlət mükafatı laureatı (2001). Olqa Budina 22 fevral 1975-ci ildə Moskva vilayətinin Odintsovo şəhərində dünyaya gəlmişdir. O humanitar liseyin tarix-ədəbiyyat sinfində təhsil almışdır. Məktəbi "üçsüz" bitirən Olqa humanitar elmlərdə daha uğurlu idi. O həm də sosial işlərdə fəallığı ilə seçilirdi. Yaradıcılığı hələ məktəb illərindən başlamışdır. Musiqi məktəbinin akkordeon sinfində müvəffəqiyyətlə təhsil alaraq pianoda ifa etmişdir. Ona dəfələrlə məktəbdə keçirilən bayram və tamaşaların quruluşu əmanət edilmişdir. Liseydə o özünün şəxsi teatrını yaratmış və "Noxud üstündə yatan şahzadə qız" adlı muzikl təsis etmişdir.
Paolo Ruffini
Paolo Ruffini (ing. Paolo Ruffini, 22 sentyabr 1765[…], Valentano[d], Latsio – 10 may 1822[…], Modena) — İtaliya riyaziyyatçısıdır; ilk dəfə (amma kifayət qədər əsaslandırılmamış) 5 dərəcəli cəbri tənliyin radikallarda həllinin mümkün olmadığını isbat etmişdir.. 22 sentyabr 1765-ci ildə İtaliyada doğulub. 10 may 1822-ci ildə İtaliyada vəfat edib.
Rumınca
Rumın dili — roman dillərindən biri. Rumınların ana dili.