Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Armoracia rustica
Adi qıtıqotu (lat. Armoracia rusticana) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin qıtıqotu cinsinə aid bitki növü. == Sinonimləri == Armoracia amoracia (L.) Cockerell, Fl. Boulder Colorado 130. 1911, orth. var. Armoracia armoracia (L.) Cockerell ex Daniels, Univ. Missouri Studies, Sc. Ser., 2. No.
Hirundo rustica
Kənd qaranquşu (lat. Hirundo rustica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin əsl qaranquş cinsinə aid heyvan növü.
Nicotiana rustica
Tənbəki (lat. Nicotiana rustica) — tütün cinsinə aid bitki növü.
Picea abies f. rustica
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
Akustika
Akustika (yun. ἀκούω — eşidirəm) — mexaniki dalğaların bərk, maye və qaz mühitində yayılmasını, xüsusiyyətlərini, olduqları şəraitlə uyğunlaşmaları, canlılar üzərindəki fizioloji və psixoloji təsirlərini araşdıran elm sahəsidir. == Ümumi məlumat == Akustika səs haqqında elmdir. Səsin gurluğu səsin rəqs amplitudundan asılıdır. Rəqs amplitudu böyk olduqda səs daha gur olur. Səsin yüksəkliyi rəqsin tezliyindən asılıdır. Rəqsin tezliyi böyük olduqda səs daha yüksək olur. İnfrasəs tezliyi 16 Hs-dən az olan mexaniki dalğalar infrasəs adlanır. Ultrasəs 20 000 Hs-dən yüksək tezlikli mexaniki dalğalardır. Obyektinə görə təsnifatı: Bioloji akustika — Səsin balina, delfin, yarasa və bayquş kimi heyvanlar tərəfındən necə istifadə edildiyi öyrənilir.
Eristika
Eristika - (yun. eristikos – mübahisә edәn) mübahisә etmәk mәharәti. == Tarixi == Eristika Qәdim Yunanıstanda e.ә 5 әsrin 2-ci yarısında sofistlәr arasında, e.ә. 4 әsrdә Meqara mәktәbindә geniş yayılmışdı. Qәdim yunan ritorika vә fәlsәfәsindә inandırmaq mәharәti kimi meydana gәlmiş eristika çox keçmәdәn mübahisә zamanı hәr hansı müddәanı, doğru vә ya yanlışlığından asılı olmayaraq, müdafiә, yaxud tәzkib etmәk üçün işlәdilәn üsullar mәcmusuna çevrildi. Aristotel “Sofist tәkziblәr haqqında” traktatında sofistika ilә eristika arasında fәrq qoymamış, sofist әqli nәticәlәri eristik sillogizmlәr adlandırmışdır. Hazırda bilәrәkdәn yanlış mühakimә üçün işlәdilәn üsullar sofistika, ümumiyyәtlә, mübahisә etmәk mәharәti isә eristika adlandırılır.
Mistika
Mistika (q.yun. μυστικός "sirli", μυέω — "sirli, müqəddəs ayinləri icra etmə") — insanın guya sirli şəkildə bağlı olduğu və ünsiyyət qura bildiyi fövqəltəbii qüvvələrin mövcudluğuna inam; həmçinin — allahla (yaxud tanrılar, ruhlar, digər qeyri-maddi varlıqlar) ilə birbaşa vəhdəti yaşamağa yönəlmiş müqəddəs dini təcrübə. Bu təcrübənin əsaslandırılmasına və dərk edilməsinə həsr olunmuş teoloji və fəlsəfi təlimlər toplusu mistisizm adlanır.
Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Bioloji akustika
Bioloji akustika heyvanlar tərəfindən yaradılır. Buna misal olaraq yarasa misal göstərmək olar. Yarasaların gözü gormür, ancaq o özündən səs dalğaları buraxaraq öz öz yolunu davam edir.O səs dalğalarını göndərdikdən sonra həmən səs hər hansı maneə və yaxud cismə dəyib özünə qayıdır.Ancaq biz bunu eşidə bilmirik, çünki insan qulağı ancaq 16 Hs və 20 000Hs tezlikli səs dalğalarını eşidə bilir.Bu səslər isə 16Hs-dən aşağı səslərdir.
Custina Banasiak
Custina Banasiak (2 may 1986, Şetsin) — Polşanı təmsil edən bədii gimnast. == Karyerası == Custina Banasiak Polşanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Mastika püstəsi
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
NTV (Rusiya)
NTV (rus. НТВ) — 1993-cü ildə fəaliyyətə başlayan Rusiya televiziya kanalıdır. NTV Rusiya ilə yanaşı digər ölkələrdə də yayımlanır. "NTV Mir" telekanalı MDB və Pribaltikada, bundan başqa Qərbi Avropada, Yaxın Şərqdə, ABŞ, Kanada, İsrail, Avstraliya, Yeni Zellandiya və Okeaniya ərazilərində yayımlanır. Telekanalın "NTV HD" adı ilə yüksək dəqiqlikdə fəaliyyət göstərən versiyası da vardır. Telekanal 6 dəfə loqotipini dəyişmişdir. Hal-hazırda istifadə olunan loqotip — yeddinci və səkkizinci loqotipdir. 1993-cü ildə loqotip sağ aşağı küncdə yerləşirdi. 1993-cü ildən indiyə kimi loqotip sol aşağı küncdə yerləşir.
Nickelodeon (Rusiya)
Nickelodeon (Rusiya) - Rusiyada yayımlanan 15 noyabr 1998-ci ildə fəaliyyət göstərən bir uşaq kanalıdır. Kanal rus dilində yayımlanır. Kanal 4 oktyabr 2001-ci ildə hd yayımına başladı. Nikelodeon NTV Plus, NTV Plus Ukrayna , Telekarta, Viasat Ukrayna və OTAU TV kimi operatorlarda ingilis və rus dillərində yayımlanır.
Qasımkənd (Rusiya)
Qasımkənd (Ləzg. Кьасумхуьр) — Dağıstanda dağlıq kənd, Süleyman-Stalski rayonunun inzibati mərkəzi və "Qasımkənd kənd sovetinin" yaşayış məntəqəsi. Mahaçqaladan 185 km cənubda yerləşir. Kənd XIX əsrin birinci yarısında yaradılıb. 1812-ci ildə Qasımkənd yeni qurulan Kürə xanlığına daxil edildi. 1866-cı ildə xanlıq rəsmi olaraq Rusiya imperiyasına daxil edildi və Kürə dairəsinə daxil edildi. Qasımkənd həm bütün bölgənin, həm də bir hissəsi olan Güney əyalətinin inzibati mərkəzinə çevrildi. Əlikənd və Aşaqa-araq kəndləri ilə birlikdə Qasımkənd kənd cəmiyyəti yaradıldı. Strateji əhəmiyyətli yol qovşağında yerləşməsi kəndin sürətli inkişafını öncədən müəyyənləşdirdi. 1878-ci ildə Qasımkənd dünyəvi məktəb quruldu.
Qərbi Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Respublika (Rusiya)
Rusiya konstitusiyasına görə, Rusiya Federasiyası 85 bərabərhüquqlu subyektdən ibarətdir ki, bunun da 22-si respublikadır. Respublikalar Rusiyanın faktiki ərazisinin 28,55% -ni əhatə edir və ölkə əhalisinin 17,95% -i onlarda yaşayır. Respublika, diyarlardan və vilayətlərdən fərqli olaraq, onlar milli-dövlət formasiyalarıdır, yəni Rusiya daxilində bu və ya digər xalqın (xalqların) dövlətçilik formasıdır. Rusiya Federasiyasının digər subyektlərindən fərqli olaraq respublikalar öz konstitusiyalarını qəbul etmək və öz dövlət dillərini qurmaq hüququna malikdirlər və həmçinin onların paytaxtları vardır. Respublikaların Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmaq, onun tərkibindən ayrılmaq hüququ və suverenliyi yoxdur. Sovet dövründə müasir respublikaların əksəriyyəti muxtar sovet sosialist respublikası (MSSR) statusuna malik idi, bəziləri muxtar vilayətlər idi. RSFSR çərçivəsində, ərazilər və bölgələrdən - inzibati-ərazi vahidlərindən fərqli olaraq, onlar milli-dövlət birləşmələri olan federasiya subyektləri hesab olunurdular.
Rusiya Ordusu
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
Rusiya Respublikası
Müvəqqəti hökumət (2 (15) mart — 25 oktyabr (7 noyabr) 1917) — Rusiyada dövlət hakimiyyətinin Fevral inqilabı və Oktyabr inqilabı arasındakı dövrdə ali icraedici, sərəncam və qanunverici orqanı idi. Bəzi mənbələrdə bu hökumət Moskva hökuməti kimi qeydə alınıb. Dövlət dumasının Müvəqqəti komitəsi və Fəhlə və əsgər deputatların Petroqrad Şurasının icra komitəsi arasında əldə edilən razılaşma əsasında yaradılmışdır.
Rusiya Rublu
Rusiya rublu və ya рубль — Rusiya Federasiyasının valyutası. Həmçinin Abxaziya və Cənubi Osetiya ərazisində rəsmi valyuta kimi işlədilir. Rusiya rublunun ISO 4217 üzrə kodu — RUB, 1998-ci il denominasiyadək kodu RUR idi. Rusiya ərazisində XIII əsrdən işlədilir. Əvvəllər qrivnanın bir hissəsi idi. Информация о банкнотах и монетах на сайте Банка России (rus.) (ing.) РОССИЙСКИЙ РУБЛЬ И ПРИЗНАКИ ПОДЛИННОСТИ РОССИЙСКОГО РУБЛЯ Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine (rus.) Rusiyanın əskinasları keçmiş SSRİ əskinasları (alm.) (ing.) (fr.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Rusiya SFSR
Rusiya Sovet Federativ Sosialist Respublikası və ya RSFSR (rus. Российская Советская Федеративная Социалистическая Республика) — SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biri. 7 noyabr 1917-ci ildə təşkil olunmuşdur.
Rusiya Türkistanı
Rusiya Türküstanı və ya Rus Türküstanı (rus. Русский Туркестан) — 1867–1918-ci illərdə Türküstan bölgəsində Rusiya imperiyasına bağlı quberniya. Rusiya Türküstanı bölgənin 1860-cı illərin əvvəllərində ruslar tərəfindən ələ keçirilməsi ilə qurulmuş, 1918-ci ildə Bolşevik inqilabının nəticəsi olaraq Rusiya imperiyasının süqut etməsi ilə ləğv olunmuşdur. 1865-ci ildə Orenburq general qubernatoru tərkibində Türküstan bölgəsi yaradıldı. 1867-ci il 11 iyul tarixli sərəncamla Türküstan bölgəsi iki bölgəni — general qubernatorun iqamətgahının yerləşdiyi Daşkənddə mərkəzi olan Sirdaryo bölgəsini və Semirechensky bölgəsini — Verny şəhərində bir mərkəzi olan müstəqil Türküstan general-qubernatoruna çevrildi. General-qubernatorun köməkçisi vəzifəsi 1899-cu ildə quruldu (Hərbi şöbə üçün 176/1899 nömrəli əmr və Dövlət Şurasının 1900-cü il 3 (15) nömrəli qərarı ilə təsdiq edildi). 1868-ci ildən və 30 ildən çoxdur ki, məşhur rus tədqiqatçısı S. I. Jilinsky Türküstanı tədqiq edir. 1868-ci ildə Zəravşan rayonu Türküstan general-qubernatorluğuna qatıldı, daha sonra 1887-ci ildə Səmərqənd vilayətinə çevrildi. 1874-cü ildə Amudərya rayonu yarandı. 1876-cı ildə Fərqanə vadisində Kökənd xanlığının ərazisi fəth olunduqdan sonra Fərqanə Bölgəsi meydana gəldi.
Rusiya Türküstanı
Rusiya Türküstanı və ya Rus Türküstanı (rus. Русский Туркестан) — 1867–1918-ci illərdə Türküstan bölgəsində Rusiya imperiyasına bağlı quberniya. Rusiya Türküstanı bölgənin 1860-cı illərin əvvəllərində ruslar tərəfindən ələ keçirilməsi ilə qurulmuş, 1918-ci ildə Bolşevik inqilabının nəticəsi olaraq Rusiya imperiyasının süqut etməsi ilə ləğv olunmuşdur. 1865-ci ildə Orenburq general qubernatoru tərkibində Türküstan bölgəsi yaradıldı. 1867-ci il 11 iyul tarixli sərəncamla Türküstan bölgəsi iki bölgəni — general qubernatorun iqamətgahının yerləşdiyi Daşkənddə mərkəzi olan Sirdaryo bölgəsini və Semirechensky bölgəsini — Verny şəhərində bir mərkəzi olan müstəqil Türküstan general-qubernatoruna çevrildi. General-qubernatorun köməkçisi vəzifəsi 1899-cu ildə quruldu (Hərbi şöbə üçün 176/1899 nömrəli əmr və Dövlət Şurasının 1900-cü il 3 (15) nömrəli qərarı ilə təsdiq edildi). 1868-ci ildən və 30 ildən çoxdur ki, məşhur rus tədqiqatçısı S. I. Jilinsky Türküstanı tədqiq edir. 1868-ci ildə Zəravşan rayonu Türküstan general-qubernatorluğuna qatıldı, daha sonra 1887-ci ildə Səmərqənd vilayətinə çevrildi. 1874-cü ildə Amudərya rayonu yarandı. 1876-cı ildə Fərqanə vadisində Kökənd xanlığının ərazisi fəth olunduqdan sonra Fərqanə Bölgəsi meydana gəldi.
Rusiya azərbaycanlıları
Rusiya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Rusiyada yaşayan hissəsinin adı. Rusiya FR-nın subyekti olan Dağıstan Respublikasında yaşayan etnik azərbaycanlılar istisna olmaqla bu ölkənin digər bölgələrində yaşayan etnik azərbaycanlılar Rusiyada Azərbaycan diasporunu təşkil edirlər. 1926–2010-cu illərdə aparılmış rəsmi əhali siyahıya alınmalarının yekunlarına əsasən Rusiya FR-da etnik azərbaycanlıların sayı: 1926-cı il sa. əsasən 27,991 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 23.428 nəfər. 1939-cu il sa. əsasən 43,123 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 31.141 nəfər. 1959-cu il sa. əsasən 70,947 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 38.224 nəfər. 1970-ci il sa. əsasən 95,689 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 54.403 nəfər.
Rusiya bayrağı
Rusiya bayrağı — Rusiya Federasiyasının Dövlət bayrağı Panislavizm rəngləri olan göy, ağ və qırmızıdan meydana gəlməkdədir. Ağ tanrını, göy hökmdarı, qırmızı isə xalqı bildirir.
Rusiya coğrafiyası
Rusiya coğrafiyası (rus. География России) — Rusiya Federasiyası coğrafiyası. Rusiya — Avropanın şərqində, Asiyanın şimalında yerləşən və bütün quru ərazisinin 1⁄8 hissəsini əhatə edən qitələrarası ölkədir. Ölkənin Avropa hissəsinə Ural dağlarının qərbi, Asiya hissəsinə Uralın şərqindən Uzaq Şərqə qədər olan ərazilər daxildir. 17,075,400 km² ərazisi olan Rusiya sahəsinə görə dünyanın ən böyük ölkəsidir. Rusiyada 23 UNESCO Dünya İrsi, 40 UNESCO-nun biosfer ehtiyatı, 41 Milli park, 101 qoruğu var. Rusiya, 41° Ş və 82 °C en dairələri ilə 19° Ş və 169° Q uzunluqları arasında yer alır. Rusiya Federasiyası ərazisinin böyüklüyünə görə dünyada birinci yeri tutur. Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Avropa hissəsinə Şərqi Avropa düzənliyinin böyük hissəsi, Böyük Qafqaz dağlarının şimal yamacları və Ural, Asiya hissəsinə isə Sibir və Uzaq Şərq daxildir.
Luştisa yarımadası
Luştisa (mont. Luštica, serb. Луштица) — Adriatik dənizinə daxil olan Kotor körfəzində, Monteneqro qərbində qərarlaşan yarımada. Maksimal hündürlüyü 582 m olan Obosnik dağıdır (mont. Obosnik / Обосник). == Coğrafiyası == Yarımada Adriatik dənizi ilə Tivat körfəzi arasında qərarlaşır. Yarımadada yerləşən meşəliklərdə çöl donuzu, manqust, Çaqqal, quşlardan Çay qaraquşu və bülbül yayılmışdır. Meşəliklərdə avropa zeytunu üstünlük təşkil edir. Burada bir necə iri yaşayış məntəqəsi vardır ki, onların da ən böyüyü Kraşiçidir. == Tarixi == Tarixi boyu yarımada böyük əhəmiyyət kəsb etmişdir.