Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cüdələr
Cüdələr — Laçın rayonu ərazisində dağ. Cüdələr dağı Çorman kəndindən cənubda yerləşir. Şəlvəçay və Piçənisçay arasındadır. Hündürlüyü 2076 m. Dağ əvvəllər cüdələr adlı bir nəslin yaylaq yurdu olduğundan həmin nəslin adını daşıyır. Etnotoponimdir.
Faruq Sümər
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
Şüləver
Şüləver — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == Şüləver - Borçalı qəzasının mərkəzi olmuşdur. 1925 ci ildə adı dəyişdirilərək Şaumyan qoyulmuşdur.
Şumer
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar. Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir.
Susevər böcəklər
Susevər böcəklər-(lat. ) Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ == Həyat tərzi == Bu böcəklərin adları susevər olsa da özləri yaxşı üzə bilmirlər. Hətta çoxları heç üzmür. Işığa çox həvəslə uçurlar. Onlar bataqlıq və durğun suların yaxınlığında yanan işıqlara daha çox gəlirlər. Çünki onlar durğun sularda və bataqlıq yerlərdə yaşayır və artıb çoxalırlar. Sakit yay gcələrində işıq vasitəsilə cücüləri toplayan zaman adamın qulağına hər tərəfdən tappıltı səsləri gəlir. Elə bilirsən ki, göydən daş tökülür. Başını qaldırıb baxanda ətrafında yerə və divara zərbə ilə dəydikdən sonra hələ özünə gəlməyən yaşılımtıl qara rəngli, güzgü kimi parıldaq və çox iri böcəklərin arxası üstə düşüb çapaladığını görürsən. onlar çevrilmək üçün ayaqlarını göydə oynadaraq özünə dayaq nöqtəsi axtarır, saatlarla çapalayır, fırfıra kimi fırlanır və buna nail ola bilmirlər.
Şivəmər (Sərdəşt)
Şivəmər (fars. شيوه مر‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (46 ailə).
Endless Summer
Endless Summer — Alman müğənni Okeana Malmannın "My House" (2012) adlı ikinci albomundan bir UEFA Avro 2012 -nin rəsmi mahnısı idi.Mahnının bir hissəsini UEFA Euro 2012 video oyununda eşitmək olar.
Summer Kisses
Summer Kisses (azərb. Yay öpüşləri‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır.
Faruq Sümer
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
Kiş (Şumer)
Kiş (şum. Kiš) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Şəhər e. ə. 4-cü minillikdə salınmışdır. Kişin icmasının tanrısı Zababa olmuşdur. E.ə. XXVIII əsrdə Şumer tayfalarının mərkəzinə çevrilmişdir. XXVIII-XXVII əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı əfsanəvi Etana idi.
Şumer dili
Şumer dili (𒅴𒂠 eme-ĝir), beynəlxalq qəbul olunmuş adı Sümer dili — e.ə. IV–III minilliklərdə Mesopotamiyanın cənubunda danışılmış və insan tarixində ilk dəfə sistemli yazıya alındığı hesab olunan dil. E.ə. XX əsrdə akkad dilləri tərəfindən sıxışdırılıb çıxarılsa da Əhəməni İmperiyasının Babilistan işğalınadək dini, elmi və yaradıcılıq dili kimi mövcud olmuşdur. Sümer dilinin təsnifatlaşdırılması böyük elmi dartışmalara səbəb olub. Buna baxmayaraq, Sümer dili, tərəddüd edilməyən bir sıra fundamental xüsusiyyətlərinə görə Ural-Altay dil ailəsinə bənzəyir: 1. qrammatik cinsi yoxdur. 2. sözlər, kök və ona birləşən şəkilçilərin köməyilə yaradılır. 3.
Şumer mifologiyası
Şumer mifologiyası — Şumer xalqının tarixi kökləri, ilkin dünyagörüşü, ibtidai məişət tərzi, qədim adət-ənənələri, mənəvi həyatının başlanğıcını tərənnüm edir. Qədim sivilizasiya. eyni zamanda, Şumer-akkad mədəniyyətini də əhatə edir. Bu mədəniyyət b.е.ə. IV minillikdə Dəclə və Fərat çaylarının arasında yerləşən Mesopotamiya (yunanca, ikiçayarası deməkdir) adlanan ərazidə yaranmışdır. Bu ərazidə b.е.ə. III minillikdə şimal hissədə akkadlar, cənubda isə şumerlər öz dövlətlərini yaratmağa başlamışlar. Lakin bir müddətdən sonra bu səltənət əmmarilər tərəfindən dağıdılaraq, onun yerində yeni dövlət yara-dıldı və Babilistan bu dövlətin paytaxtı elan edildi. Beləliklə, şumerləri, akkadları, əmmariləri, elariləri və bu ərazidə yaşayan digər xalqları birləşdirən qədim Babilistan səltənəti yarandı. Hammurapinin hökmranlığı dövründə (е.ə.