Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məh Sünbüli
Məh Sünbüli (fars. مه‌سنبلی‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 7 ailədə 10 nəfəri kişilər və 11 nəfəri qadınlar olmaqla cəmi 21 nəfərdir. Kəndin əhalisi bəxtiyarilərrin Məkvəndi tayfasının Doşmənziyari tirəsinə mənsubdur, lur dilinin bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Dünbüli
Dünbüli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Dünbüli (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Sahib Sultan Dünbüli — Azərbaycan şairəsi Sahib Sultan xanım Şahbaz xan Dünbülinin qızıdır.
Sünbül
Sünbül (çiçək) — çiçək qrupu Sünbül (ulduz) — Qız bürcünün a ulduzu. Sünbülçiçək - sünbülçiçəkkimilər fəsiləsinə aid çoxillik soğanaqlı bitki cinsi.
Dünbüli (Germi)
Dünbüli (fars. دومولي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (36 ailə).
Dünbüli (Miyanə)
Dünbüli (fars. دونبلی‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Qızılyarpaq sünbül
Təbii halda Çində və yaponiyada bitir. Hündürlüyü 5-8 m-ə qədərdir. Onların gövdəsinin hündürlüyü 15 m-ə qədər, diametrləri isə 6,5 sm-ə qədərdir. Gövdələri açıq-yaşıl rəngdədir, işıq düşən tərəfləri qızılı-sarı rəngdə görünür. Gövdə qınları töküldükdən sonra cavan gövdələrdə parlaq mum örtüyü olur. Yarpaqları sarı-yaşıl, xırdadır. Yazda vegetativ yolla, qələmlərlə və kolların bölünməsi ilə çoxaldılır. Yayda tez böyüyür, ona görə bambukun gövdələrini qışa yaxın torpağa əymək və üstünü örtmək lazımdır. Bitki əkildikdən sonra çox nəmişlik tələb edir. Məhsuldar torpaqlarda yaxşı bitir.
Sünbül (dəqiqləşdirmə)
Sünbül (çiçək) — çiçək qrupu Sünbül (ulduz) — Qız bürcünün a ulduzu. Sünbülçiçək - sünbülçiçəkkimilər fəsiləsinə aid çoxillik soğanaqlı bitki cinsi.
Sünbül (ulduz)
Sünbül — Qız bürcünün α ulduzudur. Sünbül ulduzunun vizual ulduz ölçüsü m=1,2, mütləq ulduz ölçüsü M=-2,2, spekrti B 1 V {\displaystyle B_{1}V} , parallaksı 0,021-dir. İşıqlığı 1000 Günəş işlığı, kütləsi 11 Günəş kütləsi, radiusu isə 2,5 Günəş radiusu tərtibindədir. Yerdən 300 i.i. uzaqlıqdadır.
Sünbül (çiçək)
Sünbül və ya Başaq (lat. Spica) — çiçək qrupu; uzunsov sünbül oxu üzərində yerləşən oturaq çiçəklərdən (sadə sünbül), yaxud bir neçə çiçəyi olan sünbülcüklərdən (mürəkkəb sünbül) ibarətdir. Bağayarpağı, səhləb çiçəklilərin çoxu və s. sadə sünbülə, buğda, arpa, çovdar və s. taxıllar mürəkkəb sünbülə malikdir. "Quran"da sünbül haqqında belə bir ifadə var: "Allah yolunda mallarını xərcləyənlərin nümunəsi sünbül kimidir ki, hər sünbüldə yüz dənə vardır. Allah dilədiyinə qat-qat çoxunu verər.
Heyran xanım Dünbüli
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Sahib Sultan Dünbüli
Sahib Sultan Dünbüli — Azərbaycan şairəsi Sahib Sultan xanım Şahbaz xan Dünbülinin qızıdır. Güney Azərbaycanın Dünbül şəhərində yaşamışdır. Yüksək şeir istedadına malik olan bu qız incəsənət sahəsində çox qabiliyyətli imiş. Mənbələrdə şahzadə Həsənəli Muradın tərifi münasibətilə bir şeirinə rast gəlinir. Şeirin iki variantda təcüməsi oxuculara təqdim olunur. Haqqın başqa məlumat yoxdur. O güllü bağçanıza yaxın olsa da əğyar, Bu məni nə qorxuya, nə də bir dərdə salar. Çünki mən də bir zaman sizə yaxın olmuşam, Elə bu yaxınlıqdan bir arzu kam almışam. Var olsun bu cahanın şahənşahı şahzadə, Ağıllılar içində cavan Mahmud dünyadə.
Atropatan hiasintellası (Sünbül çiçəyi)
Dünbili eli
Dünbililər və ya dümbülülər — İranın Xoy və ətraf vilayətlərdə yayılaraq yaşamış türk dilində danışan kürd əsilli sülalə. == Tarixi == Dünbili eli ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir. Şərəfnamə bu eldən "Dunbuliye Boxti" (Botanlı Dünbililər) deyə bəhs edir. Şərəf xan Bidlisiyə görə Dünbililər sonradan Müsəlmanlaşmış Yezidilərdir, onun qeydinə görə Dünbili bəyləri Sökmənabad mahalını idarə edirdilər. Yenə bir ara Həkkari bəyliyini də Səfəvilərin yardımıyla ələ keçirmişldilər. Şərəf xan, Dünbililəri Kurmanci ləhcəsində danışan əşirətlər arasında sayır. Hələ də Ərzurum, Urmiya və İraqdakı Dünbililər Kurmanci danışırlar və bir bölümü Yezidilik inancına sahibdir. Salmas və Xoy bölgesinde yaşayanlar isə Minorskiyə görə XVIII əsrdə Azərbaycanlılaşıblar. Bu gün etibariyle sadəcə Azərbaycan dilində danışırlar. Lakin Oğuzların Eymür boyundan gəlir Dümbüli tayfası.
Sünbüllü lavanda
Sünbüllü nanə
Sünbüllü nanə (lat. Mentha spicata) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Mentha aquatica var. crispa (L.) Benth. Mentha cordifolia Mentha crispa Mentha spicata var. ciliata Druce Mentha spicata var. crispa (Benth.) Danert Mentha spicata var. viridis L. Mentha × villosa var.
Hüseynqulu xan Dünbili
Hüseynqulu xan Əhməd xan oğlu Dünbili (?-1798) — Xoy xanlığının hakimi. == Həyatı == Hüseynqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi. Cəsarət və şücaətdə məşhur olan qardaşı Cəfərqulu xan qısa bir müddətdə böyük qoşun toplayaraq qisas almaq və xanlığı xilas etmək üçün müharibəyə girişdi. Cəfərqulu xana Marağalı Əhməd xan, Urmiyəli Məhəmmdəqulu xan (Əhməd xanın kürəkəni) yardım edirdilər. Gürcü çarı II İrakli dünbülü tayfasının hörmətini qazanmaq və Xoy xanlığı ilə Gürcü çarlığı arasındakı münasibətləri nizama salmaq məqsədi ilə Cəfərqulu xanın sərəncamına (1786-cı ildə) 800 nəfər məharətli döyüşçü göndərdi. Qonşu xanlıqların və gürcü çarının yardımı ilə Cəfərqulu xan qısa bir vaxtda düşmənləri cəzalandırdı və həbsdən azad etdiyi böyük qardaşı Hüseynqulu xanı Xoy xanlığının taxtına oturtdu.
Kazım bəy Dünbili
Kazım bəy Əhməd xan oğlu Dünbili (?-?) — Xoy xanlığının sərkərdəsi, qalabəyi. == Həyatı == Kazım bəy Əhməd xan oğlu Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Kazım bəy atası Əhməd xan 1786-cı ildə öldürüləndən sonra qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qardaşı Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O, İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi. Kazım bəy qardaşı Hüseynqulu xan Dünbilinin dövründə Xoy qalasının qalabəyisi olmuşdu. == Ailəsi == Kazım bəyin Əsədulla xan, Qasım xan, Əli xan adlı oğlanları vardı.
Kəlbəli xan Dünbili
Kəlbəli xan Əhməd xan oğlu Xoyski (1775 – 10 avqust 1834, Yelizavetpol) — Rus ordusunda general mayor, İskəndər xan Xoyskinin atası, Fətəli xan Xoyskinin ata babası. == Həyatı == Cəfərqulu xan Xoyski ilə birlikdə Nuxaya (Şəkiyə) gələn xoylulardan biridir. O, Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdi. 1819-cu ildə — Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, o vaxt "Kiçik ağa" ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək "məsləhət" görüldü. Bu arada, İran şahının vəliəhdi Abbas Mirzə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə realizə olması bəlli deyil. Yalnız o məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə "Xoyu idarə edən şəxs" kimi göstərilir". Həmin vaxt Xoy Rus işğalı altında idi və Kəlbəli xanın onlara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi (–20 ildən artıq idi ki polkovnik idi) artırıldı – general-mayor oldu.
Mahmud xan Dünbili
Mahmud xan Məhəmməd bəy oğlu Dünbili (1772-?) — Xoyun hakimi, ədib. == Həyatı == Mahmud xan Məhəmməd bəy oğlu 1772-ci ildə Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. "Nigaristani-Dara" əsərində yazılır ki, o, elmdə, ədəbiyyatda bilikli və istedadlı şəxsiyyətlərdən olmuşdur. O, ilkin təhsil aldıqdan sonra fəlsəfə, tibb və tarix elmlərini öyrənmiş, şeir, ədəbiyyat və digər fənlərdə tay-tuşlarından üstün olmuşdur. "Təzkireyi-dilguşə" əsərində qeyd olunur ki, Mahmud xan ata-babası kimibir müddət Xoy və Səlmas şəhərlərinin hakimi olmuşdu. Sonra şah sarayında eşikağasıbaşı vəzifəsində qulluq etmişdi. Mirzə Məhəmmədəli xan Tərbiyyət onu Şahbaz xanın nəvəsi hesab edir.
Məhəmməd bəy Dünbili
Məhəmməd bəy Əbdürrəzzaq bəy oğlu Dünbili (?-?) — XIX əsr Azərbaycan ədəbiyyatşünası, ədibi. Məhəmməd bəy Əbdürrəzzaq bəy oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ədəbiyyatşünas idi. Məhəmmədəli xan Tərbiyyət yazır: "O, ədib, ədəbiyyatşünas idi. Qurana ərəb dilində geniş izahat yazmışdır" Məhəmməd bəyin Əli bəy adlı oğlu vardı.
Nəcəfqulu xan Dünbili
Nəcəfqulu хаn Şahbaz bəy oğlu Dünbili (Xoy, Qərbi Azərbaycan ostanı – 1784, Təbriz) — Təbriz hakimi. Nəcəfqulu хаn Şahbaz bəy oğlu Xoy vilayətinin Qotur mahalında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xoy xanlığının sərkərdəsi idi. Fətəli xan Avşar 1757-ci ildə Azərbaycana qayıtdıqdan sonra ölkənin vəziyyətini nizama salmaq üçün bir sıra tədbirlər həyata keçirdi. O, xəyanət edib onu tərk edən Azad xan Əfqanın yerinə Nəcəfqulu xan Dünbilini öz qoşununa sərdar təyin etdi. Bundan əlavə,Təbrizin idarə edilməsi işini yenə də ona tapşırdı. Nəcəfqulu xan Dünbüli 1784-cü ildə vəfat edib. Nəcəfqulu xanın Fəzləli bəy, Xudadad xan, İbrahim xan, Cahangir xan, Məhəmməd xan, Əli xan və Əbdürrəzzaq bəy adlı oğlanları vardı. Ənvər Çingizoğlu, Təbriz xanlığı, Bakı: Mütərcim, 2015.
Xudadad xan Dünbili
Xudadad xan Nəcəfqulu хаn oğlu Dünbili (1785-1787) — Təbriz hakimi. Xudadad xan Nəcəfqulu xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təlim-tərbiyəsi almışdı. Xudadad xan 1784-cü ildə atasından sonra xanlıq taxtına əyləşdi. Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çəkdi. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacirbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. İbrahim xan Araşlını 2 min nəfərlik qoşunla Təbrizə göndərdi. Təsuc yaxınlığında Əhməd xan Dünbili də ona qoşuldu.
Şahbaz xan Dünbili
Şahbaz xan Mürtəzaqulu xan oğlu Dünbili (1699-1767) — Xoy xanlığının ilk hakimi. Şahbaz xan Mürtəzaqulu xan oğlu Xoy şəhərində anadan olmuşdur. Nəvab Mahmud xanın tarixinə görə Şahbaz xan, H.1125 (M.1713) ildə Azərbaycandakı bütün Dünbili elinin əmiri idi. Fətəli xan Araşlı-Avşar ilə biriikdə Kərim xan Zəndə qarşı getdiyi savaşda əsir düşdü. Ancaq Kərim xan ona çox hörmət göstərdi. Şahbaz xan qızını onun oğlu Əbulfəth xana verərək dostluq ilişgisi qurdu. Şahbaz xanın Məhəmməd bəy adlı oğlu vardı. Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012; Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları, Bakı: Mütərcim, 2015, 288 səh.
Əmiraslan xan Dünbili
Əmiraslan xan Əhməd xan oğlu Dünbili (?-1838) — Xoy xanlığının sərkərdəsi, hakim, vali. Əmiraslan xan Dünbili əmirlərindən Əmir Əhməd xanın oğludur. Təbriz hakimi olan Əmiraslan xan, İran hökumətinin vəliəhdi Abbas mirzə Qovanlı-Qacarın yaxınlarından idi. H.l 240 (M. 1824)-cı ildə Xoy hakimi oldu. Məhəmməd şah Qacar zamanında Xəmsə və Zəncan valisi vəzifəsində xidmət edirdi. Daha sonra Qaradağ naibliyi vəzifəzinə təyin edildi. Fəzilətli bir şəxsiyyətə sahib olan Əmiraslan xan, hədis sahəsində yetkin bir alim idi. Ömrünün son zamanlarında sofulann yoluna girdi. İran şahı Osmanlı dövləti arasındaki savaşda Bayazidə hakim təyin edildi. Rus və Osmanlı hökmdarlannm yanında sayğın bir yer almışdı.
Əhməd xan Dünbili
Əhməd xan Mürtəzaqulu xan oğlu Dünbili (1745-1786) — Xoy xanlığının hakimi (1763-1786). Dünbili tayfası tamamiylə türkləşmiş Kürd əsilli tayfadır. Əhməd xan 1786-cı ildə qardaşı Şahbaz xanın övladları tərəfindən öldürüldü. Xanlığın başında duran Əhməd xan (1763 – 1786) Təbriz xanlığının ərazisini birləşdirərək İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını da özünə tabe edə bilmişdi. Rusiya dövləti xanlığın artan nüfuzundan Osmanlınında istifadə edə biləcəyindən ehtiyat edirdi. Buna görə də xoylu Əhməd xanı öz tərəfinə çəkmək üçün bu işlə II Yekaterina özü maraqlanırdı. O, 1784-cü il iyunun 21-də Knyaz Potyomkinə bu haqda xüsusi tapşırıq vermişdi. Lakin rəsmi sənədlərdən göründüyü kimi, Xoy xanlığı Rusiyaya deyil, Osmanlıya meyl edirdi. Hətta Osmanlı dövləti bunun müqabilində Əhməd xana böyük imtiyazlar vermişdi. Bundan əlavə 1784-cü ildə Xoy xanı Əhməd xan digər Azərbaycan xanları ilə birgə Axalsık paşasının yanına elçi göndərmişdi.
Xmeli suneli
Xmeli suneli (çmeli suneli, xmeli suneli və ya hmeli suneli kimidə yazılır Gürcücədən ხმელი სუნელი, sözün hərfi mənasında "qurudulmuş ədviyyatlar") — Gürcüstanın ənənəvi Ədviyyat qarışığı.