Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Süngərlər
Süngərlər (lat. Porifera) — heyvanlar aləminə aid heyvan tipi. 8000-ə yaxın növü təsnif edilib. Əksər növləri dənizdə yaşasalar da, bəzi nümayəndələri (məsələn, gölsüngəri) Antarktidadan başqa digər materiklərin daxili sularında rast gəlinir. Süngərlər çoxhüceyrəli heyvanların ən ibtidai nümayəndələridir. Bədən iki hüceyrə qatından: xarici-ektoderma və daxili entodermadan ibarətdir. Bu qatlar arasında isə ayrı-ayrı hüceyrələr səpələnmiş, quruluşsuz xüsusi maddələrdən ibarət olan qatmezoqley yerləşir. Süngərlər qadiəsi ilə əşyaya yapışır, ağız isə yuxarı yönəlir. Bədən divarı çoxlu nazik məsamələrə malikdir. Süngərlərin bədəni asanlıqla qırılır və ya ovulur.
Adi süngərlər
Adi süngərlər (lat. Demospongiae) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi. Bu sinifə aid 6000-dən çox növ təsvir edilmişdir. Növün əksər nümayəndələri dənizlədə yaşayır. Haplosclerida dəstəsinə aid növlər, əsasən, şirinsu hövzələrində yaşayır. Onlardan ən geniş tanınan növ göl süngəridir. Göl süngəri sualtı cisimlərin səthində uzunluğu 1 metrə çatan düzgün olmayan formalı və ya ağacabənzər örtülmə şəklində rast gəlinir. Bu süngərlər su hövzələrində filtrator rolunu oynayır. Hündürlüyü 7 sm-ə çatan süngər sutkada 20 litrdən çox su süzə bilir. Yaşıl, sarımtıl, ağımtıl rənglərə çalan göl süngərlərinin skeleti mikroskopik iynələrdən — spikullardan ibarətdir.
Altışüalı süngərlər
Altışüalı süngərlər (lat. Hexactinellida) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi. Tipik okeanlarda yaşayan orqanizmlərdir. Adətən okeanın 100 m-dən çox dərinliyində yaşayırlar. Bədənlərinin hündürlüyü 2 m-ə çatır. Bədəninin forması kisə, çəllək, yaxud qədəhşəkillidir. Skeleti altışüalı silisium iynələrdən ibarətdir. Şüalar 3 qarşılıqlı perpendikulyar olan müstəvilər üzərində yerləşir. İynələrin bəzilərində bir və ya bir neçə şüa reduksiyaya uğrayıb. 500-ə yaxın növü var.
Kirəcli süngərlər
Kirəcli süngərlər (lat. Calcarea) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi.
Süngərlər tipi
Adi süngərlər (Demospongia)
Lazerlə sinterləmə
Laserlə sinterləmə -LS üsulu kiçik ölçülü danəcikləri yerli qızdıraraq, əritməklə bir-birinə birləşdirmək yolu ilə verilmiş material qatını bərkitməyə əsaslanır. Bu üsulu yerinə yetirmək üçün materiala və qurğuya xüsusi tələbatlar qoyulur. LS üsulu toz metallurgiyasından məlumdur. Metallurgiyada sinterləmə üsulundan metal tozların uzun müddət böyük təzyiq altında yüksək temperaturda “bişirilərək “ xüsusi xassəli (məsaməli) material almaq üçün istifadə edilir. Prototiplərin LS üsulu ilə hazırlanması klassik sinterləmənin yuxarıda qeyd edilən təsir vasitələrindən (təzyiq və vaxt) imtina edir. Prosesdə əsasən danəciklər qısa müddətdə lazer şüası ilə termiki tə`sirə məruz qalır. Danəciklər sərbəst şəkildə işçi lövhənin üzərində toz qatı şəklində yayılır. Onlar yerli olaraq əridilərək bir-biri ilə birləşdirilir. Sinterləmə prosesi əridilmiş hissəciklərin qatılığı və onların səthi gərginliyi ilə xarakterizə olunur. Bu parametrlər tətbiq olunan materialdan və temperaturdan asılıdır.