Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sürrealizm
Sürrealizm (fr. surrerealisme – realizmin fövqü) – XX əsrin bədii mədəniyyətində avanqard cərəyan. Avropa avanqardının sonuncu cərəyanı olan sürrealizm (1924–1940) simvolizmin, ekspressionizmin və dadaizmin təsiri altında təşəkkül tapmışdır. O, geniş miqyasda beynəlxalq vüsət tapmışdı. Bu cərəyan Ziqmund Freydin konsepsiyası, irrasionalizm və aloqizmə istinad edir və subyektivizmin qatı formalarının tərənnümçüsüdür. Ötən əsrin 20-ci illərində Fransada təşəkkül tapmışdır. Yazıçılardan G. Appoliner ("sürrealizm" terminini ilk dəfə o, işlətmişdir), L. Araqon, P. Elüar, R. Desnos və başqaları bu cərəyanın baniləri hesab olunurlar. Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, fantastik yuxuları, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmə qəribəlik, irrosionallıq, standartlara cavab verməmək xarakterikdir. Bu dövrdə şair və rəssamlar müharibənin dəhşətlərindən təsirlənib şüurdankənar arzular dünyasına yönəlmişdilər.
Surrey
Surrey və ya Sarrey (ing. Surrey [ˈsʌri]) — Cənubi İngiltərədə qraflıq, Cənub-Şərqi İngiltərə regionunun bir hissəi, "Ev qraflığı" (Home Counties) adlandırılan qraflıqlardan biri. İnzibati mərkəzi Kinqston-apon-Tems olsa da, qraflığın tarixi şəhəri Gilford sayılır. Əhalisi — 1 098 300 (2007-ci ilin hesablamaları).
Surra
Surra (Sabirabad) — Sabirabad rayonunda kənd. Surra (Şabran) — Şabran rayonunda kənd. Aşağı Surra — Neftçala rayonunda kənd. Bala Surra — Neftçala rayonunda kənd.
Burrel həbsxanası
Burrel həbsxanası (alb. Burgu i Burrelit) ― Albaniyanın şimal-şərq şəhəri Burreldən kənarda, Mata Rayon Polis İdarəsində yerləşən 198 məhbus tutumlu maksimal təhlükəsizlik həbsxanası. 2011-ci ildə həbsxanada 182 məhkum vardı və 120 islah məmuru işləyirdi. Birmərtəbəli qurum 21.000 kvadratmetr ərazini əhatə edən üç sahəyə bölünür. Burrel həbsxanası 1992-ci ildə Albaniya İşçi Partiyasınının hakimiyyətdən getdikdən sonra bağlandı. Həbsxana 1997-ci ildə yenidən açıldı və Albaniyanın hazırda fəaliyyət göstərən 21 həbsxanasından biridir, ölkədə ömürlük həbs edilmiş məhkumların olduğu beş həbsxanadan biri və mütəşəkkil cinayətlərə görə mühakimə olunanların olduğu iki həbsxanadan biridir. Bəzi ictimai fəallar həbsxananın bağlanmasını və buranı 1944–1992-ci illər arasında işgəncə verilərək öldürülənlərin xatirə yerinə çevrilməsini tələb edirdilər. 2013-cü ilin may ayında Burrel həbsxanasının direktoru Dəmir Çupi istefaya göndərildi. Buna məhbus Zenelinin Kukes şəhərində yaşayan həyat yoldaşını ziyarət etmək üçün 5 günlük məzuniyyət alması, lakin həbsxanaya qayıtmaması səbəb oldu. Bu, 2013-cü ildə təkrarlanan üçüncü belə hadisə idi.
Unreal Engine
Unreal Engline (azərb. "Qeyri-real" mühərrik‎) — "Epic Games" tərəfindən hazırlanan videooyun mühərriki. Bu mühərrikdə yaradılan ilk oyun – "Unreal" 1998-ci ildə satışa çıxarılmışdır. O vaxtdan etibarən mühərrikin müxtəlif versiyaları yüzdən artıq oyun və digər layihələrdə istifadə edilmişdir. Azərbaycanın "Survival horror" janrında olan ilk videooyunu "Sonuncu Dalan" bu mühərrikdən istifadə edilərək hazırlanmışdır.
Surrey Universiteti
Surrey Universiteti — İngiltərənin Surrey qraflığının Guildford şəhərində ictimai tədqiqat universiteti. Universitet 1966-cı ildə Robbins Hesabatının tövsiyələrinə uyğun olaraq bir sıra digər qurumlarla birlikdə kral nizamnaməsi almışdı. Universitetin rektoru Kent hersoqu şahzadə Edvarddır. Universitetdəki hazırkı və fəxri akademiklərə Kral Cəmiyyətinin 10 təqaüdçüsü, Kral Mühəndislik Akademiyasının 21 üzvü, Britaniya Akademiyasının 1 üzvü və Sosial Elmlər Akademiyasının 6 üzvü daxildir. 1901-ci ildə İnstitutda Maşınqayırma və İnşaat, Elektrik Mühəndisliyi, Kimya və digər peşələr, Fizika və Təbiət Elmləri, Riyaziyyat, Dillər, Ticarət fənləri, Musiqi, İqtisadiyyat, İncəsənət və Elm fənləri daxil olmaqla xüsusi fənlər tədris olunmuşdur. Həmçinin universitetdə peşə imtahanlarına hazırlıq üçün dərslər təklif olunurdu. İnstitut Elm və Texnologiya fənlərinə diqqət yetirirdi və təxminən 1920-ci ildən London Universitetinin tələbələrinə burada dərs deyilirdi. 1956-cı ildə institut "Qabaqcıl Texnologiyalar Kolleci" adını alan ilk institutlardan biri oldu və Battersi Texnologiya Kolleci adlandırıldı. Surrey Universiteti 1966-cı ildə universitet statusu almışdır. 1970-ci ildə universitet Londondan Guildforda köçürüldü.
Aşağı Surra
Aşağı Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Surra kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kənd çox qədim tarixə malikdir. Burda tapılan maddi sübutlar kəndin tarixinin orta əsrlərə qədər gedib çıxdığını göstərir. Kənd əhali tərəfindən şərti olaraq dörd hissəyə ayrılır. Aşağı Surra bəylər, zadələr ismi ilə tanınır. "Surranın Quru Bəyləri" ifadəsidə məhz bura təkamül edir. Redaktor: Ağali Sadıqov == Coğrafiyası və iqlimi == Kənd Salyan-Neftçala avtomobil yolunun üzərində yerləşir. Kəndin kənarından keçən Kür çayı kəndə füsunkar gözəllik verir. Kür çayının kənd ərazisindən keçən hissəsində "ada" yerləşir.
Bala Surra
Bala Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim "kiçik Sura kəndi" deməkdir. Yaşayış məntəqəsini XIX əsrin 80-ci illərində Kurun sağ sahilindəki Ərəb Bəbirxanlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. == Coğrafiyası və iqlimi == Kənd Kurun sahilində, Şirvan düzündə yerləşir.
Surra (Sabirabad)
Surra — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bəzi tarixi mənbələrə görə kəndin əhalisi vaxtı ilə Salyan rayonunun Surra kəndindən köçüb buraya gəlmişlər. Surralılar da Kür vadisində yaşayan qədim sakinlərdəndir. Bəzi tədqiqatçıların fikrinə görə kəndin adı XIII əsirdə Qərbi Türkistandan Azərbaycana köçürülmüş Sorsor və ya Sursur tayfalarının adından götürülmüşdür. Lakin Azərbaycan ərazisində bir sıra Sorsor və ya Sursur kəndlərinin adları olması bu faktı təkzib edir. Kəndin tarixi qədim dövrə təsadüf edir. Kəndin ərazisində tarixi e.ə. VI-I əsrlərə aid olan Surra yaşayış yeri mövcud olmuşdur. Surra yaşayış yerinin qalıqları 3 ha sahədə tapılmışdır. XX əsrdə aparılan meliorasiya işləri zamanı qədim yaşayış yerləri əkin sahələrinə çevrilərkən buldozerlər ərazidəki tarixi tapıntıların böyük qismini məhv etmişdir.
Surra (Şabran)
Surra — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Hazırda kənd statusuna malik deyil. Şabran şəhərinin Surra küçəsi kimi qeyd edilir. Kənd Şabran rayon mərkəzi yaxınlığında yerləşir. Dəvəçiçay Surranın mərkəzindən keçir. Bu çay əhalinin içməli su və kənd təsərrüfatında işlədilən suya olan tələbatını ödəyir. Kəndin əhalisi 500 nəfərə yaxındır. Kənd əhalisi əsasən bağçılıq, bostançılıq və ticarətlə məşğul olur.
Surra bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Unreal Engine 3
Unreal Engline (azərb. "Qeyri-real" mühərrik‎) — "Epic Games" tərəfindən hazırlanan videooyun mühərriki. Bu mühərrikdə yaradılan ilk oyun – "Unreal" 1998-ci ildə satışa çıxarılmışdır. O vaxtdan etibarən mühərrikin müxtəlif versiyaları yüzdən artıq oyun və digər layihələrdə istifadə edilmişdir. Azərbaycanın "Survival horror" janrında olan ilk videooyunu "Sonuncu Dalan" bu mühərrikdən istifadə edilərək hazırlanmışdır.
Aşağı Surra bələdiyyəsi
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.