Surra — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Surra | |
---|---|
40°04′47″ şm. e. 48°31′31″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Bəzi tarixi mənbələrə görə kəndin əhalisi vaxtı ilə Salyan rayonunun Surra kəndindən köçüb buraya gəlmişlər. Surralılar da Kür vadisində yaşayan qədim sakinlərdəndir. Bəzi tədqiqatçıların fikrinə görə kəndin adı XIII əsirdə Qərbi Türkistandan Azərbaycana köçürülmüş Sorsor və ya Sursur tayfalarının adından götürülmüşdür. Lakin Azərbaycan ərazisində bir sıra Sorsor və ya Sursur kəndlərinin adları olması bu faktı təkzib edir.
Kəndin tarixi qədim dövrə təsadüf edir. Kəndin ərazisində tarixi e.ə. VI-I əsrlərə aid olan Surra yaşayış yeri mövcud olmuşdur.[1] Surra yaşayış yerinin qalıqları 3 ha sahədə tapılmışdır. XX əsrdə aparılan meliorasiya işləri zamanı qədim yaşayış yerləri əkin sahələrinə çevrilərkən buldozerlər ərazidəki tarixi tapıntıların böyük qismini məhv etmişdir.[2] Arxeoloji qazıntılar zamanı Surra kəndinin ərazisindən enolit dövrünə aid müxtəlif tapıntılar, eramızdan əvvəl VI əsrə aid küp qəbirlər, I-III əsrə aid küp qəbirlərdən tapılmış antropomorf və VII əsrə aid zoomorf gil əşyalar, həmçinin nekropollar aşkar edilmişdir.[3] Bu nekropollar “Bud Təpəsi” adlanan yerdədir.[4]
Kənd Kür çayının sol sahilində yerləşir.
Kəndin iqlimi: yayı - isti, küləksiz; qışı isə sakit və mülayim xarakterlidir. Hazırda kəndin ərazisi 1890 ha-dır.
Əhalisi bütünlüklə azərbaycanlılar və şiə müsəlmanlarıdır. Əhalinin sayı isə 1300 nəfərdən (300 ailədən) ibarətdir. Əhali sadə və mehriban adamlardır.
Əhalinin əksəriyyəti əkinçilik və maldarlıqla məşğuldur. Kənddəki təsərrüfatların sayı 300-dən artıqdır.
Kəndin şəhidi Şəfi Babayevin adını daşıyan tam orta məktəb fəaliyyət göstərir. Kənddə uşaq bağçası da var.
Kənddə Surra kənd məscidi dini icması fəaliyyət göstərir.[7]
Sabirabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |