Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sürtük
Sürtük — Azərbaycan dilində şəxslərə qarşı istifadə edilən alçaldıcı ifadə, slenq. Bu ifadə azərbaycancada əsasən qadınlara qarşı cinsi mənada istifadə olunur. Bununla yanaşı, "sırtıq", "həyasız" və "abırsız" kimi mənaları da ifadə edir. Kişilər üçün "kişi qəhbəsi" ifadəsindən də istifadə olunur. Qadınlara qarşı təhqir olaraq istifadə olunan ifadədən çox vaxt onların cəmiyyətdə alçaldılmaları, pis hiss etmələri və peşmançılıq hissi keçirmələri üçün istifadə olunur. İfadə türk dilində də eyni mənaya gəlir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gəzi parkı etirazları zamanı bu ifadədən şəxslərə qarşı istifadə etmişdir. Hüquqçu, təqaüdçü məhkəmə hakimi və Türkiyə Hakimlər Birliyinin İdarə Heyətinin keçmiş üzvü İbrahim Fikri Talman bunun açıq-aşkar təhqir olduğunu bildirmiş və qeyd etmişdir ki, o, hətta bu ifadəyə görə məhkəməyə belə verilə və buna görə qadınlar tərəfindən ona qarşı təzminat işi də açıla bilər. İngilis dilində qarşılığı "slut" olan bu ifadə həmin dildə də eyni mənalarda istifadə olunur.
Yıldız Konal Süslü
Yıldız Konal Süslü (1974, Şanlıurfa ili) — psixoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Yıldız Konal Süslü 1974-cü ildə Şanlıurfa ilində anadan olub. Səlcuq Universiteti Təhsil Bölməsindən məzun olub. İstanbul Ticarət Universitetində psixologiya üzrə magistr dərəcəsi alıb. Psixoloq olaraq çalışır. Kitabları çap edilib, məqalələri dərc olunub, seminarları baş tutub. İnsan Hüquqları və Məzlum İnsanların Həmrəyliyi Dərnəyinin (MAZLUMDER) üzvü, İnsan Hüquqları Dərnəyinin Hüquq Pozulmaları Komitəsinin sədri, Canda Özür Olmaz Dərnəyinin İdarə Heyətinin üzvü, 15 İyul Şəhidləri Dərnəyinin Məşvərət Şurasının üzvü vəzifələrində təmsil olunub. AK Partiyasının üzvüdür. AK Partiyası Bağcılar ilçə şöbəsinin üzvü, İstanbul il şöbəsi İdarə Heyətinin üzvü, İstanbul il şöbəsinin sədr müavini, həmçinin AK Partiyası İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. 2023-cü il mayın 14-də AK Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Susulu
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Çoxnövçülük)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, çoxnövçülük) — I Avropa Oyunlarında qarışıq cütlüylərin akrobatika gimnastikası idman növünün çoxnövçülük yarışları 19 iyun tarixində baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 8 dövlətin 16 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 89.310 xal toplayan Rusiya Federasiyasının gimnastları Marina Çernova və Georgi Pataraya oldu. Gümüş medalı Belçikalı Yana Vastavel və Solano Kassamajor, bürünc medalı isə Böyük Britaniyalı Anna Baun və Ryan Bartlett qazandı.
Suluk
Toponimlər
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.760 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.930 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.260 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri) — akrobatika gimnastikası üzrə Bakıda Milli Gimnastika arenasında keçirilən yarışların təsnifat mərhələsi. Təsnifat mərhələsi 17 iyun tarixində Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.300 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.690 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.650 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Seyri-süluk
Seyri-süluk — ərəb sözü olub mənası gəzmək deməkdir. Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.
Suluk (Suriya)
Süluk (ərəb. سلوك‎‎) — Suriyanın Ər-Rəqqə mühafəzəsinin Təll-Abyad rayonuna daxil olan qəsəbə. Süluk Suriyanın Türkiyə ilə olan sərhədinə çox yaxındır. Süluk 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. YPG bu zaman qəsəbə sakinlərinə qəddarlıq etmək, yaxınlıqlardakı kəndləri məhv etmək və yerli ərəblərə etnik təmizləmə tətbiq etmək ilə təqsirkar bilinmişdir. Buna baxmayaraq, YPG bu iddiaları yalanlamışdır. 27 fevral 2016-cı il tarixində İraq Şam İslam Dövlətinin döyüşçüləri Süluk qəsəbəsinə, Hamam ət-Türkman kəndinə və Təll-Abyad qəsəbəsinə hücum etmişdir. Buna hücumün nəticəsində YPG qüvvələri Süluk və Hamam ət-Türkmanı tərk etmişdir. YPG qüvvələri çox keçməmiş hücumçuları mühasirəyə almış və yaşayış məntəqələrini 3 mart 2016-cı il tarixində tamamilə ələ keçirmişdir. Hamam ət-Türkmanda yaşayan 15 sakin "İŞİD ilə əməkdaşlıq etməkdən imtina etmək və daha əvvəl YPG-yə yardım etmək" ilə təqsirkar bilinərək İŞİD döyüçüləri tərəfindən edam edilmişdir.
Suluk xan
Suluk xan (çin. 蘇祿; VII əsr – 738, Suyab) — Türgiş sərkərdəsi və hökmdarı. Ərəb mənbələrində adı Suzegen kimi də keçir. Suluk xan hərbi fəaliyyətinə sərkərdə kimi başlamışdı. Çjen xaqanın sərkərdəsi olmuş, lakin onun 711-ci ildə göytürklərin və Qapağan xaqanın hücumuna məruz qalması və məğlub olması nəticəsində Türgiş tayfalarının başçısına çevrilmişdir. Çox keçmədən elə 715-ci ildə Suluk xan Türgiş tayfalarının xaqanı elan olundu. Hakimiyyəti Göytürklər və Çinlilər tərəfindən təhdid olunurdu. Buna görə də Suluk xaqan çox gecikmədən Bilgə xaqanın qızı ilə evləndi, bacısı isə Bilgə xaqanın oğlu ilə evləndirilmişdi. Bundan əlavə Tibetlə də ittifaq qurulmuşdu, Suluk xaqan 734-cü ildə Tibet imperatoru Tride Tsüqsanın qızı şahzadə Drönmalon ilə evlənmişdi. Çinlilərlə mübarizə aparmaq üçün isə 727-ci ildə Çin vassalı Kuçanı mühasirəyə almışdı.