KÜTLÜK

is.
1. Küt şeyin hal və keyfiyyəti. Bıçağın kütlüyü. Qayçı kütlükdən kəsmir.
2. məc. Həssaslığın, qavrama və idrak qabiliyyətinin olmadığı hal. Beyninin kütlüyündən dərs başına girmir.
// məc. Bacarıqsızlıq, qabiliyyətsizlik, dərrakəsizlik, qanmazlıq.
[Vəznəli kişi] ona görə məyus idi ki, qubernator qatilin dünənə qədər kənddə gəzdiyini, bizim kütlüyümüzdən istifadə ilə aradan çıxdığını eşitsə, əlbəttə … deməyəcək( di). Mir Cəlal.
…Potaboy adamın fəaliyyətsizliyi, kütlüyü Səmədi dəhşətə gətirirdi. İ.Hüseynov.

Синонимы

  • KÜTLÜK korazehinlik — fərsizlik
KÜTLƏVİLİK
KÜTTƏLƏMƏ

Значение слова в других словарях