Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İşıq sütunları ( Günəş sütunları )
== İşıq sütunları == İşıq sütunları – buz kristallarından şüaların əks olunması nəticəsində yaranan nadir atmosfer hadisəsidir. == İşıq sütunları formalaşması == Güclü işıq mənbələri xüsusilədə soyuq havalarda səmaya doğru sütun şəklində yansımalar yaradır. İşıq sütunları olaraq adlandırılan bu strukturların mənbəyi Günəş kimi bir səma cismi də ola bilər. Səma cisimləri işıq sütunları yaratmaq üçün üfüq xətti səviyyəsinə yaxın mövqedə olmalıdır. Bu səbəblə “Günəş sütunları” gün doğumunda və gün batımında müşahidə edilə bilər. == İşıq sütunlarının əmələ gəlmə şəraiti == İşıq sütunlarının əmələ gəlməsi üçün havada yastı lövhəciklər şəklində buz kristalları mövcud olmalıdır. Yer səthinə yaxın güclü bir işıq mənbəyindən çıxan şüalar, atmosferə yayılarkən buz kristallarının alt hissələrilə toqquşur və aşağı doğru geri əks olunur. Milyonlarca buz kristalından əks olunan şüalar səmada şaquli olaraq yayılan işıq sütunları şəklində bir görüntü yaradır. Günəş kimi uzaq bir mənbədən gələn şüaların işıq sütunu yaratması üçün, yastı buz kristalları havada meyilli şəkildə istqamətlənməlidir. Ancaq süni işıq mənbəsindən çıxan şüalar Yer səthindən kosmosa hər istiqamətdə yayıldığından işıq sütunu yaradacaq şəkildə Yer səthinə geri əks olunması üçün buz kristalları yere paralel olmalıdır.
Yaradılış sütunları
Yaradılış sütunları — Yer kürəsindən 6500-7000 işıq ili uzaqlığında olan NGC 6611-dəki ulduzlararası qaz və tozun fil xortumlarının Habbl teleskopu tərəfindən çəkilmiş fotosu. Qaz və toz yeni ulduzların yaranması prosesində iştirak etdiyinə və yaxınlıqda yeni formalaşan ulduzlardan gələn işıq ilə aşındığına görə buraya belə bir ad verilib. 1 aprel 1995-ci ildə çəkilən foto Space.com tərəfindən Habblın çəkdiyi ən yaxşı 10 fotodan biri adlandırılıb. Fotodan məsul astronomlar Arizona Ştat Universitetindən Ceff Hester və Paul Skavndır. 2011-ci ildə region Avropa Kosmik Agentliyinin Herşel Kosmik Teleskopu tərəfindən yenidən ziyarət edilib. == Tərkibi == Sütunlar sərin molekulyar hidrogen və tozdan təşkil edilmişdir, hansı ki, nisbətən yaxın və isti ulduzların ultrabənövşəyi şüalarının səbəb olduğu fotobuxarlanma nəticəsində aşınmışdır. Ən soldakı sütunun uzunluğu təxminən 4 işıq ilidir. Buludların yuxarısındakı barmağa bənzər çıxıntılar bizim Günəş sistemindən böyükdür və görünmələrinin səbəbi buxarlaşan qaz kürəciklərinin kölgəsidir, hansı ki qazı gərgin ultrabənövşəyi axından qoruyur. Buxarlaşan qaz kürəcikləri yeni ulduzların inkubatorudur. Onlardan çıxan ulduzlar daha sonra buxarlaşır.