Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burulmuş şam
Burulmuş şam — Şimali Amerika nın qərb hissəsində, Sakit okean sahillərində, Alyaska dan Meksika ya qədər qayalıq dağlarda, dəniz səviyyəsindən 3500 m hündürlüyə qədər böyük sahələri əhatə edir. Hündürlüyü 50 m-dək olan kol və ya ağacdır. Gövdəsi düz və ya əyilmiş, qalınlığı 90 sm-ə qədərdir. Çətiri genetik mənşəyindən asılı olaraq, müxtəlifdir; aşağı budaqları çox vaxt tükcüklüdür, yuxarı budaqları isə şaxələnmiş və ya yuxarı qalxandır. Qabığı boz, qırmızı və ya qonur rəngli, şırımlıdır. Budaqları nazik, çox köbəli, narıncı və ya qırmızı-qonur, yaşlandıqda qonur rəngli olurlar. İynəyarpaqları iki dəstəyə yığılmış, şaxələnmiş və ya yuxarı istiqamətlənmiş, cod, tünd-yaşıl, uzunluğu 2–8 sm, qalınlığı 0,7–2 (3) mm, əyilmiş, yanlarında ağ məsaməli xətlər yaxşı görünür, kənarları xırda dişlidir; ucları küt və ya bizşəkillidir; qabığı 0,3–0,6 (-1) sm, həmişəlik bünövrəsi vardır. Yarpaqları ağacda 3–8 il qalır. Tumurcaqları ensiz və ya enli yumurtavarı, tünd-qırmızı qonur, uzunluğu 1,2 sm-ə qədər, bir az qatrandır. Erkək qozları elipsvari və ya silindrikdir, uzunluğu 5–15 sm olub, narıncı-qırmızı rənglidir.
Pozulmuş torpaqlar
Pozulmuş torpaqlar — insanın təsərrüfat fəaliyyəti nəticəsində texnogen relyef formasının yaranması ilə torpaq səthinin, bitki örtüyünün və hidroloji rejimin pozulması ilə ətraf mühitə təsir edən, eləcə də öz təsərrüfat keyfiyyətini və qiymətini itirən torpaq sahələridir. Münbitliyi pozulmuş və çirklənmiş torpaqların qüvvədə olan təlimatlarının tələbinə müvafiq olaraq yayılma areallarını və keyfiyyətini təyin etməklə xəritələşdirilmək və qeydiyyatının aparılması prosesidir.