POZULMUŞ

f.sif.
1. Üstündən xətt çəkilmiş; qaralanmış, silinmiş. Pozulmuş cümlə.
– Yazısı pozulmuş kağız hisdən sapsarı saralmışdı. B.Bayramov.

2. məc. Adi qaydadan çıxmış, nizamsız hala salınmış; nizamsız, pərakəndə.
Pozulmuş quş dəstəsi yenidən cərgələnib uzaqlaşdı. H.Seyidbəyli.

3. məc. Bikef olmuş, əhvalı qarışmış; məyus, pərt.
Məsumə məktubu oxuyandan sonra əhvalı pozulmuş bir halda divanda uzanıb fikrə getdi. S.Şamilov.

4. bax pozğun 1-ci mənada.
Yazıq! Zəhərlədi o gözəl qızı; Həyatın pozulmuş bir əxlaqsızı. S.Vurğun.

POZULMAZ
POZULUŞMA
OBASTAN VİKİ
Pozulmuş torpaqlar
Pozulmuş torpaqlar - insanın təsərrüfat fəaliyyəti nəticəsində texnogen relyef formasının yaranması ilə torpaq səthinin, bitki örtüyünün və hidroloji rejimin pozulması ilə ətraf mühitə təsir edən, eləcə də öz təsərrüfat keyfiyyətini və qiymətini itirən torpaq sahələridir. == Pozulmuş torpaqların inventarlaşdırılması == Münbitliyi pozulmuş və çirklənmiş torpaqların qüvvədə olan təlimatlarının tələbinə müvafiq olaraq yayılma areallarını və keyfiyyətini təyin etməklə xəritələşdirilmək və qeydiyyatının aparılması prosesidir.

Значение слова в других словарях