Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şinadağ
Şinadağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Şnatağ, Şenatağ formalarında da qeyd edilir. Toponim qədim türk dilində «tikinti, tikili, qəsəbə, kənd, oba, yurd» mənasında işlənən şen sözünün qədim forması olan şin sözü ilə Azərbaycan dilində «yerin hündür, dik, yamaclı və zirvəli hissəsi» mənasında işlənən dağ sözünün qədim fonetik forması olan tağ sözü əsasında əmələ gəlmişdir. «Kənd, oba, yurd, tikili, yaşayış məntəqəsi» mənasında işlənən şen sözü öz izini Azərbaycan dilində «abad yaşayış yeri, ümumiyyətlə məskun yer, məntəqə», «qəsəbə» mənasında işlənən şenlik sözündə və «adam az olan, əhalisi az olan» mənasında işlənən şenliksiz sözündə saxlamışdır. Bu söz həm də şin, şın formasında toponimlərin tərkibində (Çavanşin, Buvırşın, Sarığşın, Şin, Şinçay) işlənməkdədir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.
Frenk Sinatra
Frenk Sinatra (ing. Francis Albert "Frank" Sinatra; 12 dekabr 1915[…], Hoboken, Nyu-Cersi – 14 may 1998[…], Los-Anceles, Kaliforniya) — ABŞ müğənnisi və aktyoru. Romantik ifa stili ilə məşhurdur. Onun ifasındakı mahnılar estradanın və caz musiqisinin svinq janrının klassikaları arasına daxil olmuş, amerikalıların bir neçə nəsli bu mahnılar üzərində tərbiyə olunmuşdur. == Fəaliyyəti == Svinq musiqisinin populyar olduğu dövrdə karyerasına başlayan Sinatra 1940-cı illərin əvvəllərində məşhurluq qazanmağa başladı və gənclərin sevimlisinə çevrildi. 50-ci illərin əvvəllərində karyerasında eniş dövrü yaşansa da, 1954-cü ildə "Bundan sonra əbədiyyətədək" (From Here to Eternity) filmindəki Ancelo Madjio roluna görə layiq görüldüyü "ən yaxşı arxa plan kişi roluna görə" Oskar mükafatı onun şöhrətini yenidən artırdı. 1965-ci ildə Frenk Sinatra 50 yaşını qeyd etdi, Emi mükafatına layiq görülmüş "Frenk Sinatra: İnsan və onun musiqisi" (Frank Sinatra: A Man and His Music) televiziya filmində çəkildi və özünün ən məşhur mahnılarından olan "Strangers in the Night" və "My Way" mahnılarını ifa etdi. 50 illik aktiv yaradıcılıq fəaliyyəti dövründə Sinatra 100-ə yaxın populyar sinql-disk yazdırmış, ABŞ-nin ən məşhur bəstəkarlarının – Corc Gerşvin, Kol Porter və İrvinq Berlinin əsərlərini ifa etmişdir. 1971-ci ildə karyerasını başa çatdırdığını elan etsə də, nadir hallarda konsertlər verməkdə davam edirdi. 1973-cü ildə bir neçə albom yazdırdı, 1979-cu ildə isə başqa bir məşhur mahnısını "New York, New York"u ifa etdi.
Güzik (Şinatal)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 206 nəfər yaşayır (32 ailə).
Nensi Sinatra
Nensi Sinatra (ing. Nancy Sandra Sinatra, d. 8 iyun, 1940, Nyu Cersi) - ABŞ-lı müğənni və aktrisa. Sinatra, 1940-cı ilə Nyu Cersidə doğuldu. Məşhur müğənni və aktyor Frenk Sinatranın ilk həyat yoldaşı Nensi Barbatodan olan qızıdır. Dördüncü yaş günündə Phil Silvers və Jimmy Van Heusen özünə "Nancy (With the Laughing Face)" mahnısını yazmışdır, atası da bu mahnını səsləndirmişdir. Nensi Sinatra, 1966-cı ilin sevilən mahnısı "These Boots Are Made for Walk" və Şerin ilk dəfə səsləndirdiyi "Bang Bang (My Baby Shot Me Down)" mahnısını yenidən səsləndirərək tanınmışdır. Daha sonra bu yenidən səsləndirmə Kventin Tarantinonun "Billi öldürmək" filminin açılış musiqisi olaraq istifadə edildi. Onun digər məşhur səsləndirmələri arasında "Sugar Town", "How Does That Grab You, Darlin' ?" və Ceyms Bond filmi You Only Live Twice'ın tema musiqisi də vardır. Sinatra karyerasına bir müğənni və aktrisa olaraq 1960-cı illərdə başladı.