f. 1. Yaş eləmək, islaq hala gətirmək.
İndi [Xədicənin] gözlərindən sakitcə axan yaşlar yanaqlarını isladıb axır… axır… bir dürlü bitmək bilməyirdi. S.Hüseyn.
Çatıldı qaşların, darıldın mənə; İslatdı jalələr nazik bədəni. Ə.Cavad.
Gözlərindən tökülən isti yaşlar isə onun açıq sinəsini islatdı. H.Nəzərli.
2. Su çiləyib, su vurub yaşlatmaq, nəmlətmək.
Kərbəlayı Qulu usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə suallar elədi. Çəmənzəminli.
3. İslanmaq üçün suya (və s. məhlula) qoymaq, suda saxlamaq. Düyü islatmaq. Paltar islatmaq.
– Böyük tabaqlara buğda töküb isladardılar. H.Sarabski.
Qərənfil ilə Yasəmən çiyid islatmaq üçün kənddə qalmışdı. Ə.Vəliyev.
4. məc. dan. Döymək, kötəkləmək, əzişdirmək.
Sair şeyxlər duyuq düşüb haman maralı lazımınca islatdılar. Ə.Haqverdiyev.
Bir neçə dəfə biçarəni bu sayaq isladıb döydülər və döydükcə deyirdilər: – Əl çəkəcəksən bizim yaxamızdan? E.Sultanov.
◊ Boğazını islatmaq – bax
boğaz1.