Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ADA sindiromu
ADA – Adenosine Deaminase Deficiency. Bu sindrom maddələr mübadiləsinin autosom-resisiv pozğunluğudur. Bu pozğunluq immun çatışmazlığına gətirib çıxarır. ADA sindromuna bütün dünyada hər 100000 nəfərdən birində rast gəlinir. Onların da 15%-i ağır kombinə olunmuş immun çatışmazlığıdır (SCİD). ADA çatışmazlığı adenozindezominaz fermentinin olmamasından meydana gəlir. Bu sindrom dezoksiadenozinin artmasına gətirib çıxarır. Bu da öz növbəsində aşağıdakılara gətirib şıxarır: bütün hüceyrələrə d-ATF toplanır, bu da ribonukleotidreduktaza və DNT sintezinə mane olur, belə ki hüceyrələr bölünə bilmirlər. İnkişaf edən T-hüceyrələr və B-hüceyrələr ən aktiv mitotik hüceyrələrdirlər və bu şəraitə çox həssasdırlar. Adenozindezaminaza fermentli S-adenozilqomosisteinin inkişafı purin müdafiədə əsas rol oynayır; hər iki maddə inkişaf etməmiş limfosidlər üçün onların yetişməsinə mane olan toksikdirlər.
Holland sindiromu
Holland sindromu — iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım (məsələ, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalma (məsələn, istehsalat və ya kənd təsərrüfatı) arasındakı əlaqəni göstərmək üçün istifadə edilən termin. Fərz edilən mexanizm budur ki, inkişaf edən sektorda büdcə gəlirləri artdıqda həmin ölkənin milli məzənnəsi digər ölkələrin məzənnəsinə nisbətən daha çox gücə sahib olur. Bu, həmin ölkənin ixrac məhsullarının digər ölkələr tərəfindən daha baha qiymətə alınması, lakin digər sektorları daha az rəqabətli edərək bu sektordakı əmtəələri daha ucuz qiymətə idxal etməsi ilə nəticələnir. Termin 1977-ci ildə "The Economist" (azərb. İqtisadçı‎) jurnalı tərəfindən 1959-cu ildə Niderlandın Qroninqen əyalətində böyük təbii qaz yataqlarının kəşfindən sonra Niderlandda baş verən istehsalat sektorunun zəifləməsi halını təsvir etmək üçün istifadə edilmişdir. == Model == Holland sindromunu təsvir edən klassik iqtisadi model 1982-ci ildə iqtisadçılar Maks Kordn və Piter Nieri tərəfindən irəli sürülmüşdür. Modeldə bir ticarətdə istifadə edilə bilməyən sektor ilə (xidmət sahəsi) iki ticarətdə istifadə edilən sektor vardır: inkişaf edən və geridə qalan (inkişaf etməyən) sektorlar. İnkişaf edən sektora adətən neft, təbii qaz, qızıl, mis, brilyant, boksit kimi təbii sərvətlərin çıxarılması və ya kofe yaxud kakao kimi məhsulların istehsalı daxildir. İnkişaf etməyən (gerdiə qalan) sektora isə adətən kən təsərrüfatı və ya istehsalat sektoru aid edilir. "Resurs bumu" iqtisadiyyata iki yolla təsir göstərə bilir: "Resurs cərəyanı effekti"ndə resurs bumu əmək sektoru üçün olan tələbatı artırır və bu, istehsalatın inkişaf edən sektor tərəfə meyil etməsinə, geridə qalan (inkişaf etməyən) sektordan isə daha da uzaqlaşmasına səbəb olur.