Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səğayiş (Azərşəhr)
Səğayiş (fars. صغايش‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 660 nəfər yaşayır (159 ailə).
Səmayi-Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
Səmayi–Şəms

Trillium recurvatum f. shayi
Trillium recurvatum (lat. Trillium recurvatum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü. Phyllantherum recurvatum (L.C.Beck) Nieuwl.
Şuğayıb
Şuğayıb — İrəvan quberniyasının İrəvan qəzasında, kənd. Sonralar Qarabağlar rayonununda kənd. Kənd 1930-cu illərdə ləğv edilmişdir.
Şəmayı
Şəmayılar (lat. Chalcalhurnus) — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də proses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı.
Baxti Belayib
Baxti Belayib (Avqust 22, 1953 – Yanvar 26, 2017) — Əlcəzairli siyasətçi. Belayib Əlcəzairin Teniet Əl-Həd şəhərində anadan olmuşdur. Milianada yerləşən Lise Ferruxidə təhsil almışdır. O, 1982-ci ildə Əlcəzair Ticarət Nazirliyi vəzifəsində çalışmış və iki dəfə bu vəzifəyə təyin olunmuşdur. Baxti Belayib Fransanın Paris şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir.
Adi şəmayı
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Hossein şəhabi
Hüseyn Şəhabi (fars. حسین شهابی‎; 28 noyabr 1967, Təbriz – 22 yanvar 2023, Kərəc) — İranlı film rejissoru, ssenarist və prodüseri. == Həyatı == Hüseyn Şəhabi 20 sentyabr 1967-ci ildə İranın Təbriz şəhərində, azərbaycanlı ailəsində anadan olub. Tehran Universitetində klassik musiqi təhsilini bitirdikdən sonra bir müddət nəstəliq xəttdən və musiqidən dərs deyib. == Fəaliyyəti == 1996-cı ildə Tehran Universitetində klassik musiqi təhsil bitirdikdən sonra, onun ilk işi "Yüz dəfə yüz" (fars. صدبرابر صد‎) qısametrajlı filmi olur. Bu film ona kinomatoqrafiyanın 100 illiyi münasibətilə təşkil olunmuş festivalda "ən yaxşı film" və "ən yaxşı rejissorluq" nominasiyalarında mükafatlar qazandırır. Bundan sonra o 20 qısametrajlı 10 daxili bazara hesablanmış filmləri və teatr üçün nəzərdə tutulmuş 5 ssenarini yazıb onlara rejissorluq etməklə bir çox xarici və daxili film festivallarında müxtəlif nominasiyalarda mükafatlar qazanmışdır. 2013-cü ildə çəkilmiş "Parlaq gün" (fars. روز روشن‎ filmi tənqidçilər tərəfindən əla qiymətləndirilmiş və Tehranda keçirilinən Beynəlxalq Fəcr Film festivalında 4 nominasiyada qalib olmuş və iki fəxri diplom qazanmışdır.
Hüseyn Şəhabi

Şəhab Hüseyni
Şəhab Hüseyni — İran aktyoru. Yekun imtahan (1395) Lobbi (1395) Qardaşım Khosrow (1394) Çərşənbə (1394) Sun Midnight (1394) Paralel gölgeler (1394) Satıcı (film, 2016) Sevgi Çağı (1393) Qorxun Şirin ləzzəti (1393) Beş Ulduz (1392) ortada qalmaq (1392) Lovely Rubbish (1391) Rəsm rəsm (1391) Hey!