Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kələbağ
Kələbağ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kələbağ oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Kamalçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsinin ərazisi əvvəllər Rustov kəndinə məxsus meyvə (alma) bağları olmuşdur. Müharibədən sonrakı illərdə Rustovun müxtəlif məhəllələrindən çıxmış ailələr burada məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmiş bağlar bu adı almışdır. Oykonim kələ (tat. "böyük") və bağ sözlərindən düzəlib, "böyük bağ, iri bağ" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 727 nəfər əhali yaşayır.
Turizm tələbatı
Məşhur amerika alimi marketoloqu Maslou hesab edir ki, müxtəlif vaxtlarda insanları müxtəlif tələbatlar hərəkətə gətirir. Bu tələbatlar iyerarxiya əhəmiyyətinə görə ən böyüyündən-ən kiçiyinə qədər sıralanır. Fizioloji tələbatlar və özünəqoruma tələbatı Sosial tələbatlar (görüşlər, dostluq) Özünə hörmət tələbatı Özünətəsdiq tələbatı == Turizm tələbatı == Bunlar eyn zamanda turizm tələbatına da aiddir və 5 qrupa bölünürlər6 Təbiət amilləri (istirahətin coğrafi məkanı, iqlim, flora və s.) İstirahət yerinin sosial-iqtisadi inkişaf səviyyəsi (ölkənin dili, iqtisadiyyat və mədəniyyət səviyyəsi) Turizm sənayesinin maddi bazası (nəqliyyat, mehmanxanalar, qidalanma müəssisələri) İstirahət yerinin infrastrukturu (kommunikasiya sistemi, yollar, işıqlandırma və s) Turizm təklifi (qonaqpərvərlik resursları, idman, əyləncə və s.) == Turizm xidmətinin marketinqi == Müştərilərin tələbatının aşkar edilməsi və ona uyğun müəyyən xidmətin göstərilməsi yolu ilə turizm məhsulunun satışının təmin olunması üzrə fəaliyyətdir.
Bitkilərin işıq rejimi şəraitinə görə tələbatı
Bitkilərin işıq rejimi - müxtəlif bitki növlərində müxtəlif formada özünü göstərir. == Ümumi məlumat == Müxtəlif bitkilərin işıq rejimi müxtəlif formada özünü göstərməkdədir. Belə ki, mezofit bitkilərin yarpaqları kserofitlərə nisbətən az şüaəksetdirmə qabiliyyətinə malikdir və nazik mezofit yarpaqlar görünən günəş şüalarının 20-40%-ni özündən keçirir. Kserofitlərin qalın yarpaqları praktiki olaraq işıq keçirmir. == Bitkilərin işıq rejimini şəraitinə görə == Bitkilər işıq rejimi şəraitinə tələbatına görə aşağıdakı ekoloji qruplara bölünür: 1. Heliofitlər və ya işıqsevən bitkilər-buraya açıq sahələrin, daim işıqlanan yerlərin (savanna, səhra) bitkiləri daxildir. İşıqsevən bitkilərin normal böyüməsi üçün intensiv günəş radiasiyası, yaxud süni radiasiya tələb olunur. İşıqsevən bitkilərə bağayarpağı, suzanbağı, kəklikotu, günəbaxan, pambıq, qarğıdalı, kalış, şam ağacı, safora, akasiya, palıd, saqqız ağacı, dağdağan, badam, məryəmnoxudu və s. daxildir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50-300 xırda xloroplast olur.
Şəhərbağı
Şəhərbağı — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kərgəlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd inzibati-ərazi vahidi tərkibindəki Şəhərbağı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Cəlal Tələbani
Cəlal Talabani (12 noyabr 1933[…] – 3 oktyabr 2017[…], Berlin) — İraq prezidenti (2005–2014). == Həyatı == Cəlal Talabani 12 noyabr 1933-cü ildə İraqda anadan olmuşdur. Təhsil həyatına Koyada başlayan Talabani daha sonra liseyi Erbil və Kərkükdə oxudu. 1946-cı ildə hələ 13 yaşındaykən kürd şagirdlərin meydana gətirdiyi gizli bir dərnəyə üzv idi. Ardından Kürdüstan Demokratik Partiyasının şagird birliyinə qoşuldu və 18 yaşına çatdıqda partiyanın mərkəz komitəsinə təyin edildi. Siyasi olaraq aktiv bir mövqedə olduğundan hüquq təhsilinə davam edə bilmədi.
Əbu İshaq Sələbi
Əbu İshaq Əhməd ibn Məhəmməd Sələbi (ərəb. أحمد الثعلبي‎‎; Nişapur – noyabr 1035, Nişapur) — islam ilahiyyatçısı, Quran tərcüməçisi, tarixşünası. == Həyatı == Tam adı Əbu İshaq Əhməd ibn Məhəmməd ibn İbrahim Nisaburi Sələbidir. Onun həyatı haqqında az şey məlumdur. Sələbi hicri təqvim ilə 427-ci ilin Məhərrəm ayında (1035-ci ilin noyabrı) vəfat etmişdir. Sələbi iki əsəri ilə tanınır. Birinci əsər çoxcildlik "əl-Kəşf və'l-bəyan'ən təfsir əl-Qur'an" təfsiridir. İslam ilahiyyatçıları onun təfsirinin nüfuzuna şübhə ilə yanaşırlar, çünki burada Mükatil ibn Süleyman, Məhəmməd Kəlbi və digər etibarsız rəvayətçilərdən nəqllər var. Bu, yəqin ki, onun təfsirinin uzun müddət nəşr olunmamasını izah edir. Bəqəvinin (1122-ci ildə vəfat etmişdir) "Müəllim ət-tənzil" əsəri Sələbinin əsərinin qısaldılmış variantı hesab olunur.