Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səngan
Səngan (Rəzəvi Xorasan)
Səngan (Qəzvin)
Səngan (Aşağı Tarım) yaxudda Aşağı Səngan (fars. سنگان‌سفلی‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. Kənd Qəzvindən 105 kilometr aralı yerləşir. 2016-cı ilin məlumatına görə kənddə 236 nəfər yaşayır (83 ailə). Əhalisi bütünlükdə yerli Azərbaycan türklərindən ibarətdir. Əhalisi əsasən bağçılıqla məşğul olaraq gəlirləri bu yoldandır və bu kənd bölgədə nar meyvəsinin mərkəzi sayılır.Səngan kəndində müxtəlif nar növləri o cümlədən Şahabar,Qaragöz,Ağ nar və Meyxoş narları yetişdirilir. İllik olaraq bu kənddə Oktyabr ayında nar dərimi münasibətilə nar festivalı keçirilir.Üzüm, zeytun, alça, əncir, ərik, tut, böyürtkən, moruq, qoz və qara tut kəndin başqa önəmli bağçılıq məhsulları sayılır. Səngan kəndində İmamzadə Əlaəddin türbəsi yerlişir ki onda 2010-cu ildə quruculuq işləri aparılaraq qismən bərpa edilib.
Səngan (Üşnəviyyə)
Səngan (fars. سنگان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 925 nəfər yaşayır (151 ailə).
Səngan döyüşü
Nəbərdi-Səngan — 1727-ci ilin payızında II Təhmasibə sadiq olan və Nadirin komandanlıq etdiyi Səfəvi qüvvələri ilə üsyançı Abdali əfqanları arasında cənubi Xorasanda baş vermiş döyüşdür. Bu döyüş yenidən canlanma ərəfəsində olan Səfəvi qüvvələri ilə əfqanlar arasında baş tutmuş ilk döyüşlərdən biridir. Döyüş texniki olaraq Səfəvi qüvvələrinin qələbəsi ilə sonlanmışdır. == Arxa plan == İsfahan şəhəri I Şah Abbasın dövründən etibarən Səfəvi dövlətinin paytaxtı idi. 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi üsyançı əfqanlar Gülnabad döyüşündə Səfəviləri məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə aldılar. 8 aylıq mühasirədən sonra Səfəvi hökmdarı Şah Sultan Hüseyn meydana çıxan aclığa görə Mir Mahmud Hotakiyə təslim oldu. Hələ İsfahan mühasirədə olarkən şahzadələrdən biri şəhərdən qaçmağı bacarmış və kənardan əfqanlarla döyüşə bilmək üçün ordu toplanmasına başlamışdır. Gərgin vəziyyətdə toplanan orduya qatılanlardan biri də Xorasanda məskunlaşdırılmış Əfşarlardan biri olan Nadir və ya o zamankı adı ilə Təhmasibqulu xan idi. Yenidən canlanan Səfəvi ordusunun birləşdirməyə başladığı ilk coğrafiya isə Xorasan seçildi. Nadir əldə etdiyi uğurları davamlı etmək, Səngan, Xaf və Behdadini təmin edə bilmək üçün daha cənuba yönəlmək fikrində idi.
Səngan (Rəzəvi Xorasan)
Səngan — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Səngan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,718 nəfər 1,952 ailədən ibarət idi.
Senqay Qibon
Senqay Qibon (仙厓義梵, 1750[…], Mino[d], Gifu prefekturası – 1837[…], Fukuoka) – Yaponiya rəssamı və xəttatı. Onun əsərləri üçün yumor və satira səciyyəvidir. Senqay Qibon 1750-ci ildə Yaponiyanın Mino əyalətində doğulmuşdur. O, 11 yaşında Rinzay sektasının keşişi olmuş və özünə buddist ad olaraq Qibon adını seçmişdir. 50 il keşişlik etdikdən sonra 1811-ci ildə Hakatada yerləşən Şofuku məbədinin 123-cü abbatı vəzifəsini tərk etmişdir. Senqay həyatının son 26 ilində müəllimlik, rəssamlıq və xəttatlıqla məşğul olmuşdur. Onun mürəkkəblə çəkdiyi işlər ciddi sənət kimi olunmaya bilər. Bir çox şəxs onu ziyarət edərək ondan fırça işi istəyirdilər və Senqay onların xahişini yerinə yetirirdi. Onun əsərləri Daruma və Kannon kimi buddist fiqurlara həsr olunmaqla yanaşı, mənzərə, çiçək, bitki və heyvan kimi mövzuları əhatə etmişdir. Onun əsərlərində söz oyunları və zarafatlar yer alırdı.
Sonqlam Nqean FK
Sonqlam Nqean FK (vyet. Câu lạc bộ Bóng đá Sông Lam Nghệ An) — Qısaca olaraq SLNA kimi də tanınan, Nqean regionunun Vin şəhərini təmsil edən peşəkar Vyetnam futbol klubu. Klub hal-hazırda Vyetnam futbol liqa sisteminin əsas diviziyası hesab edilən V.Liqa 1-də mübarizə aparır. 10 nailiyyəti olan klub Txekonq klubundan sonra ölkədə ən çox nailiyyəti olan klubdur. Beynəlxalq arenada ən yaxşı çıxışı 2001-ci ildə AFK Çempionlar Liqasında olmuşdur. 2009-2010 və 2010-2011 mövsümlərində baş məşqçi Nquyen Hu Tanın rəhbərliyi altında klub 3 kubok əldə etmişdir: V.Liqa 1 çempionatı, Vyetnam Kuboku və Vyetnam Superkuboku. Klubun hal-hazırda prezidenti Nquyen Hon Tandır.