Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şordəhnə
Şordəhnə (əvvəlki adı: Birinci Şordəhnə) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Qulbəndə kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Şordəhnə kəndi Şordəhnə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şordəhnə kəndi Qulbəndə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şordəhnə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi == 5 oktyabr 1999-cu ilə qədər kəndin adı Birinci Şordəhnə olmuşdur. Toponimin ikinci komponenti "şor" (göl; Şoran yer) və "dəhnə" (çayın dərənin dar hissəsindən düzənliyə çıxdığı yer) sözlərindən düzəlib, "Şoran yerdə çay ağzı və yaxud çayın gölə töküldüyü yer" mənasındadır. Əvvəllər kəndin adında mövcud olmuş "birinci" sözü onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün artırılmışdır. Ağdaş rayonunda İkinci Şordəhnə kəndi də mövcud olmuşdur. 29 aprel 1992-ci ildə bu kəndin adı dəyişdirilərək Bəylik adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Şordəhnə (dəqiqləşdirmə)
Birinci Şordəhnə — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. 5 oktyabr 1999-cu ildə kəndin adı dəyişdirilərək Şordəhnə adlandırılmışdır. İkinci Şordəhnə — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. 29 aprel 1992-ci ildə kəndin adı dəyişdirilərək Bəylik adlandırılmışdır.
Şordəhnə bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sərdərə (Kəleybər)
Sərdərə (fars. سردرق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Sərdərə (Üşnəviyyə)
Sərdərə (fars. سردره‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (40 ailə).