Şordəhnə (əvvəlki adı: Birinci Şordəhnə) — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şordəhnə kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Qulbəndə kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Şordəhnə kəndi Şordəhnə kəndi adlandırılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şordəhnə kəndi Qulbəndə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şordəhnə kənd inzibati ərazi vahidi yaradılmışdır.[3]
Şordəhnə | |
---|---|
40°35′ şm. e. 47°34′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0313 |
5 oktyabr 1999-cu ilə qədər kəndin adı Birinci Şordəhnə olmuşdur. Toponimin ikinci komponenti "şor" (göl; Şoran yer) və "dəhnə" (çayın dərənin dar hissəsindən düzənliyə çıxdığı yer) sözlərindən düzəlib, "Şoran yerdə çay ağzı və yaxud çayın gölə töküldüyü yer" mənasındadır. Əvvəllər kəndin adında mövcud olmuş "birinci" sözü onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün artırılmışdır.[4] Ağdaş rayonunda İkinci Şordəhnə kəndi də mövcud olmuşdur. 29 aprel 1992-ci ildə bu kəndin adı dəyişdirilərək Bəylik adlandırılmışdır.
Kənd Şirvan düzündə yerləşir.
Ağdaş rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |