Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şirinquş
Şirinquş ya da Nabat, çöp üstündə yerləşən şüşə sorma konfet növüdür. == Növləri == Xoruz (rus. Петушок) – Rusiya İmperiyası, və SSRİ-də tanınmış nabat növüdür, adətən xoruz şəklində karameldən (qaynamış şəkərdən) qayrılır, lakin daha sonra ulduz, balıq və başqa formaları da populyar oldu. Lolipop (ing. Lollipop) – adətən yumru şəkildə olan nabat İngiltərədə icad olunmuşdur və 1920-ci illərdə ticari məqsədlər ilə sənayeləşdirilmişdir. Manpası (rus. Монпансье, fr. Montpensier) – bu rəngarəng konfetlər başqa konfetlərdən seçilmək üçün hersoginya Anne Marie Louise d’Orléans-ın şərəfinə bu cür adlandırıldı. Azərbaycanda bir zamanlar bütün Manpasıya oxşar konfetləri də bu cür adlandırırdılar, lakin bu konfetlərin satışdan çıxdıqdan sonra bu söz unuduldu. Başqa dillərdə Pastil adı ilə tanınır.
Serinus
Serinus (lat. Serinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Səripul
Səri-Pul vilayəti, Sər-i-pul və ya Səripul (fars. سرپل‎, puşt. سرپل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 15.999 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata görə əhalisi 505.4 min nəfər, inzibati mərkəzi Səri-Pul şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən, puştunlardan və həzaralardan, həmçinin az sayda ərəblərdən və taciklərdən ibarətdir. Özbəklər vilayətin ən böyük etnik qrupu olub bütün rayonlarda məskunlaşıblar. Vilayət əhalisinin 56%-i daricə, 19%-i (149 kəndin əhalisi) özbəkcə danışır. Vilayət inzibati cəhətdən Balxab, Kohistanat, Səngçaraq, Sazma Qala, Sər-i Pul və Səyyad rayonlarına ayrılır.
Seringer fəvvarəsi
Seringer fəvvarəsi (alm. Zähringerbrunnen‎) — İsveçrənin Bern şəhərinin Kramqasse döngəsində və Sitqlogge saat qülləsinin yaxınlığında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == Fəvvarənin layihəsi Hans Ginq tərəfindən 1535-ci ildə tərtib edilmişdir. Fəvvarənin indiki adı şəhərin əsasını qoyan Bertold fon Serengenin şərəfinə XIX əsrdə adlandırılmışdır. Buna baxmayaraq, fəvvarə həmçinin "Finstergesslibrunnen" və ya "Berenbrunnen" adları ilə də tanınır. Fəvvarə qırmızı kəmərinə iki qılınc, başına isə dəbilgə taxan ayını ifadə edir. Ayı sağ pəncəsində bayraq, sol pəncəsində isə qalxan saxlayır. Gerb və qalxanda fon Seringer sülaləsinin rəmzi — qırmızı fon üzərində qızıl aslan təsvir edilib. Böyük ayının ayaqları arasında üzüm yeyən ayı balası oturub.
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). == Həyatı == 15 noyabr 1956-cı ildə doğulub. === Uşaqlıq və gənclik dövrü === Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. === Ailəsi === İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Serinus canaria
Serinus canaria (lat. Serinus canaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin serinus cinsinə aid heyvan növü.