Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samitlərin səslənməsi
Danışıq səslərinin fərqli xüsusiyyətlərinə görə iki növə bölünür:sait səslər və samit səslər. Sait səslər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Samit səslərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur. Dilimizdə 25 samit səs var ki,onlar yazıda 23 hərflə ifadə olunur. Samit hərflər:[b];[c];[ç];[d];[f][g];[ğ];[h];[x];[j];[k];[q];[l];[m];[n];[p];[r];[s];[ş];[t];[v];[y];[z]. Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür: 1. Cingiltili samitlər 2. Kar samitlər Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir. Cingiltili samitlərin tələffüzündə isə səs telləri də iştirak edir və onlar küydən və avazdan ibarət olur. Dilimizdəki cingili və kar samitlərin çoxu cütlük təşkil edir.
Evlənmək İstəyirəm (1983)
== Məzmun == Filmdə XX əsrin əvvəlində Azərbaycan cəmiyyətinin həyatı və milli adətləri öz əksini tapmışdır. Kiçik bir şəhərdə gənc usta Şamil (Şamil Süleymanov) yaşayırdı. Yaxşı papaq tikdiyinə, xeyirxah və şən xasiyyətinə görə hamı ona hörmət edirdi. O, varlı tacir Kəmyabın (Səyavuş Aslan) qızına (Ruhsanə Topçuyeva) vurulur, qız da onu sevir. Lakin ata qızını kasıba vermək istəmir. Dostları qızı qaçırmaqda Şamilə kömək edirlər. Lakin dostlar pul xatirinə Şamilə xəyanət edirlər və əməliyyat alınmır. İkinci dəfə isə Şamilə Kərbəlayi Zal (Əliağa Ağayev) kömək edir və qızı qaçırıb Şamilə gətirir, sevgililər vüsala çatırlar. == Film haqqında == Film rejissor Cahangir Mehdiyevin böyük kinoda ilk işdir. Film yazıçı Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Papaq" və "Bomba" hekayələrinin motivləri əsasında lentə alınmışdır.
Evlənmək istəyirəm (film, 1983)