Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəyənək
Dəyənək — hüquq-mühafizə orqanlarının cinayətkarlara və hüquq pozucularına qarşı istifadə etdiyi vasitə. Müxtəlif dövrlərdə orqan əməkdaşları bu vasitənin taxta və plastik maddələrdən düzəldilmiş növlərindən istifadə ediblər. Hal-hazırda isə dünya ölkələrindən əsasən bəlkidilmiş rezin maddədən olan növü daha çox yayılıb. Bir çox inkişaf etmiş ölkələrin qanunlarında bu vasitənin, uşaqlara, hamilə qadınlara, yaşlılara, fiziki əlilliyi olan insanlara istifadəsi qadağan edilmişdir. Lazım gəldikdə istifadə olunan bu vasitədən bədənin boyun və baş hissəsinə vurulmağı qəti-qadağan olunur.
Siyənək
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
Ağbaş siyənək
Ağbaş siyənək (lat. Alosa hrashnikovi grimmi) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Astrabad körfəzindən Qaraboğazgöl körfəzinə qədər yayılmışdır. Xəzər dənizinin cənubi - şərqində yaşayır. == Morfoloji əlamətləri == Böyük ağzı, alt çənəsində qabarlı qalınlaşma vardır. Qəlsəmə dişcikləri yoğun, kobud, əyri, küt, çox vaxt ucu qalınlaşmış və ya haçalanmışdır. Alt çənəsi adətən yüngülcə irəli çıxır, üst çənə göz ortasının şaqulisinə çatır. Balığa bu adın verilməsi onun başının ağ-süd rəngində olması ilə əlaqədardır. Başqa siyənəklərdən bəzi morfoloji əlamətlərinə görə də fərqlənir. Uzunluğu 25-29 sm, kütləsi orta hesabla 300 q olur.
Dəyənək müharibəsi
Dəyənək müharibəsi (fin Nuijasota; isv. Klubbekriget) — 1596–1597-ci illərdə Finlandiyada (o dövrdə İsveçin tərkibində idi) antifeodal kəndli üsyanı. "Dəyənək" adının üsyankar kəndlilərin əsas silah növünə istinad olduğu güman edilir. Müqayisədə, onların rəqibləri, Klas Eriksson Fleminqin qoşunları peşəkar, ağır silahlanmış və zirehli idi. Müasir Finlandiya tarixşünaslığı üsyanı hersoq Karl ilə İsveç və Polşa kralı III Sigizmund Vasa arasındakı münaqişə kontekstində nəzərdən keçirir. Klas Fleminq III Sigizmundun tərəfdarı idi, sonuncunun müharibədə məğlub olmasından sonra İsveçin gələcək kralı Karl mübarizədən zəifləmiş Finlandiyanı asanlıqla ələ keçirmiş, Sigizmundun tərəfdarlarını edam etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Dəyənək müharibəsi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Qarabel siyənək
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. == Morfoloji əlamətləri == D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Siyənək balığı
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
İrigöz siyənək
İrigöz siyənək (lat. Alosa brashnikovi autumnalis) — siyənəkkimilər fəsiləsinin az saylı növüdür. == Yayılması == Xəzər dənizində yayılmışdır. Azərbaycanda əsasən Cənubi Xəzərin qərb sahil sularında yayılmışdır. Yay fəsilində Yalama Dəvəçi və Giləzi kəsimlərində yayıldığı müşahidə edilmişdir. == Morfoloji əlamətləri == D III-IV (V) 13 - 15, ümumi sayı 16 - 19 (18.0), A (II) III (IV) 16 - 20 (18.5), ümumi sayı 19 - 23 (21.5), qəlsəmə dişciklərinin sayı 25 - 36 (30.0), gövdə fəqərələrin sayı 49 - 52 (50.5), quyruq fəqərələrin sayı 33 - 35 (33.9)-dir. Dişciklər kobud, yastı, əyriüyrü və qəlsəmə yarpaqcıqlarından bir qədər uzundur. Başı və bel tərəfi yaşıl rəngə çalır. Uzunluğu 41 sm-ə qədər olur. == Yaşayış yeri və həyat tərzi == Dəniz siyənəyi olub, çoxalmaq üçün şirin sulara girmir.
Böyük dəyənək siyasəti
Böyük dəyənək siyasəti — Ruzvelt hökumətinin Latın Amerikasındakı kursu. == Böyük dəyənək siyasətinin məqsədi == Böyük dəyənək siyasətinin 2 məqsədi var idi: Amerika qitəsini Avropanın inkşaf etmiş ölkələrinin üzünə bağlamaq Latın Amerikasının ABŞ-nin maraq dairəsinə daxil olmasını təmin etmək. Ruzvelt Monro doktrinasına yeni məzmun verməklə göstərirdi ki, ABŞda da qaydasızlıq, istehsal böhranları xroniki hal alıb, bu isə sivilizasiyanın mövcudluğu üçün təhlükə yaradır. Ruzveltin bu siyasi kursunda Panama kanalının çəkilməsi və Venesuela təcrübəsi mühüm rol oynadı. Məlum olduğu kimi, hələ 16-cı əsrdən etibarən 2 Amerika arasında su yolunun çəkilməsi məsələsi çox ciddi problemə çevrilmişd Lakin, yalnız 1903-cü ilin 18 oktyabrda Panama kanalının çəkilməsinə start verildi. 1902-ci ildə isə İngiltərə, Almaniya və İtaliya Venesuelaya ultimatum verdiyi zaman prezident arbitr rolunu öz üzərinə götürdü. Teodor Ruzveltin "Böyük dəyənək" siyasətinin praktiki olaraq reallaşması ABŞ-Kuba münasibətləri ilə bağlı idi. ABŞ Panama kanalı ilə yanaşı Kubanı da ələ keçirmək istəyirdi. 1901-ci ilin fevralında Kubada konstitusiya layihəsi hazırlandı və ABŞ konqresi ona "Platda düzəlişi" etdi. Bu düzəlişə əsasən Kubanın suverenliyi məhdudlaşdırılır və ABŞ Kubaya müdaxilə hüququ əldə edirdi.
Seynen
Seynen (青年) — 18 yaş və yuxarı kişi auditoriyası üçün nəzərdə tutulan anime və manqa növü. Bu tip manqalar xüsusi seynen jurnallarında dərc olunur.
Cypseloides senex
Cypseloides senex (lat. Cypseloides senex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin amerika uzunqanadı cinsinə aid heyvan növü.
Karl Vilhelm Şeyele
Karl Vilhelm Şeyele (9 dekabr 1742[…], Stralsund[d][…] – 21 may 1786[…]) — İsveç kimyaçısı. == Fəaliyyəti == 1772-ci ildə havanın oksigen və azotdan ibarət olduğunu müəyyən etmişdir.