Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salmanlı
Salmanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Salmanlı rayonun ucqar kəndidir, kənd ilə Sabirabad rayonunun mərkəzi arasındakı məsafəsi 70 km-dir və şimaldan rayonun Muğan Gəncəli kəndiylə sərhəddir. Kənd cənubdan Salyan rayonun Aşağı Noxudlu kəndiylə sərhədir , Salmanlı kəndinin Salyan şəhəri ilə olan məsafəsi 12-kilometrdir. Orta temperatur yanvarda 1,8 C, iyulda 36.5 C -dir. İllik yağıntı 300 mm-dir. Əsas çayı Kürdür. Əs asən, boz-çəmən torpaqları yayılmışdır. Kür çayı sahilində tuqay meşələri mövcuddur.[mənbə göstərin] Salmanlı kəndin ərazisində bir çox təbiətə uyğunlaşmış canlılar var, bunlardan dovşan , tülkü, canavar, çaqqal, çöl pişiyi,quşlardan turac. Sürünənlərdən ən zəhərli ilan gürzə və başqa növ ilanlar da çoxluq təşkil edir.[mənbə göstərin] Əsasən heyvandarlıq və bostançılıqla məşğul olan yerli əhali kənd təsərüffatı və əkinçiliklə də məşğul olur.Pamidor istixanaları və daha çox yonca, qarpız, yemiş, taxıl əkirlər. Son illər üzüm, xurma, badam, püstə və alça bağları salınmaqdadır.
Sarxanlı
Sarxanlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Sarıxanlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Sərxanlı — Şərur rayonunda kənd.
Adəm Vayqanlı
Adəm Vayqanlı və ya Vayqanlı Adam Azərbaycan şairlərindəndir ki Vayqanda dünyaya gəlmişdir.O, Azərbaycan dilində şeirlər yazıb. Ondan Vayqanlı Adam adlı kitab Məhəmməd Tağı Zehtabının səyi ilə 1980-ci ildə 60 səhifədə və Azərbaycan dilində çap olunub.
Ağaxan Salmanlı
Ağaxan Salmanlı (29 oktyabr 1941, Orconikidze rayonu – 29 fevral 2020, Bakı) — Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı. == Həyatı == Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949–1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960–1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Hacıməmməd Qafqazlı
Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı) (24 mart 1898, Lənkəran, Lənkəran qəzası – 21 sentyabr 1982, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == 1898-ci ildə Lənkəranda şair ailəsində doğulan Hacıməmməd Qafqazlı əvvəlcə mollaxanada oxuyub, 9 yaşından isə 7-ci rus-müsəlman məktəbində təhsilini davam etdirib. 14 yaşından Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb. Sənətə, teatra olan hədsiz marağı həmin dövrdə Seyid Hüseyn, Nəriman Nərimanov və bir sıra tanınmış maarifçilərlə, ziyalılarla yaxından tanışlığına səbəb olub. Məhz bu maraqla 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib. Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq, rejissor kimi fəaliyyət göstərib. İstedadını görən Abbas Mirzə Şərifzadə təkidlə onu Milli Dram Teatrına dəvət edib. Dəvəti qəbul edən aktyor o vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb. İlk rolu isə Hüseyn Cavidin "Uçurum" pyesində olub. Bundan sonra teatrın səhnəsində 200-dən artıq müxtəlif səpkili obrazlar yaradıb, teatr sahəsindəki xidmətlərinə görə "Azərbaycan SSR əməkdar artisti" (1943) fəxri adına layiq görülüb.
Qalqanlı gölü
Qalqanlı gölü (fars. قالغانلو دریاچه‎) — İran Azərbaycanının ən kiçik təbii göllərindən biridir. Göl Germinin Xankəndi kəndi ilə Azərbaycan sərhədi arasında yerləşir. Qalqanlı gölünün uzunluğu təqribən 70 metr, eni 45 metr, sahəsi 3150 kvadratmetrdir. Ən dərin yeri 1.5 m, orta dərinliyi isə 1 m təşkil edir.
Saqqallı akulakimilər
Saqqallı akulakimilər (lat. Orectolobiformes) — Akulalar dəstəsi. Saqqallı akulakimilərin hamısında iki tikansız arxa üzgəclər, səpələyicilər və 2-4-ü döş üzgəclərindən başlayaraq yerləşmiş 5 qəlsəmə yarığı var. Əksər növlərinin gözləri nisbətən yuxarı hissədə yerləşmişdir. Saqqallı akulakimilərin 2 yarımdəstəsinin, 7 fəsiləsi və bura daxil olan 14 cinsə aid 32 növü var.
Saqqallı keçi
Bezoar keçisi (lat. Capra aegagrus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Nadir növdür. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Sayı azalmaqda olan növdür, adı qırmızı kitaba düşmüşdür. Başqa vəhşi keçilərlə müqayisədə nisbətən kiçikdir. Bədənin uzunluğu 140–160 sm, cida 80–85 sm. Çəkisi — erkəklərdə 40–45 kq, dişi fərdlərdə 26–30 kq, təşkil edir. Capra cinsinin digər növlərlə müqayisədə, yüngül bədən tutumuna malikdir. Qulaqları 10–11 sm olub, iti ucla qurtarır.
Saqqallı qartal
Saqqallı qızılağac
Saqqallı qızılağac (lat. Alnus glutinosa subsp. barbata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin adi qızılağac növünə aid bitki yarımnövü. Hündürlüyü 20 (25) m olan ağacdır. Cavan budaqları yapışqanlıdır, çılpaq və ya bəzən yumşaq tüklüdür. Yarpaqları enli-əksinə yumurtaşəkilli,dəyirmi, bəzən ovaldır, uzunluğu 6-15 sm, qaidə hissəsində enli-pazşəkillidir, uc hissədə az uzanmışdır, kənarları ikiqat-dişlidir, 8-10 cüt damarları vardır, alt tərəfdən damarların küncləri sarı rəngli sıx keçə kimi saqallıdır və üst səthi qismən tüklüdür. Saplaqlarının uzunluğu 5 sm-ə qədərdir. Bar verən salxımları uzunsov olub,uzunluğu 16-20 mm-dir, 3-5 ədəd olmaqla meyvə saplağında yerləşmişdir, uzunluğuna görə onlara bərabər və ya biraz daha qısadır. Fındıqcalar yastıdır, dar qanadlı və ya qanadsızdırlar. Aprel ayında yarpaqların açılması ilə bir vaxtda çiçəkləyir.
Saqqallı suiti
Saqqallı suiti (lat. Erignathus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Saqqallı yapalaqca
Saqqallı yapalaqca (lat. Strix nebulosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Sarxanlı (Cəlilabad)
Sarxanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Sarxanlı oyk. Cəlilabad rayonunun Qarakazımlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi priembel tayfasından Sarxan adlı şəxsə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndi Sarxanın atacı Göycənin adı ilə Göycəli də adlandırırlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1098 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sarxanlı (İmişli)
Sarıxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Saqqallı kolibri
Saqqallı kolibri (lat. Threnetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinə aid heyvan cinsi.
Ofeliya Əfqanlı
Ofeliya Aslan (Əfqanlı Ofeliya Rza qızı; 27 yanvar 1939, Bakı – 18 may 2010, Bakı) — Azərbaycan aktrisası. Ofeliya Rza qızı Aslan 1939-cu ildə Bakıda doğulub. Məşhur aktyor Səyavuş Aslanla evlənəndən sonra əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə çıxış edirdi. Ofeliya Aslan kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956–1958),Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1958–1961) işləyib. 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xorunda oxuyub. 1965–1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub (qısa fasilələrlə). Aktirsa Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb (1977–1983). Son illər Ofeliya Aslan Əfqanlı kimi çıxış ediridi. O, Ofeliya Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub.
Ofelya Əfqanlı
Ofeliya Aslan (Əfqanlı Ofeliya Rza qızı; 27 yanvar 1939, Bakı – 18 may 2010, Bakı) — Azərbaycan aktrisası. Ofeliya Rza qızı Aslan 1939-cu ildə Bakıda doğulub. Məşhur aktyor Səyavuş Aslanla evlənəndən sonra əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə çıxış edirdi. Ofeliya Aslan kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956–1958),Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1958–1961) işləyib. 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xorunda oxuyub. 1965–1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub (qısa fasilələrlə). Aktirsa Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb (1977–1983). Son illər Ofeliya Aslan Əfqanlı kimi çıxış ediridi. O, Ofeliya Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub.
Rza Əfqanlı
Rza Rüstəm oğlu Əfqanlı (Cəfərzadə) (15 may 1899 və ya 1899, Sərab, Cənubi Azərbaycan – 9 noyabr 1973 və ya 1973, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943). Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada Çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib. 1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb.1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. 1929-cu ildə rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933–1934-cü il teatr mövsümündə Türkmənistan respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.
Saqqalı-Şərif
Saqqal-ı Şərif — İslam Peyğəmbəri Məhəmmədin dini günlərdə sərgilənən, şüşə qabda mühafizə edilən saqqalı. Tarix boyunca İslam ölkələrində saxlanılmış, səfərlər boyunca baş üzərində daşınmış, səfər bitdikdən sonra isə növbəti səfərədək xüsusi sandıqda saxlanılmışdır. Türkiyənin və dünyanın bir çox yerlərində sərgilənmişdir. Hal-hazırda Topqapı Sarayının Hırka-i Səadət otağında mühafizə edilən Saqqal-ı Şərif Hz. Əbu Bəkr, Hz. Əli və digər səhabələrin şahidliyi ilə peyğəmbərin bərbəri Səlman Farisi tərəfindən kəsilmişdir.
Bədurə Əfqanlı
Əfqanlı Bədurə Məlik qızı (25 oktyabr 1912, Bakı – 7 may 2002, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri. Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1949) və Xalq Rəssamı (1974). == Həyatı == Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub. O, Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulmuşdu. Dövrünün tanınmış ziyalılarından olan Məlik Nəcəf oğlu özü rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki, böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu. Bədurə Ağamalova da ilk əvvıl Bakı Pedaqoji Texnikumuna daxil olsa da (1929), rəssam olmaq həvəsi onu Bakı Rəssamlıq Məktəbinə gətirir (1931) və o burada qrafika şöbəsində təhsil alır. Teatr rəssamı olmaq qərarına gələn Bədurə xanımın diplom işinin mövzusu V. Şekspirin "Otello" faciəsi olmuşdur. Diplom işini uğurla başa vurduqdan sonra o həyat yoldaşı, məşhur kino və teatr aktyrou Rza Əfqanlı ilə 1933-cü ildə Aşqabada işləməyə yola düşür.
Samanlı (Yalova)
Samanlı — Türkiyənin Yalova vilayətinin mərkəz rayonunda kənd. == Tarixi == Kənd 1665-ci ildən eyni addadır. Kənd əhalisinin əksəriyyətini manavlar təşkil edir. Bundan əlavə, 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi sonra kəndə xeyli sayda laz əhalisi gəlmişdir.
Qırmızımtıl-sarı saqqallı
Qırmızımtıl-sarı saqqallı (lat. Trachyphonus erythrocephalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin afrika saqqallıları fəsiləsinin trachyphonus cinsinə aid heyvan növü.
Adi saqqallı suiti
Adi saqqallı suiti (lat. Erignathus barbatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin saqqallı suiti cinsinə aid heyvan növü.
Cağanlı
Cağanlı (Çaldıran) —
Soğanlı
Soğanlı (Piranşəhr) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. Soğanlı (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Şabanlı
Şabanlı (Cəlilabad) —
Şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Mərkəzi və Şimali Çində geniş yayılmışdır. Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Azərbaycanda bir neçə sortu yetişdirilir.
Samanlı-i Büzürg
Samanlı-i Büzürg (fars. سامانلوي بزرگ‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 59 nəfər yaşayır (9 ailə).
Soğanlı (Nir)
Soğanlı (fars. سوغانلو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (41 ailə).
Soğanlı (Piranşəhr)
Soğanlı (fars. سوغان لو‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 598 nəfər yaşayır (89 ailə).