Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saaditlər
Səədi sultanlığı və ya Səədilər (ərəb. سعديون‎ — sa‘adiyūn‎) 1509-dan 1659-a qədər Məğribdə (Mərakeş) hökmranlıq etmişdilər. 1509-1554-cü illərdə Mərakeşin cənubunu, sonra 1603-cü ilə qədər bütün Mərakeşi, daha sonra yalnız Fəs və Marakeş bölgələrini idarə etmişdilər. Saadilər əsillərinin Məhəmməd peyğəmbərdən gəldiklərinə inanırdılar. Saadilərin əcdadı Yambu şəhərindən Məhəmməd an-Nafsa az-Za-kiyidir - Məhəmməd peyğəmbərin nəvəsi İmam Həsənin nəvəsi. XVI əsrin əvvəllərində Dra çay vadisində Taqmadertdə yaşayırdılar. Onların ata yurdu Zaqoradan 10 km şimalda yerləşən Ksar Tiji qalası hesab olunur . Saadilərin siyasi rəqibləri onların İmam Həsənin nəslindən olmasını qəbul etmirdilər. Onların əcdadlarını Məhəmməd peyğəmbərin südanası Həlimə bint Abi Zu'ayb'a bağlayırdılar . Saadilər Məğribdə sufizmi yayırdılar.
Samanilər
Samanilər sülaləsi (875-999) (Farsca: سامانیان Sāmāniyān), Orta Asiya və indiki İranın şərqində qurulmuş, adını qurucusu Saman xudadan alan bir xanədanlıq. İslam ordularının indiki İranı ələ keçirməsinin və Səfəri ağalığının yıxılmasının ardından burada iqtidarı ələ keçirən ilk yerli sülalədir. Samanîlər dönəmi İran millətinin başlanğıcı olaraq qəbul edilir. Hakimiyyətləri 102 il sürən Samanilər torpaqlarını, Xorasan, Təbəristan, Kirman, Hirkan, Rey və Mavəraünnəhrə qədar yaymışdılar. Hakimiyyətlərini qəbul etdirmək üçün Parfiyalıların davamıymış kimi davranmışdılar. Sulaləni təmsil edənlər öz əcdadlarını Bəhrəm Çubindən yaranmış və Parfiyaların Böyük tayfalarından biri olmuş Mehranilərdən sayırdılar. Paytaxtları Buxara, Səmərqənd və Herat kimi şəhərlər olmuşdur. Samanilər qədim İran mədəniyyətini canlandırmaq ilə qalmadılar və İslamiyyətin yayılması üçün də böyük səy göstərdilər. Fars-İran mədəniyyətinin bütün təsirlərini Orta Asiyaya yaydılar. Sənətdə çanaq - çömlək düzəldilməsində irəli getdilər və sistemli yazıları olan əsərlər yaratdılar.
Samilər
Samilər — İkiçayarasında, Mesopotomiyada yaşayan qədim xalq. İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının mərkəzi sayılır. Ərazinin cənub hissəsi bataqlıqlardan ibarət olmuş, neolit dövründə — bataqlıqlar quruduqdan sonra əhali bu yerlərə köçmüşdür. Şimal ərazilərdə məskunlaşma daha əvvəllər baş vermişdir. İkiçayarasına şərqdən və şimal-şərqdən şumerlər gəlib, qərbdən və şimal-qərbdən samilər gəlib. Qədimdə şərqdə və şimal-şərqdə türklər yaşayıb, qərbdə və şimal-qərbdə samilər. Bu vəziyyət olduğu kimi indi də davam etməkdədir. Lakin qədim akkadların samilər olduğunu hamı qəbul edir, qədim şumerlərin türk olduğuna şübhə edirlər. Samilər Sami dil ailəsinə mənsub idilər.
Samanilər dövləti
Samanilər dövləti, Samanilər İmperiyası, Samani əmirliyi və ya sadəcə olaraq Samanilər — 875–999-cu illərdə mövcud olmuş sünni Fars (Tacik) imperiyası. İmperatorluğun mərkəzi Xorasan və Transoxiana idi; ən böyük ölçüdə müasir Əfqanıstanı, İranın böyük hissələrini, Türkmənistanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Qazaxıstan və Pakistanın bir hissəsini əhatə edirdi. Mərkəzi Asiyada Ərəb xilafətinin hakimiyyətinə qarşı xalqların azadlıq mübarizəsi onu zəiflədirdi. Xilafətin ayrı-ayrı yerlərində müstəqil feodal dövlətlər yaranırdı. Bu dövlətlərdən biri də IX əsrin sonlarına yaxın Mərkəzi Asiyada yaranmış Samanilər dövləti idi. Paytaxtı Buxara şəhəri olan Samanilər dövlətinin əsasını iri feodal sülaləsi olan samanilər qoymuşdur. Bu sülalənin banisi iri torpaq sahibi olan Saman Xudat idi. O, İslam dinini qəbul etmişdi. 806–810-cu illərdə baş vermiş Rəfi ibn Leysin üsyanının yatırılmasında göstərdiyi köməyə görə, Samanın övladları və nəvələri 819-cu ildə Məvarünnəhrin ən mühüm vilayətlərini idarə etmək hüququ almışdılar. İlk vaxtlarda Samanilər Xorasan valiləri Tahirilərin vassalları idilər.
Samanilər sülaləsi
Samanilər sülaləsi (875-999) (Farsca: سامانیان Sāmāniyān), Orta Asiya və indiki İranın şərqində qurulmuş, adını qurucusu Saman xudadan alan bir xanədanlıq. İslam ordularının indiki İranı ələ keçirməsinin və Səfəri ağalığının yıxılmasının ardından burada iqtidarı ələ keçirən ilk yerli sülalədir. Samanîlər dönəmi İran millətinin başlanğıcı olaraq qəbul edilir. Hakimiyyətləri 102 il sürən Samanilər torpaqlarını, Xorasan, Təbəristan, Kirman, Hirkan, Rey və Mavəraünnəhrə qədar yaymışdılar. Hakimiyyətlərini qəbul etdirmək üçün Parfiyalıların davamıymış kimi davranmışdılar. Sulaləni təmsil edənlər öz əcdadlarını Bəhrəm Çubindən yaranmış və Parfiyaların Böyük tayfalarından biri olmuş Mehranilərdən sayırdılar. Paytaxtları Buxara, Səmərqənd və Herat kimi şəhərlər olmuşdur. Samanilər qədim İran mədəniyyətini canlandırmaq ilə qalmadılar və İslamiyyətin yayılması üçün də böyük səy göstərdilər. Fars-İran mədəniyyətinin bütün təsirlərini Orta Asiyaya yaydılar. Sənətdə çanaq - çömlək düzəldilməsində irəli getdilər və sistemli yazıları olan əsərlər yaratdılar.
Fiziki sabitlər
Fiziki sabitlər — çoxdur və onlardan çox rastlaşdıqlarımız bunlardır: Sərbəstdüşmə təcili - Yerin səthi yaxınlığında və orta coğrafi enlikdə cisimlərin havasız fəzada düşmə təcilidir,g ilə işarə olunur və g=9,81m/san2-dır.Bu kəmiyyət cismin kütləsindən asılı deyil və bəzən qravitasiya sahəsinin intensivliyi adlanır. Qravitasiya sabiti - ədədi qiymətcə kütlələri 1kq, aralarındakı məsafə 1m olan iki bircins kürə arasındakı qravitasiya qüvvəsinə bərabər olan sabitdir,G ilə işarə olunur və G=6,67·10-11Nm2/kq2Habbl sabiti-bir-birindən 1Mpk(meqaparsek)məsafədə olan qalaktikaların vir-birindən uzaqlaşma sürətinə bərabər olan sabitdir,H ilə işarə olunur və H=75 km/Mpk·san. Avoqadro sabiti - bütün maddələrin 1mol-dakı molekulların sayidir, NAilə işarə olunur və NA=6,02·1023mol-1-dir. Bolsman sabiti - ideal qazın temperaturu 1K artanda bir molekulun enerji artımına uyğun gələn enerjidir,k ilə işarə olunur və k=1,38·10-23C/K. Universal qaz sabiti-1mol ideal qazın temperaturunu 1K yüksəltdikdə onun daxili enerjisinin artımına uyğun olan enerjidir, R ilə işarə olunur və R=8,31 C/mol·K Kulon sabiti - yükləri 1Kl aralarındakı məsafə im olan iki nöqtəvi yük arasındakı qarşılıqlı təsir qüvvəsinə bərabər olan sabitdir,k ilə işarə olunur və k=9·109N·m2/Kl2. Elektrik sabiti - ε0=8,85·10-12Kl2/N·m2/ Elementar yük - təbiətdə rast gəlinən ən kiçik elektrik yükünün moduludur,e ilə işarə olunur və e=1,6·10-19Kl. Elektronun xüsusi yükü - elektronun yükününmodulunun kütləsinə olan nisbətidir və e/m=1011Kl/kq. Faradey sabiti - elektroliz zamanı elektrod üzərində 1 qram ekvivalent maddə ayrılması üçün elektrolitdən keçən yükdür və F=96500Kl/mol. İşıq sürəti - İşığın vakuumda 1san-də getdiyi yoldur və c=3·108m/san. Plank sabiti - h=6,63·10-34C·san. Ridberq sabiti - R≈1,097373143·107m-1.
Riyazi sabitlər
Riyazi sabit — qiyməti dəyişməyən ölçü. Fiziki sabitlərdən fərqli olaraq, riyazi sabitlər hər hansı fiziki ölçülərdən asılı olmayaraq müəyyən edilmişdir. İxtisarlar: İ — irrasional ədəd, C — cəbri ədəd, T — transsendent ədəd, ? — məlum deyil; riyaz.— adi riyaziyyat, ƏN — ədəd nəzəriyyəsi, XN — xaos nəzəriyyəsi, komb — kombinatorika, AMT — Alqoritmik məlumat nəzəriyyəsi.