Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anbarlı
Anbarlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Canallı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Sancalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. == Tarixi == Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvələrində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır. === Tanınmışları === Tofiq Sarıcalınski — Dövlət xadimi Rüstəm Rüstəmov — Professor , alim Ələsgər Rüstəmov — Hüquqşünas == Xarici keçidlər == Youtube-da bax: Bir kəndin nağılı. Sarıcalı (film) == İstinadlar == Kəmalə Sarıdcalinskaya — Hüquqşünas, Zakavkaziyada ilk qadın kriminalist.
Saybalı
Saybalı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Saybalı (Sisyan)— Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd.
Saqqallı akulakimilər
Saqqallı akulakimilər (lat. Orectolobiformes) — Akulalar dəstəsi. Saqqallı akulakimilərin hamısında iki tikansız arxa üzgəclər, səpələyicilər və 2-4-ü döş üzgəclərindən başlayaraq yerləşmiş 5 qəlsəmə yarığı var. Əksər növlərinin gözləri nisbətən yuxarı hissədə yerləşmişdir. == Təsnifatı == Saqqallı akulakimilərin 2 yarımdəstəsinin, 7 fəsiləsi və bura daxil olan 14 cinsə aid 32 növü var.
Saqqallı keçi
Bezoar keçisi (lat. Capra aegagrus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Nadir növdür. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Sayı azalmaqda olan növdür, adı qırmızı kitaba düşmüşdür. == Ümumi xarakteristikası və görünüşü == Başqa vəhşi keçilərlə müqayisədə nisbətən kiçikdir. Bədənin uzunluğu 140–160 sm, cida 80–85 sm. Çəkisi — erkəklərdə 40–45 kq, dişi fərdlərdə 26–30 kq, təşkil edir. Capra cinsinin digər növlərlə müqayisədə, yüngül bədən tutumuna malikdir. Qulaqları 10–11 sm olub, iti ucla qurtarır.
Saqqallı qartal
Saqqallı qızılağac
Saqqallı qızılağac (lat. Alnus glutinosa subsp. barbata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin adi qızılağac növünə aid bitki yarımnövü. == Qısa morfoloji təsviri == Hündürlüyü 20 (25) m olan ağacdır. Cavan budaqları yapışqanlıdır, çılpaq və ya bəzən yumşaq tüklüdür. Yarpaqları enli-əksinə yumurtaşəkilli,dəyirmi, bəzən ovaldır, uzunluğu 6-15 sm, qaidə hissəsində enli-pazşəkillidir, uc hissədə az uzanmışdır, kənarları ikiqat-dişlidir, 8-10 cüt damarları vardır, alt tərəfdən damarların küncləri sarı rəngli sıx keçə kimi saqallıdır və üst səthi qismən tüklüdür. Saplaqlarının uzunluğu 5 sm-ə qədərdir. Bar verən salxımları uzunsov olub,uzunluğu 16-20 mm-dir, 3-5 ədəd olmaqla meyvə saplağında yerləşmişdir, uzunluğuna görə onlara bərabər və ya biraz daha qısadır. Fındıqcalar yastıdır, dar qanadlı və ya qanadsızdırlar. Aprel ayında yarpaqların açılması ilə bir vaxtda çiçəkləyir.
Saqqallı suiti
Saqqallı suiti (lat. Erignathus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Saqqallı yapalaqca
Saqqallı yapalaqca (lat. Strix nebulosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Saqqallı kolibri
Saqqallı kolibri (lat. Threnetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinə aid heyvan cinsi.
Anbarlı (Pərsabad)
Anbarlı (fars. عنبرلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə).
Anbarlı (Əhər)
Anbarlı (fars. عنبرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (6 ailə).
Sarallı Xəştab
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Saybalı (Sisyan)
Saybalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 25 km cənubda yerləşir. Toponim qədim türk dilində "vulkan mənşəli daşlıq", "düzənlik, düzəngah, səhra" mənasında işlənən say sözü ilə "sığınacaq, şəhər, qala" mənasında işlənən balıq (balık, baluq) sözü əsasında formalaşmışdır. Saybalı toponimin ikinci komponenti olan "balı" sözünün sonunda "q" samiti düşmüşdür. M. Kaşğari arqu tayfasının yaşadığı şəhərin adının da Balu olduğunu qeyd edir və təbii ki, M. Kaşğarinin adını çəkdiyi Balu toponimi "balıq" sözündən əmələ gəlmişdir. Saybalı toponimi relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 10. IX. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarnakunk qoyulmuşdur.
Saybalı tayı
Saybalı tayı-Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndi ərazisində alınmış oroqrafik obyektlərdən biri. == Toponimikası == Qədim türk dillərində say sözü "daşlıq, düzənlik", "səhra" anlamındadır. Toponimin tərkibindəki balı sözü "sığınacaq", "qala" mənasındadır.saybalı tayı oronim relyef əsasında yaranan mürəkkəb toponimdir. Saybalı şəxs adı da məlumdur. Tağıbəyli elinin saybalı adlı tirəsi də vardır. Ağdam rayonunda Saybalı kəndi var. Vaxtilə Qərbi Azərbaycanda (Ermənistanda ) indiki Kamo rayonunda Saybalı adlı kənd olub. 1918-ci ildə azərbaycanlı əhali kənddən qovulmuş, orada Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.1946-cı ildə kənd Sarnakunk adlandırılıb.Gəncə quberniyasının (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında (indiki Sisiyan) da Saybalı kəndi vardır. 1919-cu ildə kəndin əhalisini qovub, oraya gəlmə erməniləri yerləşdirmişlər. 1946-cı ildə ermənilər bu kəndi də Sarnakunk adlandırmışlar.
Saybalı (Ağdam)
Saybalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 4 iyul 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Qırmızımtıl-sarı saqqallı
Qırmızımtıl-sarı saqqallı (lat. Trachyphonus erythrocephalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin afrika saqqallıları fəsiləsinin trachyphonus cinsinə aid heyvan növü.
Adi saqqallı suiti
Adi saqqallı suiti (lat. Erignathus barbatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin saqqallı suiti cinsinə aid heyvan növü.
Şabanlı
Şabanlı (Cəlilabad) —
Aşıq Canallı Məmməd
Aşıq Canallı Məmməd — Azərbaycanın ustad aşığı. == Həyatı == Aşıq Canallı Məmməd (Məmməd Mərdan oğlu Mərdanov) 1880-ci ildə Qazax mahalının Canallı kəndində anadan olmuşdur. Məktəbdə təhsil almayan aşıq saz sənətinə erkən yaşlarda başlamışdır. Bununla belə, yaradıcı aşıq olduğu söylənilir. Bir çox el məclislərində yaradıcı bir aşıq kimi iştirak edib.Aşıq Canallı Məmməd 1937-ci ildə vəfat etmişdir.
Antonia Santilli
Antonia Santilli (it. Antonia Santilli; 8 avqust 1949) — italyan aktrisası. == Bioqrafiya == Antonia Santilli 8 avqust 1949-cu ildə İtaliyanın Latina vilayətinin Spiqno-Saturniya şəhərində anadan olub. 1973-cü ildə Roma Sapienza Universitetini bitirib. == Filmoqrafiya == Bokaçço — 1972 Paolinanın yaxşı tərəfi — 1973 İtalyanların Rusiyada ağlasığmaz macəraları — 1973 O və mən — 1973 == Ədəbiyyat == Manlio Gomararasca, Davide Pulici: 99 Donne. Milano, 1999. Manlio Gomararasca, Davide Pulici: Nocturno Dossier n.36: Le sorelle di Venera.
İtalo Santelli
İtalo Santelli (15 avqust 1866, Korrodano[d], Liquriya – 8 fevral 1945, Livorno, Toskana və ya Budapeşt) — Müasir qılıncoynatmanın sablya növünün atası sayılan İtaliyalı qılıncoynatma idmançısı. == Bioqrafiyası == İtalo Santelli 1866-cı ildə İtaliyanın Liquriya regionunun La Speziya əyalətində Karrodano kommunasında anadan olub. Santelli İtaliyanın məşhur məktəblərində təhsil alıb. Santelli qılıncoynatma ilə məşğul olan qardaşı Otello və onun həyat yoldaşı ilə birlikdə Budapeştdə köçür. Onun 1897-ci ildə Macarıstanda Corcio adında oğlu oldu. Corcio həmişə italyan vətəndaşlığını saxlayıb və yarışlarda İtaliyanı təmsil edib. Santelli Macarıstanda yaşadığı vaxtlarda qılıncoynatmanın sablya növünün yeni üslubunu yaratmağa başlayıb. Üslüb daha çox Santellinin “müasir üslubu” kimi tanınırdı.O, Paris Yay Olimpiya Oyunlarında İtalyan komandasının heyətində müasir üslubda çıxış etdi. Santelli rapira yarışlarında altıncı yeri tutmasına baxmayaraq, sablya növü üzrə komanda yoldaşı Antoniyo Konteyə məğlub olaraq, gümüş medal qazandı.1924 Yay Olimpiya Oyunlarında İtalo Santelli qılıncoynatma üzrə Macarıstan komandasının baş məşqçisi olub.
Şahbazlı (Germi)
Şahbazlı (fars. شهبازلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (26 ailə).
Əlikram Şahbazlı
Əlikram Novruz oğlu Şahbazlı (1 oktyabr 2001; Borbor, Şabran rayonu, Azərbaycan — 6 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlikram Şahbazlı 1 oktyabr 2001-ci ildə Şabran rayonunun Borbor kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinə qəbul olsa da, təhsilini yarımçıq saxlayaraq 7 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Əlikram Şahbazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şabanlı (Cəlilabad)
Şabanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şabanlı oyk. Cəlilabad r-nunun Şiləvəngə i.ə,v.-də kənd. Burovar silsiləsinin yamacındadır. Yaşayış məntəqasini şabanlı nəslinə məxsus ailələr salmışlar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1263 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şabanlı (Germi)
Şahbazlı (fars. شعبانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (22 ailə).
Şabanlı (Meşkinşəhr)
Şabanlı (fars. شعبانلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 236 nəfər yaşayır (61 ailə).
Şabanlı (Qoşaçay)
Şabanlı (fars. شعبانلو‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,473 nəfər yaşayır (338 ailə).