Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mandalay
Mandalay Myanma İttifaqi Respublikasının Yanqondan sonra 2-ci böyük şəhəridir. Adını ətrafında Mandalay təpəliklərindən götürüb.
Santaelya
Santaelya (isp. Santaella) — İspaniyanın on yeddi muxtar regionu arasında əhalisinin sayına görə ikinci yerdə duran və ölkənin cənub hissəsində olan Əndəlüsün Kordova əyalətində yerləşən şəhər və bələdiyyədir. Bələdiyyə Kampinia Sur (isp. Campinia Sur) rayonunun (İspaniyada komarka (isp. comarca) adlanır) bir hissəsidir. Ərazisi 272 km² təşkil edir. Santaelyadan Kordova əyalətinin inzibati mərkəzinə qədər olan məsafə 43 km-dir.
Antalya
Antalya — Türkiyənin cənubunda Aralıq dənizi sahilində kurort şəhəri və liman. Antalya ilinin mərkəzidir. Əhalisi 2015-ci ildə 2.300.000 nəfərdir. Tamamı Aralıq Dənizi Bölgəsinin qərbində yerləşir və Antalya Körfəzi ilə Qərbi Tavr Dağlarının arasında yaradılıb. Ərazicə Türkiyənin altıncı böyük şəhəridir. Cənubunda Aralıq dənizi, qərbində Muğla, şimalında Burdur və Isparta, şimal-şərqində Konya, şərqində isə Karaman və Mersin rayonları var. Antalya şəhəri, 1980 ildən sonra əlverişli iqlim şəraiti və turizm tədbirləri səbəbilə sürətlə inkişaf etmiş və buna paralel olaraq rayon də hazırda Türkiyənin ən böyük beşinci rayonu olmuşdur. Antalyada iqtisadi həyat böyük miqdarda ticarət, kənd təsərrüfatı və turizmə əsaslanır. Antalya rayonunun əhatə etdiyi bölgə tarix boyu günümüzə qədər bir çox mədəniyyətə sahib olmuş və Türkiyədə ən çox antik şəhər olan rayondur. Öz növbəsində Likiyalılar, Lidiya, Pamfiliyalılar, Bergamalılar, Romalılar, Bizanslılar, Səlcuqlar, Osmanlılar və son olaraq da Türkiyə Cümhuriyyəti hakimiyyətində olan Antalya, bu mədəniyyətlərin heç birində paytaxt olmayıb.
Mandala
Mandala (sanskr. मण्डल Maṇḍala, 'çevrə') — Hinduizm və Buddizmdə Kainatı təmsil edən dini simvoldur. Çox vaxt dairə və ya kvadrat şəklində olan və hər şeyin mistik mərkəzinin simvolu olan mandalalar meditasiya vasitəsi olaraq istifadə edilir. Hinduizmdə Siva ve Saktinin kosmik rəqsini, Buddizmdə Budda Diyarını və ya Buddanı təmsil edən mandalalar mövcuddur. Buddizmdə Mandalalar ona inanan insan üçün kainatdakı müqəddəsliyi və eyni müqəddəsliyin həmin şəxsin özündəki potensial vəziyyətini xatırladan əhəmiyyətli işarələrdir. Buddizm baxımından mandalanın məqsədi insanın çətinliyinə onu aydınlanmaya çatdıraraq son vermək və həqiqətlə bağlı doğru fikrə çatdırmaqdır.
Sandal
Sandal — təknəvari quruluşa malik gəmi, su nəqliyyatı vasitəsi. Sandal əsasən, yelkənlə təhciz olunuduğu ucun səmt kuləyinin gucu ilə hərəkət edir. Arxiv sənədləri gostərir ki, hələ XVIII əsrin ikinci yarısında sandal və kirjim inşa etmək ucun Bakıda gəmi tərsanəsi olmuşdur.
Mateus Saldanya
Almalı (Antalya)
Almalı — Muğla ili ilə sərhədi olan Antalya ilinə bağlı bir şəhər. Antalya şəhərinin 110 km qərbindədir.
Antalya ili
Antalya — Türkiyənin vilayəti. Turizm potansialı zəngin vilayətdir. Rusiyalı turistləri daha çox cəlb edir. Antalya Türkiyənin cənubunda dəniz səviyyəsindən 30 m yüksəklikdə, eyni adlı körfəzdə yerləşən kurort şəhəridir. O, aypara formasındadır. Ölkənin ikinci paytaxtı hesab olunur. Şəhəri hər tərəfdən Taurus dağı əhatə edir. Gözəl çimərlikləri ilə seçilir. Ərazisi 1,4 min kvadrat kilometrdir. Əhalisi 677 min nəfərdir.
Antalya körfəzi
Antalya körfəzi (türk. Antalya Körfezi) — Türkiyənin cənubunda yerləşən körfəz == Təsviri == Körfəz şərqdən Anamurdan başlayaraq qərbdə Tavr dağlarına qədər uzanır. Düz üzrə uzunluğu 200 km təşkil edir. Körfəzdə hər hansı əhəmiyyətli adalar yoxdur. Burada Kəmər şəhərindən Qazipaşaya qədər 200 km uzunluğu olan Türk Riviera adlanan məşhur kurort bölgəsi yerləşir == Yerlər == Körfəz regionunun iqtisadiyyatının ən mühüm sahəsi turizmdi. Körfəz ərtafında Antalya şəhərindən başqa, Kəmər, Belek, Side, Manavqat və Alanya şəhərləri yerləşirlər.
Bellore Sanqala
Bellore Sanqala (2 yanvar 1995) — Konqolu üzgüçü. Bellore Sanqala Konqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bellore Sanqala birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 33.71 saniyəlik nəticəsi ilə 81-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Typhlodromips yandala
Antalya muzeyi
Antalya muzeyi (tür. Antalya Muzesi) — Antalyanın Konyaaltı rayonunda yerləşən Türkiyənin ən böyük muzeylərindən biri. Buraya 13 sərgi salonu və açıq hava qalereyası daxildir. Muzey 7000 m2 (75000 kv fut) ərazini əhatə edir. Burada 5000 sənət əsəri nümayiş olunur. Bundan əlavə, nümayiş oluna bilməyən daha 25000–30000 artefakt saxlama otağındadır. Anadoluda Aralıq dənizi və Pamfiliya bölgələrinin tarixini işıqlandıran əsər nümunələrinin sərgiləndiyi bir muzey olaraq Antalya muzeyi Türkiyənin ən əhəmiyyətli muzeylərindən biridir. Muzey 1988-ci ildə "Avropa Şurasının Xüsusi Mükafatı"na layiq görülüb. == Muzeyin tarixi == Birinci Dünya müharibəsinin sonunda, Antalyanın İtaliyanın hərbi işğalı altında olduğu dövrdə italyan arxeoloqları şəhərin mərkəzində və İtaliya səfirliyinin ətrafında tapılmış arxeoloji xəzinələri çıxarmağa başladılar. Bu təşəbbüslərin qarşısını almaq üçün Sultanın müşaviri Süleyman Fikri bəy 1919-cu ildə Antalya vilayətinin qubernatorluğu üçün müraciət etdi.
Mustafa Sandal
Mustafa Sandal (11 yanvar 1970, İstanbul) — Türkiyə ifaçısı, söz yazıçısı, bəstəkarı və aktyorudur. Mustafa Sandal 11 yanvar 1970-ci il tarixində Türkiyənin İstanbul şəhərindən Yusuf Sandal və Tülin İlerinin ailəsində dünyaya gəlmişdir. Məktəb illərində musiqi dərslərinə daha çox maraq göstərirdi. Vokal musiqiyə və daha çox gitarada ifa edilən musiqiyə daha çox önəm verirdi. Musiqi eşidəndə, musiqi boyu müxtəlif alətləri və onların melodiyalarını seçə bilirdi. Mustafa Sandal İsveçrənin Cenevrə şəhərində yerləşən "Collège du Léman" kollecini bitirdikdən sonra ABŞ-də yerləşən Hempşir kollecinə (ing. Hampshire College) daxil olur. Buranı bitirdikdən sonra İstanbula qayıdır. Bir müddət sonra bəstəkarlarla çalışaraq bir çox ifaçılar üçün mahnı sözləri yazmağa başlayır. Bu ifaçılar sırasında Ayşegül Aldinç, Hakan Peker, Zerrin Özer və bir çox məşhur türk ifaçıları vardır.
Sadala burnu
Sadala burnu (bolq. нос Садала, ‘Nos Sadala’ \'nos sa-'da-la\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Bransfild boğazından 500 m aralıda, Robert burnundan 2.43 km şimal-şərqdə, Batuliya burnundan 2.97 km cənub-qərbdə, Kitçen burnundan isə 4.8 km cənub-qərbdə yerləşmişdir. Burun E.ə 87-79 illərdə Frakiya hökmdarı olan Sadalanın adını daşıyır. Bolqarıstan xəritəsinə 2009 və 2010-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Antalya Hava Limanı
Antalya Hava Limanı ((türk. Antalya Havalimanı, ИАТА: AYT, ИКАО: LTAI) — Antalyanın mərkəzindən 10 km şərqdə yerləşən Türkiyənin beynəlxalq hava limanı. Turistlərin ölkənin Aralıq dənizi sahillərinə, yəni Kəmər (Tekirova, Camyuva, Kiriş, Göynuk, Beldibi), Lara, Bələk, Side, Manavqat, Alanya bölgələrində yerləşən kurortlarına çatdırılması baxımından əhəmiyyətə malikdir. Xidmət göstərilən sərnişinlərin sayına görə ölkədə 3-cü, Avropada isə 15-ci yerdədir. 2015-ci ildə hava limanı 27 milyondan çox sərnişinə xidmət göstərmişdir. Bu Corendon Airlines, Pegasus Airlines və SunExpress üçün mərkəz hava limanıdır. Hava limanının ən yüksək sərnişin axını turistik yay mövsümünə əsasən Avropanın, o cümlədən Rusiyadakı demək olar ki, bütün böyük hava limanlarından çarter reysləri ilə gəlir. Mövsümdənkənar dövrdə nəqliyyatın həcmi və uçuşların sayı kəskin azalır, əsasən müntəzəm daşınmalar həyata keçirilir. Hava limanında bir daxili və iki beynəlxalq terminal var. Hava limanının inşası 2 il çəkmiş və 1998-ci ildə ilk sərnişinləri qəbul etmişdir.
Maxi Sandal 2003
Maxi Sandal 2003 – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı albomdur. == Mahnı haqqında == "Maxi Sandal 2003" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Aşka Yürek Gerek" mahnısının bir neçə versiyası mövcuddur.
2015 G20 Antalya sammiti
2015 G-20 Antalya sammiti - G-20 dövlətlərinin 10-cu toplantısıdır.
Antalya Qızıl Portağal kinofestivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Atatürkün Ev Muzeyi (Antalya)
Atatürkün ev-muzeyi (türk. Atatürk Evi və Müzesi) — Türkiyənin Antalya Muratpaşa səmtində Atatürk küçəsində yerləşən, Mustafa Kamal Atatürkün 6-11 mart 1930-cu il tarixləri arasında Antalyaya səfəri zamanı qaldığı və daha sonra muzeyə çevrilən 2 mərtəbəli ev. Daha sonra Atatürk 2 dəfə — 1931 və 1935-ci illərdə Antalyaya səfər etmiş və hər iki dəfə ona bağışlanan evdə qalmışdır. == Tarixi == Muzeyin yerləşdiyi daş bina 2 mərtəbəlidir. XX əsrin əvvəllərində inşa edilən, bir müddət qubernatorluq binası kimi istifadə edilən Atatürk Evi, Atatürkün Antalyaya səfər edəcəyi xəbərindən sonra bir neçə gün ərzində Antalyalılar tərəfindən təmizlənərək əşyalarla təmin edilərək Atatürkə təqdim edilib. Girişdə uzun salon, salonun sağında qonaq otağı, kiçik otaq, hamam və mətbəx, salonda daha 2 otaq və yuxarı mərtəbəyə pilləkən var. Üst mərtəbədə salondan əlavə 7 otaq, otagin birində balkon var. == Evin muzey olması == Atatürkün ölümündən sonra bina "Antalya Atatürk Evi" adlı özəl idarəyə verildi və 1939-cu ildə Qızlar üçün olan İncəsənət Məktəbi və Qızlar İnstitutu binası olaraq istifadə edildi. 1952-ci ildə bina Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olub. 1980-ci ildə bina Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib və bərpadan sonra dahi türkün müzeyi kimi istifadəyə verilmişdir..
Atatürkün ev-muzeyi (Antalya)

Muradağa, Sandallar və Atlılar qətliamı
Muratağa, Sandallar və Atlılar Soyqırımı — Kiprdə yunanların türklərə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi. Rumların Kipr türklərinə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi Muratağa, Atlılar və Sandallar kəndlərində olmuşdur. Bu soyqırım 1974-cü ilin 14 avqustundan 16 avqustuna kimi EOKA-B tərəfindən həyata keçirilmişdir. Muratağa, Atlılar və Sandallar kəndlərinin əli silah tutan kişilərinin adanın qorunması uğrunda mücadilədə olduğunu bilən rumlar gecəykən müdafiəsiz qalan kəndə hücum edirlər. Hər üç kənddə 5 aylıq körpədən tutmuş 90 yaşlı qocalara qədər hamını qətlə yetirən rumlar öldürdükləri Kipr türklərini kütləvi şəkildə yandıraraq sonradan torpağa basdırırlar. Bu hücum zamanı Atlılar kəndində 36 nəfər, Muratağa və Sandallar da isə 89 nəfər rum vəhşiliklərinin qurbanı olur. Qətlə yetirilən kiprli türklər arasında o zaman adanın müdafiəsinə qalxan Kamal Mericin həyat yoldaşı və 5 övladı da olur. Rumlar 5 aylıq körpəni anasının qucağında süd əmdiyi yerdə qətlə yetirir, ana və övladını türklərə ibrət olsun deyə həmin şəkildə torpağa basdırırlar. Soyqırımda öldürülənlərdən ən balacası 16 günlük, ən yaşlısı isə 95 yaşında olmaqla ümumilikdə 126 nəfər türk qətlə yetirilmişdir. 1960-cı ildəki siyahıyaalmaya görə üç kəndin cəmi əhalisi 248 nəfər idi.
Muratağa, Sandallar və Atlılar soyqırımı

2015 G-20 Antalya sammiti
2015 G-20 Antalya sammiti - G-20 dövlətlərinin 10-cu toplantısıdır.
Antalya Qızıl Portağal Film Festivalı