Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Santyaqo
Santyaqo — Çilinin paytaxtı, ölkənin ən böyük şəhəri, əhalisi 5 milyondan çoxdur. Bu deməkdir ki, Çili əhalisinin 40% -i Santyaqoda və onun yaxınlığında yaşayır. "Santyaqo Sentro" şəhərin inzibati bölgələrindən biridir və şəhər mərkəzini əhatə edir. Burada təxminən 230 min insan yaşayır. Santyaqo , Mapoço çayının sahilllərindən And dağlarının ətəklərindəki bir sırada yerləşmişdir. Tıxac və sənayenin sıxlğı çox vaxt havanın çirklənməsində problem yaradır. Belə ki, qış aylarında, şəhərin şərq sərhədləri ətrafında dağ silsilələrini seçmək çox çətindir. Yeni şəhərin tikintisinə Hippodamus sistemi üçün küçələri hazırlayan Pedro de Gamboa əmanət edilib. İqlimi quru və tempuraturu yüksəkdir. Keçmişdə müasir şəhər ərazisində İnklər yaşadı.
Raul Santyaqo
Santyaqo Bueno
Santyaqo İqnasio Bueno Ssiutto (isp. Santiago Ignacio Bueno Sciutto; 9 noyabr 1998, Montevideo, Uruqvay) — Sequnda Liqa təmsilçilərindən olan Barselona B klubunda müdafiəçi kimi çıxış edən peşəkar Uruqvay futbolçusudur. Bueno peşəkar karyerasına paytaxt klubu olan Penyarol klubunda başlamışdır. Erkən illərində Santyaqo klubunda çıxış etdikdən sonra Penyarolun əsas komandasına qoşulmuşdur. Lakin bu klub ilə heç bir rəsmi oyuna çıxmamışdır. Bueno 2017-ci ilin əvvəllərində İspaniya klubu olan Barselona klubu ilə 2019-cu ilə qədər müqavilə imzalamışdır. Transferin dəyəri isə 1 milyon avro olmuşdur. 2018-ci ilin yanvar ayında Bueno Peralada-Jirona B klubuna icarəyə verilmişdir. 2015-ci ildə Bueno Uruqvayın gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Bueno Boliviya, Çili, Kolumbiya, Braziliya, Paraqvay və iki dəfə Argentina və Ekvador milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Santyaqo Kalatrava
Santyaqo Kalatrava — ispan neo futurizm memarı, layihə mühəndisi, heykəltaraş və rəssam. Onun Nyu Yorkda, Dohada və Sürixdə emalatxanaları var. Santyaqo Kalatrava İspaniyada, Valensiyada Benimamet bölgəsində anadan olub. Valensiya İncəsənət Məktəbi və Valensiya Memarlıq Məktəbində təhsil alıb. 1975-ci ildə məzun olduqdan sonra İsveçrənin Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutuna inşaat mühəndisliyi üzrə doktorantlıq müdafiəsi üçün qəbul oldu. 1981-ci ildə "On the Foldability of Space Frames" doktorantlıq işini verdikdən sonra memarlıq və mühəndislik sahəsində fəaliyyətə başladı. Kalatravanın ilk işləri daha çox körpü və dəmiryolu stansiyaları dizaynını özündə əks etdirir. Bu layihələri ilə inşaat mühəndisliyi layihələrinə dünya miqyasında nüfuzu qazandırmışdır. 1992 Yay Olimpiya Oyunlarının keçirildiyi Barselonada yerləşən Montjuiç Radio Qülləsi karyerasında dönüş nöqtəsi olmuşdur. Bu əsərin ona qazandırdığı şöhrət ona bir çox ölkədə və müxtəlif layihələrdə fəaliyyət göstərmək şansını əldə etmişdir.
Santyaqo Mele
Santyaqo Reyes
Santyaqo vilayəti
Santyaqo vilayəti (ispanca:Provincia de Santiago) — Çilidə vilayət. Əhalisi 4668473 nəfərdir (2002). Vilayətin ərazisi — 2030,3 km², əhali sıxlığı — 2300 nəfər/km² -dir.
Santyaqo şəhəri
Santyaqo — Çilinin paytaxtı, ölkənin ən böyük şəhəri, əhalisi 5 milyondan çoxdur. Bu deməkdir ki, Çili əhalisinin 40% -i Santyaqoda və onun yaxınlığında yaşayır. "Santyaqo Sentro" şəhərin inzibati bölgələrindən biridir və şəhər mərkəzini əhatə edir. Burada təxminən 230 min insan yaşayır. Santyaqo , Mapoço çayının sahilllərindən And dağlarının ətəklərindəki bir sırada yerləşmişdir. Tıxac və sənayenin sıxlğı çox vaxt havanın çirklənməsində problem yaradır. Belə ki, qış aylarında, şəhərin şərq sərhədləri ətrafında dağ silsilələrini seçmək çox çətindir. Yeni şəhərin tikintisinə Hippodamus sistemi üçün küçələri hazırlayan Pedro de Gamboa əmanət edilib. İqlimi quru və tempuraturu yüksəkdir. Keçmişdə müasir şəhər ərazisində İnklər yaşadı.
Santyaqo Kabrera
Santyaqo Kabrera (5 may 1978, Karakas) — Çilili aktyor. O, NBC superqəhrəman dramında qəhrəman İsaak Mendez, BBC-nin Merlin dram serialında Lanselot və BBC —nin The Musketeers serialında Aramis rolları ilə məşhurlaşmışdır.
Santyaqo Bernabeu stadionu
Santiaqo Bernabeu stadionu (ispanca. Estadio Santiago Bernabéu) — İspaniyanın Madrid şəhərində 1947-ci ildə inşa edilən stadion. Bu stadionun ev sahibi Real Madrid komandasıdır. Tikinti işləri 27 oktyabr 1944-cü ildə başlayır. 14 dekabr 1947-ci ildə mərasimlə açıldığında ilk ad olaraq Estadio Chamartín seçilmişdir. 4 yanvar 1955-ci ildə isə Real Madrid, stadionun adını bugünkü adı olan "Estadio Santiago Bernabéu" olaraq dəyişdirir. Stadion tutumu dəyişənlik göstərməkdədir. 1952-ci ildə 125.000 nəfərə çatmışdır. Stadionun yenilənmə işləri əsnasında tutumu azaldılmışdır. Bunun səbəbi UEFA standartlarındakı stadionların tamamilə oturacaqlı olmasıdır.
Çili Santyaqo Universiteti
Çili Santyaqo Universiteti (isp. Universidad de Santiago de Chile — USACH) — Çili universiteti. 18.738 tələbə (2004).
Milli İncəsənət Muzeyi (Santyaqo)
Milli təsviri sənət muzeyi (isp. Museo Nacional de Bellas Artes ) — Santyaqo şəhərində yerləşən bədii təsviri sənət muzeyi. Muzey 1880-ci il 18 sentyabr tarixində "Milli İncəsənət Muzeyi" adı altında yaradılıb və Cənubi Amerikanın ən qədim muzeyi kimi tanınır. 1910-cu ildən, Forestal parkında xüsusi möhkəm binada yerləşib. Muzeyin binası Çili arxitekturası Emiliya Jekura memarlığı üzərində qurulmuşdur. Muzeydə 1976-cı ilin aprel ayında tarixi Çili abidəsi aşkar edilmişdir. 1985-ci ildə meydana gələn zəlzələ nəticəsində binaya ziyan dəymişdi. Yenidənqurma işləri üç il davam etdi.
Santyaqo Müasir İncəsənət muzeyi
Santyaqo Müasir İncəsənət Muzeyi (isp. Museo de Arte Contemporáneo) — Çilinin paytaxtı Santyaqo şəhərində bədii muzey Santyaqo Müasir İncəsənət Muzeyi 15 avqust 1947-ci ildə açılmışdır . Hazırda Çili universitetlərinin incəsənət fakultələri tərəfindən idarə olunur və iki yerdə: Forestal parkında Cili milli incəsənət muzeyinin arxa hissəsində və Kinta-Normal parkında "Versal Sarayı" adlanan binada yerləşir. Santyaqo Müasir İncəsənət Muzeyinin kolleksiyasına iki min beş yüzdən artıq incəsənət əsəri, o cümlədən 1200 qravür, 450 fotoqrafiya, təxminən 600 şəkil, 200-ə yaxın rəsm, 90 heykəl eksponatı daxildir. Muzeyin kolleksiyasına XIX əsrin sonlarından müasir dövrədək yaşayıb yaratmış Roberto Matta, Qulermo Nunesa, Nemesio Antunesa, Matilda Peres, Xose Balmesa və sair Çili rəssamlarının sənət əsərləri də daxil edilmişdir. Bundan başqa, muzey eksponatları arasında Osvaldo Quayasamin, İsamu Noquti, Fridensrayx Xundertvasser, Devid Batçelor, İusus Ruis Nestos və Dino Brussone kimi tanınmış xarici rəssamların da əsərləri mühüm yer tutur.
Santyaqo Ramon-i-Kaxal
Santyaqo Ramon-i-Kaxal (1 may 1852[…] – 17 oktyabr 1934[…], Madrid) — Görkəmli ispan alimi, tibb elminin nevrologiya, patologiya kimi mühüm sahələrinin və histologiyanın dərin bilicisi, Santyaqo Ramoni Kahal dəyərli elmi araşdırmalar müəllifi kimi tanınır. Beyinin mikroskopik quruluşu ilə bağlı orijinal tədqiqatlar aparan alimin təsviri sənət sahəsində də xüsusi istedadı olmuşdur. Onun beyin hüceyrələrini təsvir edən yüzlərlə rəsm əsəri bu gün də tibb institutlarında tədris olunur. Məşhur alim tibb elminə "müasir nevrologiyanın atası" kimi daxil olmuşdur. 1852-ci ildə İspaniyanın Petilla de Araqon şəhərində dünyaya gəlmiş Kahalın atası Saraqos Universitetində tətbiqi anatomiya üzrə professor idi. Orta məktəb illərində üsyankar və dəcəl olduğu üçün dəfələrlə məktəbdən uzaqlaşdırılmışdır. On bir yaşında şəhər darvazasını dağıtdığına görə həbs olunması onun xasiyyəti barədə müəyyən bilgi verir. Uşaqlıq illərində pinəçilik və bərbərlik edən balaca Santyaqo elmə, xüsusən də tibb elminə böyük marağı ilə diqqəti cəlb etmişdir. Atası ilə anatomik atlas hazırlasa da, nəşr edilməmişdir. İllər ötdükdən sonra bu marağı onu Saraqosa Universitetinin tibb fakültəsinə gətirmişdir.
Milli təsviri sənət muzeyi (Santyaqo)
Milli təsviri sənət muzeyi (isp. Museo Nacional de Bellas Artes ) — Santyaqo şəhərində yerləşən bədii təsviri sənət muzeyi. Muzey 1880-ci il 18 sentyabr tarixində "Milli İncəsənət Muzeyi" adı altında yaradılıb və Cənubi Amerikanın ən qədim muzeyi kimi tanınır. 1910-cu ildən, Forestal parkında xüsusi möhkəm binada yerləşib. Muzeyin binası Çili arxitekturası Emiliya Jekura memarlığı üzərində qurulmuşdur. Muzeydə 1976-cı ilin aprel ayında tarixi Çili abidəsi aşkar edilmişdir. 1985-ci ildə meydana gələn zəlzələ nəticəsində binaya ziyan dəymişdi. Yenidənqurma işləri üç il davam etdi.
Santiaqo Roqe
Santiaqo Roqe (4 oktyabr 1966) — Kubanı təmsil edən stolüstü tennisçi. Santiaqo Roqe Kubanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Santiaqo-de-Kompostela
Santyaqo-de-Kompostela (qalis. Santiago de Compostela) — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin paytaxtıdır.
Santiaqo de Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Santiaqo de Kompostela
Santyaqo-de-Kompostela (qalis. Santiago de Compostela) — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin paytaxtıdır.
Santiago de Cali