Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Homo sapiens sapiens
Homo sapiens, Homo sapiens (insan) növlərinin üçqat adlandırılmış alt növlərindən biri, müasir insan. Homo sapiensin nəsli kəsilməmiş yeganə növüdür. 1997-ci ildə kəşf olunan yaxın qohumu Homo sapiens idaltu, təxminən 160.000 il əvvəl Afrikada yaşamışdır. Homo sapiens sapiens "düşündüyünün üstündə düşünə bilən insan" deməkdir. Bu fikri ilk dəfə Rene Dekart irəli sürmüşdür. Müasir insan bu gün bu alt növə aiddir, lakin çox vaxt sadəcə Homo sapiens olaraq adlandırılır.
Bulbophyllum sawiense
Bulbophyllum sawiense (lat. Bulbophyllum sawiense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Melaleuca sapientes
Melaleuca sapientes (lat. Melaleuca sapientes) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Sapienza Universiteti
Roma Sapientsa Universiteti (it. Sapienza Università di Roma) — İtaliyanın Roma şəhərində yerləşən ali təhsil müəssisəsi. Əsası 1303-cü ildə Papa VIII Bonifatsi tərəfindən qoyulmuşdur.
Archaic sapiens
Arxaik Homo sapiens, anatomik cəhətdən müasir bir görünüşə sahib olan insandan (Homo sapiens sapiens) fərqli olaraq 500.000 il əvvəl yaşamış Homo cinsinin bəzi növlərini əhatə edən geniş bir termindir. Termin Homo heidelbergensis, Homo rhodesiensis, Homo neanderthalensis və bəzən Homo antisessor növlərini əhatə edir. Neandertallar kimi böyük olan digər ibtidai insanlar, neandertallara məxsus olan, xüsusilə üz cizgilərindəki struktur xüsusiyyətlərini daşımırlar. Məlumdur ki, 1862-ci ildə K. Fokt insanların insanabənzər meymunlardan yaranması nəzəriyyəsini irəli sürmüşdür (simial nəzəriyyə). İnsanlarla meymunlar arasında aralıq mərhələ təşkil edən canlı varlıqların nə vaxtsa mövcud olduğunu əsas götürən Ernest Hekkel 1866-cı ildə onları meymun insan yaxud pitekantrop adlandırmışdı. Pitekantropların ilkin qalıqları 1891–1893-cü illərdə İndoneziyanın Yava adasında Solo çayı sahilində Trinil kəndi ərazisində Y. Dübua tərəfindən aşkar olundu. 1891-ci ildə diş qalıqları, 1892-ci ildə 3 kəllə sümüyü, diş və bud sümüyünün qalıqları aşkar olundu və 1893-cü ildə Avropaya gətirildi. Tapıntılar 1894-cü ildə ilk dəfə bioloji cəhətdən tədqiq edildi. Həmin dövrdə Yava tapıntılarının yaşı geoloji şkalaya uyğun olaraq 600 min il bundan əvvələ aid edilsə də, müasir dövrdə onların təxminən 2 milyon il bundan əvvəl mövcud olduqları müəyyənləşdirildi. Müasir dövrdə həmin tapıntılar ən qədim insanlara aid edilir və Arxantropların ilkin tapıntısı kimi qəbul olunurlar.
Discovery Science
Science Channel texnologiya, elm və planetlər ilə əlaqədar sənədli filmləri yayımlayan kanal.
Homo sapiens
Homo sapiens (lat. Homo sapiens; yəni Ağıllı insan), və ya sadəcə insan — primatların ən çoxsaylı və ən geniş yayılmış növü. Hominidlər (superfamiliya — meymunlar) fəsiləsinin Homo cinsinə aiddir və dik duruşu, növün digər nümayəndələri ilə ünsiyyət üçün nitqdən istifadə etməsi, əmək alətlərindən istifadə etməsi, habelə müstəsna dərəcədə inkişaf etmiş koqnitiv qabiliyyətləri kimi, o, beynin böyük ölçüsünə və struktur xüsusiyyətlərinə borcludur. İnsanlar — son dərəcə sosial canlılardır və ailədən tutmuş dövlətə qədər bir çox kooperativ və rəqabətli qruplardan ibarət mürəkkəb sosial strukturlar daxilində yaşamağa meyillidirlər. İnsanlar arasında müxtəlif sosial qarşılıqlı əlaqələrin nəticəsi sosial normaların və ictimai dəyərlərin, o cümlədən ritualların, dillərin, cəmiyyətdə maddi və qeyri-maddi mədəniyyətin digər təzahürlərinin yaranmasıdır. İnsanın ətraf aləmi, onun hadisələrini və həyata təsirini dərk etmək istəyi elm və texnikanın, eləcə də bir sıra başqa anlayışların, o cümlədən fəlsəfə, din və mifologiyanın yaranmasına səbəb olmuşdur. İnsanın müasir anatomiyası (lat. Homo sapiens sapiens) təqribən 300.000 il əvvəl Afrikada meydana gəlib, Heydelberq insanından (və ya Rodeziyalı insandan) təkamül edərək, Afrikadan köç edərək, tədricən birləşərək digər arxaik insanları əvəz etmişdir. Tarixlərinin çox hissəsində insanlar köçəri həyat tərzi sürən ovçu-yığıcılar olublar. Müasir tipli davranışı insanlar təxminən 160.000 — 60.000 il əvvəl nümayiş etdirməyə başladılar.
Science Adventure
Science Adventure (科学アドベンチャー, Kagaku Adobenchā, azərb. Elm macərası‎) — 5pb. və Nitroplus şirkətləri tərəfindən yaradılmış videooyun franşizi. Franşiz hazırda beş əsas vizual romandan ibarətdir: "Chaos;Head", "Steins;Gate", "Robotics;Notes", "Chaos;Child" və "Steins;Gate 0". Hər bir vizual roman əsasında sikvellər, spin-offlar, eləcə də, anime və manqalar istehsal olunmuşdur. Chaos;Head (カオスヘッド, Kaosu Heddo, azərb. Xaos;zirvəsi‎) franşizin ilk oyunudur, 2008-ci ilin aprelində Microsoft Windows üçün buraxılmışdır. "Sayıqlama elmi macəra" (妄想科学ADV, Mōsō Kagaku Adobenchā) kimi təsvir edilmişdir. Hadisələr 2009-cu ildə baş verir. Takumi Nişico adlı hikikomorinin bir neçə qətlin arasında qalmasından bəhs edir.
Science Channel
Science Channel texnologiya, elm və planetlər ilə əlaqədar sənədli filmləri yayımlayan kanal.
Typhlodromus sapiens
Typhlodromus sapiens (lat. Typhlodromus sapiens) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus sapiens Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Pamela Spence
Pamela Spence Türkiyəli rok müğənni. 25 fevral 1973-cü ildə Almaniyanın Haydelberq şəhərində anadan olub. Atası milliyyətcə amerikalı, anası isə türkdür. 15 yaşında ana dili olan türk dilinə yiyələndikdən sonra bir çox türk filmlərində çəkilmiş, vokalist kimi çıxış etmişdir. Pamela Ankara Dövlət Konservatoriyasının Teatr bölümünün məzunudur.
Roma Sapienza Universiteti
Roma Sapientsa Universiteti (it. Sapienza Università di Roma) — İtaliyanın Roma şəhərində yerləşən ali təhsil müəssisəsi. Əsası 1303-cü ildə Papa VIII Bonifatsi tərəfindən qoyulmuşdur.
Christian Science Monitor
Christian Science Monitor (tələffüzü "Krisçen Sayens Monitor") — bazar ertəsindən cümə gününə qədər İnternetdə gündəlik olaraq çap olunan beynəlxalq qəzet. 1908-ci ildə Xristian Elmi Kilsəsinin qurucusu Meri Beyker Eddi tərəfindən qurulmuşdur. Qəzetdə beynəlxalq xəbərlər və ABŞ cəmiyyətində baş verən aktual hadisələri işıqlandırır. KSM-in "Ana Forum" səhifəsində gündəlik dini məqalələr yer alır, lakin onlar dinə dönüş platforması olmadıqlarını bildirilər. 28 oktyabr 2008-ci ildə redaktor Con Yemma, Christian Science Monitor veb nəşrinə diqqət ayırmaq üçün çap nəşrlərin dayandırılacağını bildirdi. KSM həftəlik çap nəşri əvəzinə daha çox beynəlxalq xəbərlərə fokuslanan gündəlik xəbərlər dərgisi nəşr edəcək. Christian Science Monitor adına baxmayaraq dini mövzulu qəzet deyil və öz himayəçi kilsəsinin doktrinasını təbliğ etmir. Lakin qurucusu Eddinin istəyi ilə Christian Science Monitor qəzetinin hər sayında gündəlik dini məqalələr yer alır. Eddi həmçinin qəzetin başlığına Xristian Elmi kəlməsininin daxil edilməsini tələbi ilə çıxış etdi, bu da əvvəlcə dini mənsubiyyətə istinadın dünyəvi dinləyiciləri özündən uzaqlaşdıracağına inanan onun bəzi məsləhətçilərinin etirazı ilə qarşılandı. Eddi, Christian Science Monitor-un missiyasının "heç kimə zərər verməmək və bütün insanlığa xeyir-dua vermək" olduğunu açıqladı.
Homo sapiens idaltu
Homo sapiens idaltu, Homo sapiens (insan) növlərinin üçlü adlandırılmış, nəsli kəsilmiş yarımnövlərindəndir. 1997-ci ildə kəşf edilmişdir. Təxminən 160.000 il əvvəl Pleystosen dövründə Afrikada yaşamışdır. Latın dilində termin olan Homo sapiens idaltu, təxminən “müdrik qoca” kimi tərcümə olunur. Efiopiyada tapılan yetkin kişi fosilinin beyin həcmi 1450 sm³-dir.
Science.gov.az
Science.az — Azərbaycanda yaradılmış ilk veb-saytdır. AMEA-nın rəsmi veb-portalı olaraq www.ab.az adı ilə 1995-ci ildə istismara verilmişdir. Science.az ölkədə fəaliyyət göstərən İnternet-media orqanları arasında öz çəkisinə, əhatə genişliyinə görə seçilən və böyük oxucu kütləsinə malik portallardandır. Portal böyük informasiya bazası və güclü axtarış imkanlarına malikdir. Science.gov.az AMEA-da fəaliyyət göstərən alimlərin dünyanın tanınmış elmi qurumlarıilə əlaqə yaratması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün vasitəçi rolunu oynayır. Azərbaycan elminin təbliği istiqamətində fəaliyyət göstərdiyi illər ərzində portal bütün ölkə üzrə ən etibarlı məlumat mənbələrindən birinə çevrilib. AMEA-nın fəaliyyətinin işıqlandırılması işini uğurla davam etdirən bu resurs, həm də ölkədə ilk internet jurnalistika məktəbidir. Əsas məqsədi AMEA haqqında müvafiq məlumatların, onun coxşaxəli fəaliyyətinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, həmçinin akademiyanın əməkdaşlarının beynəlxalq elmi informasiya məkanı ilə əlaqələrinin təmin edilməsidir. Azərbaycan Respublikasında ilk veb-sayt olan science.az 1995-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda akademik Əli Abbasovun rəhbərliyi altında fəaliyyətə başlamışdır. Portal 3 inkişaf dövrünü geridə qoymuşdur.
Science & Faith (albom)
Science & Faith albomu — The Script rok qrupunun sayca 2-ci albomudur. 13 sentyabr 2010-cu ildə çıxış etmişdir. Bu albom "The Script albomu"na nisbətən daha uğurlu olmuşdur. ABŞ , Böyük Britaniya və Avropada böyük satış rekordları vurmuşdur. Albomun trek listi: "You Won’t Feel A Thing, For the First Time, Nothing, Science & Faith, If You Ever Come Back, Long Gone and Moved On, Dead Man Walking, This = Love, Walk Away, Exit Wounds". Albomun 4 trekinə klip çəkilmişdir. Bunlara: "For the First Time, Nothing, Science & Faith, If You Ever Come Back".
Web of Science
Web of Science (WoS; əvvəllər Web of Knowledge kimi tanınıb) akademik jurnallardan, konfrans materiallarından və müxtəlif akademik fənlər üzrə sənədlərdən istinad və sitat məlumatları üzrə çoxsaylı verilənlər bazasına girişi təmin edən (adətən internet vasitəsilə) ödənişli platformadır. O, əvvəlcə Elmi İnformasiya İnstitutu tərəfindən hazırlanmışdır. Hazırda o, Clarivate şirkətinə məxsusdur (əvvəllər Thomson Reuters-in olub). Sitat indeksi elmdə sitatların oxşar tədqiqat mövzuları arasında əlaqə rolunu oynaması və müqayisəyə və ya jurnal məqalələri, konfrans materialları, tezislər və s. kimi əlaqəli elmi ədəbiyyata səbəb olması faktına əsaslanır. Bundan əlavə, müəyyən bir sahədə və ya birdən çox intizamda ən böyük təsir göstərən ədəbiyyat sitat indeksi vasitəsilə asanlıqla yerləşdirilə bilər. Məsələn, bir məqalənin təsirini ona istinad edən bütün sənədlərlə əlaqələndirməklə müəyyən etmək olar. Bu yolla, cari tendensiyalar, nümunələr və ortaya çıxan tədqiqat sahələri qiymətləndirilə bilər. "Akademik ədəbiyyatın sitat indeksləşdirilməsinin atası" Yucin Qarfild Elm Sitat İndeksini işə saldı və bu da öz növbəsində Web of Science-a səbəb oldu : Web of Science istifadəçiyə verilənlər bazası məlumatlarını vaxtında əldə etməyə, təhlil etməyə və yaymağa imkan verən birləşdirici tədqiqat vasitəsi kimi təsvir edilir. Bu, müxtəlif axtarış terminləri və müxtəlif məlumatlar üçün ontologiya adlanan ümumi lüğətin yaradılması sayəsində həyata keçirilir.
Sant'İvo alla Sapienza
Sant'İvo alla Sapienza kilsəsi (it. Chiesa di Sant’Ivo alla Sapienza) — İtaliyanın paytaxtı Roma şəhərində yerləşən katolik məbədi və XVII əsrin parlaq və füsunkar barokko üslubunun təkrarolunmaz nümunəsidir. Dahi Borromini yaradıcılığının və ustalığının tanınmış incilərindən sayılan bu kilsə, Navona meydanından bir qədər şərqdə, daha dəqiq desək, Korso del Rinaşimento küçəsində yerləşir, ancaq hündür binaların fasadları kilsəni tam şəkildə seyr etməyə maneəçilik törədir. Mərkəzi binanın unikal memarlıq dizaynı və qəliz konçetto simvolikası onu, Romanın ən orijinal və gözəl kilsələrindən birinə çevirir. Kilsə yezuitlər ordeninin patronu, hüquqşünasların isə himayədarı olmuş Bretanlı İvoya ithaf olunmuşdur. Sant'İvo 1303-cü ildə birbaşa Vatikana təhtəlhesab olmuş kapella binası kimi Roma Papası VIII Bonifasi tərəfindən təsis edilmiş və bu bina daha sonralar La Sapienza Universitetinin formalaşması üçün əsas olmuşdur. Kilsə artıq mövcud olmuş, 1564–1630-cu illər arasında əsasən gecikmiş İntibah dövrünün memarı Cakomo della Portanın tərtib etdiyi layihə əsasında tədricən ucaldılan Palazzo della Sapienza sarayının tikili kompleksini haşiyələndirən köndələn və düzbucaq həyətində quraşdırılmalı idi. Kilsə başlanğıcda Müqəddəs Fortunataya həsr edilmişdir. Daha sonralar isə bu kilsə ilə digər müqəddəslərin — Müqəddəs Böyük Levin, La Sapienza Universitetinin rektorları olmuş konsistoriya hüquqşünaslarının himayədarı və ilahi xilaskarı Müqəddəs İvo, eləcə də təqdisetmə mərasimi münasibətilə kilsəyə təqdim olunmuş məzlum Müqəddəs Aleksandr adı ilə əlaqələndirilmişdir. Hələ memar della Portanın Romada fəaliyyət göstərdiyi illərdə Universitet kapellası üçün mərkəzi binanın inşa edilməsi planlaşdırılırdı, lakin o dövrdə kifayət qədər vəsaitin olmaması, bu ideyanın reallaşdırılmasına əngəl törətmişdir.
Sapiens: Bəşəriyyətin qısa tarixi
Sapiens: Bəşəriyyətin qısa tarixi Yuval Noy Hararinin 2011-ci ildə nəşr olunan və 2014-cü ildə ingilis dilinə, 2015-də isə türkcəyə çevrilən kitabıdır. Harari kitabında Jared Diamondun Tüfəng, Mikrob və Polad kitabının onun üçün ən böyük ilham mənbəyi olduğunu bildirmiş və bunun səbəbini çətin suallara elmi cavab vermənin mümkün olması kimi göstərmişdir. Sapiens: Bəşəriyyətin qısa tarixi, daş dövründən iyirmi birinci əsrə qədər qədim insan növlərinin təkamülünə diqqət ayırır. Müəllifin əsas ideyası, Homo Sapiensin iş birliyi bacarığı ilə dünyaya hakim olmasıdır. Bundan əlavə, Harari yazılı tarixdən əvvəlki Sapienslərin Neandertallar və digər insan növlərinə qarşı soyqırım həyata keçirdiyini və onları yer üzündən sildiyini bildirməsi ilə yanaşı, həmçinin Neandertalların və Homo Sapienslərin hər zaman mübarizə aparmadıqlarını və hətta cütləşdiklərini də vurğulamışdır. Kitabda Homo Sapiensin özünəməxsus tanrılar, millətlər, pul və insan hüquqları kimi uydurma şeylərə inanma qabiliyyəti sayəsində kütləvi şəkildə hərəkət edə bilmək qabiliyyəti olduğunu iddia etmişdir. Yazıçı, dinlərin, siyasi sistemlərin, ticarət şəbəkələrinin və hüququn qondarma olduğunu iddia edir. Pulun qarşılıqlı etimada əsaslanan bir sistem olması; kapitalizmin iqtisadi bir nəzəriyyədən çox dini bir fenomen olması; aqrar inqilabın rifah məqsədi ilə başlayıb və sonda insanların həyatını məhv etməsi; imperiya sisteminin son 2000 ilin ən yaxşı siyasi sistemi olması; pulun, imperatorluğun və dinlərin dünyanı birləşdirən qüvvələrə çevrilməsi iddiası; heyvanların əhliləşdirilməsinin tarixin ən böyük cinayətlərindən biri olduğu iddiası; bugünkü insanların qətiyyətlə keçmişdə yaşamış insanlardan daha xoşbəxt olmaması və insanların özlərini ilahiləşdirmə mərhələsinə keçirdikləri iddiası kitabdakı digər təəccüblü iddialar sırasındadır. 30-dan çox dilə tərcümə olunmuş kitab 2015-ci ildə Çin Milli Kitabxanasının Wenjin Kitab Mükafatını qazanmışdır.
Social Science Research Network
SSRN (ing. Social Science Research Network — Sosial Elm Tədqiqat Şəbəkəsi) — sosial və humanitar elmlər üzrə preprintlərin anbarı. SSRN 1994-cü ildə hər iki maliyyə iqtisadçısı Maykl Censen və Ueyn Marr tərəfindən qurulmuşdur. 2013-cü ilin yanvar ayında SSRN, anbar reytinq şəbəkələri (İspaniyanın Milli Tədqiqat Şurasının Cybermetrics Labruen tədqiqat qrupunun təşəbbüsü) tərəfindən dünyanın ən böyük açıq mənbəli deposu olaraq tanındı, PDF, geri keçid və Google Scholar nəticələrinə görə ölçüldü. May 2016-cı ildə SSRN, Elsevier tərəfindən Social Science Electronic Publishing Inc şirkətindən satın alındı. 2016-cı ilin iyul ayında sənədlərin SSRN-dən əvvəlcədən xəbərdarlıq edilmədən çıxarıldığı barədə məlumatlar var; SSRN-in redaksiya şərhləri bunun müəllif hüquqları ilə əlaqəli olduğunu göstərir.SSRN SEO-su Qreqq Qordon, məsələni 20 məqaləni təsir edən bir səhv adlandırdı. SSRN 2017-ci ildən başlayaraq biologiya, kimya, mühəndislik, tibb, kompüter elmi və daha çox sahələrdə yeni fənlər əlavə edir. 2020-ci ildə Koulz Fondu, xidmətin pisləşdiyini və RePEc-in iş sənədləri göndərmək üçün daha yaxşı bir alternativ olduğunu iddia edərək SSRN ilə maliyyə münasibətlərinə son verdi.
Verilənlər elmi (Data Science)
Verilənlər elmi (Data Science) informasiyanın alınması üsullarına sahib olmaqdır. “Data science” termin kimi ilk dəfə 1960-cı illərdə kompüter elmlərinin pionerlərindən sayılan Peter Naur tərəfindən “Datalogy, the science of data and of data processes and its place in education” adlı məruzəsində səsləndirilmiş , fənn kimi isə keçən əsrin 60-cı illərindən formalaşmağa başlamışdır. Bu 1966-cı ildə Elm və Texnika üçün Məlumat Komitəsinin (CODATA – International Council for science: Committee on Data for Science and Technology) təsis edilməsinə təsadüf edir . 1974-cü ildə Peter Naur “Concise Survey of Computer Methods in Sweden and the United States” kitabında verilənlərin müasir emal metodlarının icmalını vermiş və verilənlər haqqında elmi rəqəmsal verilənlərin həyat dövrünü (yarandığı andan başqa bilik sahələrinə təqdim olunmaq üçün edilən dəyişikliklərə qədər) öyrənən bir fənn kimi təyin etmişdir. Ancaq, termin 1990-cı illərdə geniş istifadə olunmağa başlamış və 2000-ci illərin əvvəllərindən hamı tərəfindən qəbul edilmişdir. 2001-ci ildə Purdue Universitetinin professoru, statistika, verilənlərin vizuallaşdırılması, maşın təlimi sahəsində tanınmış mütəxəssis Uilyam Klivlend (William S. Cleveland) statistik tədqiqatların texniki aspektlərinin inkişaf planı (Data Science: An Action Plan for Expanding the Technical Areas of the Field of Statistics) adlı tədqiqatında diqqəti “data science” fənninin tədrisi məsələsinə yönəltmişdir . O, planda “data science”-i ayrıca akademik fənn kimi irəli sürmüşdür. Bu da “data scientist” adlanan kadrların hazırlanmasına marağı stimullaşdırmışdır. Təsadüfi deyildir ki, təxminən əmin vaxtdan da CODATA-nın “Data Science Journal”-ı (2002-ci ildən) nəşr olunmağa başlanmışdır. Verilənlər elmi ənənəvi informatikadan başlayaraq riyaziyyata qədər müxtəlif sahələr üzrə bacarıq və vərdiş tələb edir.