Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Natrolit
Natrolit – Na2 [Al2Si3O10] · 2 H2O — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Manqanlı natrolit, litiumlu natrolit. Rəng – qar kimi ağ, rəngsiz, sarımtıl, sarı, qırmızımtıl, kərpici-qırmızı, bəzən qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ipəyi, sədəf; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,26; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – {110} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; pilləli, tikanlı; Başqa xassələr– piroelektrik və pyezoelektrik xassələri; yüksək sorbsiya qabiliyyəti; Morfologiya – kristallar: nazik prizmatik, sap şəkilli, sütunvari; İkiləşmə: {110} və {011} üzrə; Mineral aqreqatları: çubuq formalı, radial-şüalı, lifli, torpaqvari, sıx, bəzən bütöv kütlələr, irikristallik bloklar, sferolitlər, kollomorf əmələgəlmələr, kristallik qabıqlar. Effuziv süxurların–bazalt və andezitlərin tipik mineralı olub, badamvari boşluqlarda müşahidə edilir. Nefelin və sodalitin hidrotermal dəyişilmə məhsulu kimi qələvi intruziv və effuziv süxurlarda – nefelinli siyenitlərində və bazaltlarda rast gəlir. Qələvi peqmatitlərdə en kəsiyi bəzən 1 m2-ə çatan irikristallik monomineral bloklar təşkil edir. Hidrotermal damarlarda, qneyslərdə, habelə sement kimi nefelinit palaqonit tuflarında müəyyən edilmişdir. Birlikdə rast gəldiyi minerallar: kalsit, geylandit, skoletsit, stilbit, şabazit, mezolit, analsim. Mineralın tapıldığı yerlər: Usti, Çeşska Lipa (Çexiya); Rodope (Bolqarıstan); Vişnyovıye və İlmen dağları, Kola yarımadası (Rusiya); Havay adaları və b.
Skapolit
Skapolit (Na, Ca)4 (Cl, CO3) [Al (Si, Al) Si2O8]3 — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Marialit (Ma) – Na8 [(Cl2, SO4, CO3) | (AlSi3O8)6] — meyonit (Me) – Ca8 [(Cl2, SO4, CO3)2 | (Al2Si2O8)6] izomorf sırasının dəyişkən tərkibli mineral növüdür. Qlavkolit – skapolitin mavi və ya göyümtül-bənövşəyi, stroqanovit – bozumtul-yaşıl növ müxtəliflikləri. Rəng – ağ, boz, açıq-sarı, yaşılımtıl, bozumtul-yaşılımtıl, mavi, tünd-göy, yaxud qırmızı, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; ayrılma müstəvilərində sədəfiyədək; Şəffaflıq – işıqkeçirən, tutqun, nadir hallarda – şəffaf; Sıxlıq – 2,60–2,75; Sərtlik – 5–6; Kövrəkdir; Ayrılma – {100} üzrə orta, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – pilləli-qeyri-hamar, qabıqlı; Morfologiya – kristallar: prizmatik kristallarının en kəsiyi, adətən, kvadrat formalı olur; Mineral aqreqatları: dənəvər, sıx, şüalı, lifli kütlələr, druzalar. Ən çox kontakt — metasomatik (skarnlar; dəmir filizi və şeelit yataqları) və metamorfik (mərmərlər, qneyslər, qranulitlər, şistlər, amfibolitlər) əmələgəlmələrdə yayılmışdır. Bəzən alp tipli damarlarda, peqmatitlərdə, habelə hidrotermal-dəyişilmiş əsasi süxurlarda, druzalar şəklində vulkanik süxur boşluqlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, qranatlar, piroksenlər, kalsit, floqopit, epidot, apatit, daşkəsənit, vollastonit, maqnetit, kobaltin, şeelit və b. Mineralın tapıldığı yerlər: Madaqaskar adası; Tosatal (İtaliya); Tunaberq (İsveç); Parqas ad. (Finlandiya); Arendzal (Norveç); Pribaykalyedə Slyudyanka və Bıstraya çay hövzələri, Uralda İlmen dağları (Rusiya) və b.
Samolit
Böyük Samolit dağı
Samolit aşırımı
Samolit aşırımı — Baş Qafqaz silsiləsində yerləşən dağ keçidi. Aşırımın hündürlüyü 3260 m (digər mənbələrə görə 3240,4 m) təşkil edir. Böyük Samolit dağıının cənub-qərbində, Azərbaycan Respublikası (Zaqatala rayonu) və Rusiya Federasiyası (Dağıstan Respublikası) sərhədində yerləşir. Aşırımın şimal yamacının qırışıqlarında Samolit gölləri qrupunun ən böyük olanı Samolit gölü yerləşir.
Böyük Samolit dağı
Böyük Samolit dağı — Baş Qafqaz silsiləsində, Zaqatala rayonunun Dağıstanla sərhədində zirvə. Hündürlüyü 3452 m. Tala çayının mənbəyi buradadır. Bu çayın qollarından biri də dağın adı ilə Samolit çayı adlanır. Oronim qədim türk dillərindəki samal (tutqun, dumanli, ganli, qaranlıq) və -it (şəkilçi) komponentlərindən düzəlib, "başı dumanlı zirvə" mənasındadır.
Kiçik Samolit dağı
Böyük Samolit dağı — Baş Qafqaz silsiləsində, Zaqatala rayonu ilə Dağıstanın sərhədində aşırım. Hündürlüyü 3260 m. Bu aşırımdan keçən yol Qaraçay ilə Samur çayının hövzələrini birləşdirir. Oronim qədim türk dillərindəki samal (tutqun, dumanlı, ganlı, qaranlıq) və -it (şəkilçi) komponentlərindən düzəlib, "başı dumanlı zirvə" mənasındadır.