Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarıqarın marmot
Sarıqarın marmot (lat. Marmota flaviventris) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Sarıqarın siçan
Sarıqarın meşə siçanı (lat. Sylvaemus sulvipectus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.
Sarıqamış
Azərbaycanda Sarıqamış (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Sarıqamış (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Türkiyədə Sarıqamış (Qars) — Türkiyənın Qars vilayətində ilçə.
Qaraqarın bağrıqara
Qaraqarın bağrıqara (lat. Pterocles orientalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi sarımtıl—bozdur, döşündə kiçik qara xallar var. Qarnı qaradır. == Yayılması == Şərqi Avropa, Asiya və Şimali Afrikada yayılıb. Azərbaycanda Kür-Araz ovalığında, Şirvanda, Abşeron-Qobustanda, Acınohur-Ceyrançöldə, Naxçıvanda məskunlaşır. Yaşayış yerləri kəskin azalıb. == Həyat tərzi == Səhra, yarımsəhra və digər bozqır landşaftlar yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda oturaqdır.
Qaraqarın susüpürən
Qaraqarın susüpürən (lat. Sterna acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Sarıqamış (Bukan)
Sarıqamış (fars. ساري قميش‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 943 nəfər yaşayır (184 ailə).
Sarıqamış (Neftçala)
Sarıqamış — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik,maldarlıq və balıqçılıqdır. == İnfrastrukturlar == Kənd əhalisinə xidmət üçün 35 saylı kitabxana fəaliyyət göstərir. Hal-hazırda infrastruktur təmir məqsədilə fəaliyyətini dayandırmışdır.
Sarıqamış (Qars)
Sarıqamış — Qars ilinin ilçəsi. == Tarixi == Sarıqamış Türkiyənin şimal qərbində Qars vilayətinə aid qəsəbədir. Kiçik qəsəbədir, amma adı Türkiyə və I Dünya Müharibəsi tarixinə düşmüş bir məkandır. Osmanlı İnperiyası ilə Çar Rusiyası arasında 1878-79-cu illərdə baş vervmiş Balkan müharibəsində bu ərazilər Çar ordusu tərəfindən işğal edilmişdir. O vaxtdan 1920-ci ilə qədər bu ərazilər Çar Rusiyası tərəfindən idarə edilib.Rəsmi məlumatlara görə bu dağlarda hücum zamanı 60 min Osmanlı əsgəri donaraq ölmüşdü. Müharibə şəraitində güllə atmadan bu qədər insanın ölümü “Sarıqamış faciəsi” adlandırılır.
Sarıqamış (Samux)
Sarıqamış — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Sarıqamış kəndi Seyidlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıqamış kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin bir qismi Mingəçevir SES-nin tikintisi ilə əlaqədar keçmiş Samux rayonunun Köbər kəndindən köçüb gələnlərdən ibarət olduğu üçün kənd bəzən qeyri-rəsmi olaraq Köbərlilər də adla­nır. Kənd sarı qamış bitən ərazidə salındı­ğından belə adlandırılmışdır. Ukraynanın Zaparojye şəhərinin adı da 1770-ci ilə qədər Sarıqamış olmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Qoşqarçayın (Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisinin sayı 634 nəfərdir.
Sarıqamış (Çaroymaq)
Sarıqamış (fars. ساري قمش‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (8 ailə).
Sarıqamış döyüşü
Sarıqamış hərəkatı — Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində Rusiya çarlığının qələbəsi ilə nəticələnmişdir. == Məqsəd == 1914-cü ilin noyabr ayında Azap və Köprüköyə hücum edən rus qoşunlarını məğlub edən III Ordunun komandanı Həsən İzzət paşa, rus ordusunu təqib etmək yerinə öz ordusunu 15 km geriyə çəkmişdi. O dövrdə Osmanlı ordusunun əsas məqsədi rus ordusunu məğlub edərək Bakı neftinə çatmaq və Alman imperiyasının sənaye ehtiyacını qarşılamaq idi. Bundan əlavə 1877-1878-ci il müharibəsindəki torpaq itkilərini (Batum, Qars, Ərdahan, Sarıqamış və Artvin) geri qaytarmaq üçün 1914-cü ildə Osmanlı dövlətinin baş komandan vəkili və Hərbi nazir Ənvər Paşa, Sarıqamış hərəkatının planını öz qərərgah zabitlərinə təqdim etdi. Həm Osmanlı, həm də alman zabitləri bu planı qəbul etmişdir. == Qüvvələr == Şərqi qorumaqla vəzifələndirilən ordu III Ordu idi. Bu planı isə III Ordunun IX, X və XI Ordu korpusları və II Süvari tüməni tədbiq etməli idi. III Ordunun qərərgahı və IX Ordu korpusu Ərzurum qalasında, XI Ordu korpusu Elazığ qalasında bə X Ordu korpusu Sivasda yerləşmişdi. III Ordu IX Ordu korpusu - Əhməd Fevzi paşa X Ordu korpusu - polkovnik Hafiz Haqqı paşa XI Ordu korpusu - Əbdül Kərim paşa II Süvari tüməni III Ordunun ümumi gücünün 125.000 nəfər olduğu deyilsə də, bu saya döyüşçü olmayan nəqliyat birlikləri, anbar alayı, hərbi polis də daxil idi.
Sarıqamış gölü
Sarıqamış gölü türkm. Sarygamyş köli, özb. Sariqamish ko‘li, Сариқамиш кўли) — Sarıqamış çökəkliyində yerləşən axarı olmayan olduqca duzlu göl. İnzibati cəhətdən Türkmənistan və Özbəkistan ərazilərində yerləşir. Xəzər dənizi ilə keçmiş Aral dənizi ərazisində qərarlaşır. Özbəkistana aid hissə cəmi ümumi gölün ¼ təşkil edir. Gölün ancaq şimal-qərbi Özbəkistana yerdə qalan hissəsi isə Türkmənistana mənsubdur. Türkmənistan ərazisində yerləşən ən böyük gölldür. Göldən xörək duzu tədarük edilir. == Adının etmalogiyası == Adının mənası göründüyü kimi «Sarı» (rəng) və qamış sözlərinin birləşməsindən əmələ gəlmişdir == Coğrafiya və hidrologiya == Sarıqamış gölü Sarıqamış çökəkliyinin mərkəzində yerləşir.
Sarıqamış hərəkatı
Sarıqamış hərəkatı — Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində Rusiya çarlığının qələbəsi ilə nəticələnmişdir. == Məqsəd == 1914-cü ilin noyabr ayında Azap və Köprüköyə hücum edən rus qoşunlarını məğlub edən III Ordunun komandanı Həsən İzzət paşa, rus ordusunu təqib etmək yerinə öz ordusunu 15 km geriyə çəkmişdi. O dövrdə Osmanlı ordusunun əsas məqsədi rus ordusunu məğlub edərək Bakı neftinə çatmaq və Alman imperiyasının sənaye ehtiyacını qarşılamaq idi. Bundan əlavə 1877-1878-ci il müharibəsindəki torpaq itkilərini (Batum, Qars, Ərdahan, Sarıqamış və Artvin) geri qaytarmaq üçün 1914-cü ildə Osmanlı dövlətinin baş komandan vəkili və Hərbi nazir Ənvər Paşa, Sarıqamış hərəkatının planını öz qərərgah zabitlərinə təqdim etdi. Həm Osmanlı, həm də alman zabitləri bu planı qəbul etmişdir. == Qüvvələr == Şərqi qorumaqla vəzifələndirilən ordu III Ordu idi. Bu planı isə III Ordunun IX, X və XI Ordu korpusları və II Süvari tüməni tədbiq etməli idi. III Ordunun qərərgahı və IX Ordu korpusu Ərzurum qalasında, XI Ordu korpusu Elazığ qalasında bə X Ordu korpusu Sivasda yerləşmişdi. III Ordu IX Ordu korpusu - Əhməd Fevzi paşa X Ordu korpusu - polkovnik Hafiz Haqqı paşa XI Ordu korpusu - Əbdül Kərim paşa II Süvari tüməni III Ordunun ümumi gücünün 125.000 nəfər olduğu deyilsə də, bu saya döyüşçü olmayan nəqliyat birlikləri, anbar alayı, hərbi polis də daxil idi.
Sarıqamış Qışlaq (Bükan)
Sarıqamış Qışlaq (fars. ساري قميش قشلاق‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 463 nəfər yaşayır (77 ailə).
Sarıqamış döyüşü (1920)
Sarıqamış döyüşü — 29 sentyabr 1920-ci il tarixində türk Ankara Hökuməti ilə Ermənistan Demokratik Respublikası arasında baş vermiş döyüş. == Döyüşdən öncə == 17–18 yanvar 1919-cu ildə Qarsda keçirilən konqresdə Cənub-Qərbi Qafqaz Demokratik Respublikası Müvəqqəti Milli Şurası quruldu. Əvvəllər bu şuraya tərəfsiz olan ingilislər sonrada hökuməti tanımayacaqlarını ifadə etdilər və Qars bölgəsinin Ermənistana verilməsini təkid etdilər. Bundan sonra müvəqqəti hökumət özünü buraxdı və Qars bölgəsi ermənilərə qaldı. Qısa zamanda hərəkətə keçən Erməni qüvvələri 17 fevral 1920-ci ildə Çıldıra qədər irəlilədilər. İngilislər Artvin bölgəsinin Gürcülərə verilməsini istəyirdi. Ərdəhan və Batumidə hakimiyyəti ələ keçirdiyini bildirən "Qars Milli İslam Şurası" adlı hökumət Gürcülər tərəfindən dağıdıldı. Bu hadisələrlə paralel olaraq Batumidə "İslam Gürcüstanı" təşkilatı bölgənin Gürcüstana birləşdirilməsi üçün çalışırdı. 1920-ci ildə Artvin, Ardanuç, Şavşat və Batumidə ingilislər çıxdıqdan sonra hakimiyyət Gürcülərin əlinə keçdi. == Döyüş == Gürcü və Erməni birliklərin irəlilədiyi bir vaxtda Mustafa Kamal Atatürk Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir paşadan səfərbərlik başladıb Dağıstan və Azərbaycan hökumətləri ilə əlaqə qurması istədi.
Arıların anatomiya və fiziologiyası
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.