HEMOQLOBİN

[yun. haima-qan və lat. qlobus-kürəcik] гемоглобин (ивидин яру шарикрин составдик квай ва ивидик ярувал кутазвай затӀ).
HELİUM
HEPATİT
OBASTAN VİKİ
Hemoqlobin
Hemoqlobin, Hb (q.yun. αἷμα — qan və lat. globus — kürə) — insan daxil olmaqla onurğalı və bəzi onurğasız heyvanların qanının tərkibində dəmir olan qırmızı piqment. Kimyəvi tərkibinə görə mürəkkəb zülaldır. Eritrositlərin əsas tərkib hissəsi olub, tənəffüs fermentidir və qanın tənəffüs funksiyasını təmin edir. Hemoqlobin plazmada deyil, eritrositlərin daxilində yerləşir. Bununla qanın qatılığını azaldır. Əgər hemoqlobin bu miqdarda plazmada həll olunsa idi qanın qatılığı bir neçə dəfə artar və nəticədə ürəyin işi və qan dövranı çətinləşərdi. Digər bir tərəfdən hemoqlobin eritorsitlərin içində olmaqla plazmanın onkotik təzyiqini azaldır, bununla da toxumaların susuzlaşmasının qarşısını alır. Kimyəvi strukturuna görə hemoqlobin xromoproteindir.

Значение слова в других словарях