Sarıdərə dağı
Sarıdərə dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3753,8 m). Zəngəzur silsiləsinin suayrıcısında, Ayçınqıl (3797,0 m) və Azərməsçid (3474,7 m) aşırımlarının arasında zirvə. Vənəndçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, monsodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş, konusvari və sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.