Sarıdərə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən abidələr kompleksi.
Sarıdərə yaşayış yeri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şahbuz |
Yerləşir | |
Aidiyyatı | Tunc dövrü |
Tikilmə tarixi | e.ə. III – I miniliklər |
Üslubu | arxeoloji abidə |
İstinad nöm. | 2083 |
Kateqoriya | Nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Sarıdərə yaşayış yeri Şahbuz rayonun Aşağı Remeşin kəndi yaxınlığında, Küküçayın sağ sahilində, hündür təpə üzərində yerləşir. Abidə tunc dövrünə aid edilir.
Yaşayış yeri hər tərəfdən dərin dərələrlə sərhədlənir. Abidə oval planda olub iki terrasdan ibarətdir. Abidənin sahəsi 1500 m² – dir. Burada tikinti qalıqlarına təsadüf edilmişdir. Yerüstü materiallar çəhrayı və boz rəngli gil məmulatından ibarətdir.
Təpənin yamacında boz və qara rəngli tufdan hazırlanmış dən daşlarına təsadüf edilmişdir. Tapıntıların təhlili və analizi Sarıdərə yaşayış yerinin e.ə. III – I minilliklərə aid olmasını göstərmişdir.[1]