Sarıdərə dağı

Sarıdərə dağıOrdubad rayonu ərazisində dağ (hünd. 3753,8 m). Zəngəzur silsiləsinin suayrıcısında, Ayçınqıl (3797,0 m) və Azərməsçid (3474,7 m) aşırımlarının arasında zirvə. Vənəndçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, monsodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş, konusvari və sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.[1]

Sarıdərə dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3753,8 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.