Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarisa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Sarıbaş
Sarıbaş (Qax) — Azərbaycanın Qax rayonunun inzibati ərazi vahidində kənd. Sarıbaş (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında,indiki Ərtik rayonunda kənd. Sarıbaş (Krım) — Krımda kənd. Sarıbaş rəqsi — Azərbaycanın milli rəqsi. Sarıbaş (bitki) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Sarıdağ
Sarıdağ (zirvə)
Sarıdaş
Sarıdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati Sarıdaş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sarıdaş kəndi Nadirxanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıdaş kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. XIX əsrdə Qılıçlı kəndindən ayrılmiş ailələr tərəfindən Sarıdaş dağının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Oronim isə "sarı rəngdə olan qaya" mənasındadır. Kənd Sarıyal dağının ətəyində yerləşir. Sarıyal dağının ətəyində və kəndin yerləşdiyi ərazidə olan daşları sarı rəngdədir. Elə buradan da Sarıyal və Sarıdaş sözləri yaranmışdır. Kənd Lev çayı ilə Tərtərçayın arasında, dağətəyi ərazidə yerləşir.
Sarıgah
Sarıgah — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Toponim qədim türk dilində «iri, nəhəng, uca, hündür, yüksək, dik» mənasında işlənən sarı sözü ilə «qayalıqda, dağda təbii və ya süni oyuq, mağara» mənasında işlənən kah // kaha sözünün birləşməsindən əmələ gəlib «böyük mağara yanında salınan kənd» mənasını ifadə edir. Deməli, toponimin ikinci komponenti gah kah sözünün fonetik variantıdır və sözdə k~g səs əvəzlənməsi baş vermişdir. Bu hadisə Azərbaycan dili üçün qanunauyğun haldır. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 10.V.1951-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sangyuğ qoyulmuşdur.
Sarılar
Sarılar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Sarılar (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Sarılar yaşayış yeri – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahbulaq kəndinin şimal qərbində arxeoloji abidə.
Sarımsaq
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.
Sarıyal
Böyük Sarıyal Kiçik Sarıyal Sarıyal — Xanlar rayonu ərazisində dağ. Hündürlüyü 1821 m. Sarıyal — Xanlar rayonunda dağ. Hündürlüyü 1640 m.
Sarıyar
Sarıyar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Sarılar kimi göstərilir. Qızılkilsə (Qızıldaş) sovetliyinin tərkibində idi. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tabeliyində olmuşdur. Toponim rəng bildirən sarı sözü ilə qədim türk dilində «yarğan» mənasında işlənən yar birləşməsindən əmələ gəlmişdir. Kəndin ərazisindəki torpaq san rəngli süxurlardan ibarətdir. Ona görə də kənd Sarıyar adlarıdırılıb. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Sarışan hallar nevrozu
Obsessiv-kompulsiv pozuntu və ya qısaca OKP , həmçinin sarışan hallar nevrozu — narahatıq yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP yetişkin insanlarda görünən ən yayılmış psixiki pozuntudur. Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür. Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.
Sarıca
Sarıca (Şəki)
Sarısu
Sarısu (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Sarısu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd.
Kiçik Sarıyal
Kiçik Sarıyal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Erməni mənbələrində Sarıyar kimi qeyd edilir. Toponim qədim türk dilində "iri, nəhəng, uca, hündür, yüksək, dik" mənasında işlənən sarı sözü ilə "hündür bir yerin təpəsi, dikdir, yoxuşun başı" mənasında işlənən yal sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimdəki "kiçik" sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4. IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sariar qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1828–1832-ci illərdə Türkiyədən köçürülmüşdür.
Sarıbağ (Takab)
Sarıbağ (fars. ساري باغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (30 ailə).
Sarıbaş (Krım)
Sarıbaş — Krımda kənd.
Sarıbaş (Qax)
Sarıbaş — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Sarıbaş kəndi XIV əsrdə yaşayış məskəni kimi formalaşmışdır. Cəlairlər Sarıbaş kəndinin ilk daimi sakinləri olmuşdur. Kənd XVI əsrin ortalarında (1556) yerli azərbaycanlıların (türklər) və Dağıstandan köçüb gələn saxur ailələrin məskunlaşması nəticəsində daha da böyümüşdür. İlisu sultanlığı zamanı Sarıbaş mövcud 3 qrup kəndlər qrupundan Qaradolaq (İlisu) qrupuna daxil idi. Məhz Qaradolaq qrupuna türk mənşəli kəndlər daxil idi. (Sarıbaş, İlisu, Ağçay, Qaşqaçay, Yuxarı Malax, Aşağı Malax, Əmbərçay). Regionda mövcud olan islamın şafiilik və hənəfilik məzhəblərinə zidd qeyri mühafizəkar dünyagörüşünə malik əhali qrupuna malikdir. Yerli əhalinin dünya görüşündə daha cox atəşpərəstlik və xristianlıqla bağlı elementlərin çoxluğu maraq doğurur. Sarıbaş oykonimi, sadə.
Sarıbaş (rəqs)
Sarıbaş — Azərbaycanın milli rəqsi. Sarıbaş cəld tempdə ifa olunan qədim rəqsdir. Qax rayonunda çox məşhurdur. Burada onu həm kişilər, həm də qadınlar ifa edirlər. Rəqs öz hərəkət düzümü cəhətdən mürəkkəb deyildir, ona görə də onu cavanlar da, qocalar da oynayırlar.
Sarıbaş (Şörəyel)
Sarıbaş — İrəvan quberniyasının Aleksandropol qəzasında,indiki Ərtik rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim sarıbaş türk etnonimi əsasında əmələ gəlmişdir. N. A. Aristov göstərir ki, XIII əsrdə Qırğız çöllərinin şimalşərq hissəsinə gəlmiş türkmonqol tayfaları içərisində sarıbaş nəsli olmuşdur. Deməli Sarıbaş kəndinin adı da monqolların tərkibində Zaqafqaziyaya, o cümlədən indi Ermənistan adlanan əraziyə gəlmiş sarıbaş türk etnonimi ilə bağlıdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.
Sarıbaş bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarıbaş rəqsi
Sarıbaş — Azərbaycanın milli rəqsi. Sarıbaş cəld tempdə ifa olunan qədim rəqsdir. Qax rayonunda çox məşhurdur. Burada onu həm kişilər, həm də qadınlar ifa edirlər. Rəqs öz hərəkət düzümü cəhətdən mürəkkəb deyildir, ona görə də onu cavanlar da, qocalar da oynayırlar.
Sarıdağ (zirvə)
Sarıdağ — Baş Qafqaz silsiləsinin şərqində yerləşən və hündürlüyü 3360 metr olan zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. Mühüm hidrocoğrafi mövqeyə sahibdir. Dağ Samur çayı, Qazıqumux Göysu çayı və Avar Göysu çayını ayıtır. Onun ərazisindən başlayan qollar Samur və Avar Göysu çaylarına tökülür. Dağdan başlayan bəzi çay qolları isə Qanıxçaya tökülür.
Sarılar (Germi)
Sarılar (fars. ساري لار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 128 nəfər yaşayır (25 ailə).
Sarılar (Əhər)
Sarılar (fars. ساري لار‎‎‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Sarımsaq bageti
'Sarımsaq bageti' - Fransa mətbəxi. Baget, uzunsov yumru çörək, Fransanın simvollarından biridir, xüsusilə Parisin. Eyfel qülləsi, şərab, beret və ya pendirin simvola çevrilməsi kimi. Fransadan kənarda da çoxlu növ baget var, onlar dünyanın çox ölkəsində məşhurlaşıblar. Fransız mətbəxi tərəvəzlərdən tez-tez istifadə etməsi ilə xarakterizə olunur: kartoflar, qabıqlı lobya, bütün növ soğanlar, ispanaq, kələm, pomidor, badımcan, kərəviz, göbələklər – bütün bunlar appetayzerlərin (iştaha açıcıların), əsas yeməklərin və qarnirlərin əsasıdır. İlkin yemək adətən sup olur, ən məşhuru isə kəvər sup-püredir.
Sarımsaq turşusu
Sarımsaq turşusu - Azərbaycan və bir sıra başqa şərq ölkələrinin mətbəxinə aid olan ənənəvi turşulardan biridir. 1 litrlik banka üçün 10 baş sarımsaq (təxminən yarım kilo) 4 ədəd dəfnə yarpağı 4 ədəd mixək 5-6 ədəd yumru qara istiot 2 xörək qaşığı iri duz Təxminən 2 stəkan üzüm sirkəsi Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın. Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün. Bankanı bağlayın. Ehmallıca o tərəfə bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.
Sarıçam (Adana)
Sarıçam — Adana ilinin ilçəsi. 2018-ci ilin məlumatına görə ilçədə 173.154 nəfər yaşayır.
Sarissa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Larisa
Larisa — Qadın adı. Larisa Xələfova — Aktrisa. Larisa Məmmədova — 20 yanvar şəhidi. Larisa Dolina — SSRİ və Rusiya estrada müğənnisi. Yaşayış məntəqələri Larisa (şəhər) — Yunanıstanda şəhər.
Grevillea sarissa
Grevillea sarissa (lat. Grevillea sarissa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea sarissa (S.Moore) Christenh. & Byng == Yarımnövləri == Grevillea sarissa subsp. anfractifolia McGill. Grevillea sarissa subsp. bicolor McGill. Grevillea sarissa subsp. rectitepala McGill. Grevillea sarissa subsp.
Sayrışan işıqlar
Sayrışan İşıqlar — tibbi məzmunlu Azərbaycan televiziya serialı. Ssenari müəllifi və rejissoru Zaur Tahirsoydur. Azərbaycan Film Akademiyası istehsalı olan serial 2020-ci ildə Xəzər TV də yayımlanıb. Azərbaycan həkimləri haqqında serial 32 seriyadan ibarətdir. Hadisələr Bakı şəhərində cərəyan edir. Yasəman doktor universitetdən sevgili olub amma ailə qura bilmədiyi Yaşar doktorla eyni klinikada işləyir. Yaşar doktor da evlənib, amma səhvi ucbatından həyat yoldaşı iflic olub. Yaşar doktor bunu özünə bağışlaya bilmir. Yasəmən doktor Fikrət doktordan uzun illərdir ki, ayrılıb. Ayrılıq zamanı Yasəmən avtoqəzaya uğrayıb və övladını itirib.